DÜNYA
“Instagram” sosial şəbəkəsində yeni funksiya istifadəyə verilib
Bakı, 23 iyul, AZƏRTAC
İndi "Instagram" istifadəçiləri onlaynda olan dostlarını görə biləcəklər. Bu haqda mobil proqramın rəsmi bloqunda məlumat verilib.
AZƏRTAC "ria.ru" saytına istinadla xəbər verir ki, mobil proqramın yeni versiyasında internetdə olan istifadəçilər "Facebook" messencerində olduğu kimi yaşıl nöqtə ilə işarələnib. Yalnız dostlar siyahısında olan, yaxud yazışma aparılmış istifadəçinin statusunu görmək mümkündür.
İstəkdən asılı olaraq aktiv statusu gizlətmək mümkündür.
Bundan əvvəl "Instagram"da yalnız "Direct" bölməsində onlaynda olan dostları görmək mümkün idi.
"Instagram" foto və videolar çəkməyə, onlara filtrlər tətbiq etməyə və paylaşmağa imkan verən sosial şəbəkə elementlərinə malik proqramdır. Messencerin auditoriyası 800 milyondan çox istifadəçidən ibarətdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:08]
AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb
- 07.05.2024 [19:15]
Şahzadə Harri Londona qayıdıb
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]