CƏMİYYƏT
İnsan alveri və uşaq əməyinin istismarı yolverilməzdir
Bakı, 13 yanvar, AZƏRTAC
Qaradağ rayonundakı Gənclər Evində insan alverinə qarşı mübarizə üzrə 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planının icrası ilə bağlı “İnsan alveri və uşaq əməyinin istismarı” mövzusunda maarifləndirici tədbir keçirilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, təlim zamanı uşaq hüquqlarının müdafiəsi, insan alveri anlayışı, onunla mübarizə sahəsində mövcud vəziyyət, qarşısının alınması və eyni zamanda uşaq əməyinin istismarı barədə ətraflı məlumatlar verilib.
İştirakçılarla insan alverinə qarşı mübarizə tədbirləri, onun profilaktikası, insan alveri qurbanlarının müdafiə edilməsi və onlara kömək göstərilməsinin hüquqi və təşkilati əsasları ilə əlaqədar söhbət aparılıb. Tədbir zamanı həmin mövzuda film nümayiş olunub.
Mövzu ətrafında müzakirələr aparılıb və iştirakçılara maarifləndirici çap materialları paylanılıb.