İNZİBATİ VƏZİFƏ TUTAN DÖVLƏT QULLUQÇULARINA İXTİSAS DƏRƏCƏSİNİN VERİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 569 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydaları”na və 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”na müvafiq olaraq qərara alıram:
İnzibati vəzifə tutan dövlət qulluqçularına aşağıda göstərilən ixtisas dərəcəsi verilsin:
İnzibati vəzifələrin ikinci təsnifatı üzrə -
3-cü dərəcə dövlət müşaviri:
Azərbaycan Respublikası Prezidentinin - Cəmilə Mir-Sadiq qızı Abbasovaya
köməkçisi
Naxçıvan Muxtar Respublikası Ali Məclisi – Əli Əkbər oğlu Həsənova
Aparatının rəhbəri
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 mart 2006-cı il.