Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

İqtisadiyyat Nazirliyində geniş kollegiya iclası keçirilib

İqtisadiyyat Nazirliyində geniş kollegiya iclası keçirilib

Bakı, 9 fevral, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında, iqtisadi və sosial məsələlərin həlli ilə bağlı müşavirədə və “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda verilmiş tapşırıqların icrası ilə bağlı İqtisadiyyat Nazirliyində geniş kollegiya iclası keçirilib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazirliyin struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilmiş kollegiya iclasında iqtisadiyyat naziri, kollegiyanın sədri Şahin Mustafayev dünya enerji bazarındakı qeyri-sabitlik və digər neqativ proseslərin Azərbaycan iqtisadiyyatına mümkün təsirləri, bu mənfi təsirlərin minimuma endirilməsi istiqamətində görülən tədbirlər və ölkənin iqtisadi siyasətindəki prioritetlər barədə məlumat verib. Vurğulanıb ki, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən qabaqlayıcı tədbirlərin nəticəsidir ki, dünyadakı qlobal böhran fonunda 2015-ci ildə ölkəmizdə ümumi daxili məhsul, eləcə də qeyri-neft sektoru 1,1 faiz, sənaye 2,4 faiz, qeyri-neft sənayesi 8,4 faiz, kənd təsərrüfatı 6,6 faiz, əhalinin gəlirləri 5,7 faiz, orta aylıq əməkhaqqı 4,5 faiz artıb. İqtisadiyyata 20 milyard dollar investisiya qoyulub, 2004-2015-ci illərdə 1,5 milyona yaxın yeni iş yeri yaradılıb.

Kollegiya iclasında diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin sonuncu müşavirələrdə qarşıya qoyduğu vəzifələr bu mürəkkəb xarici iqtisadi mühitdə ölkəmizin sosial-iqtisadi inkişafını təmin edəcək strateji inkişaf proqramıdır. Belə ki, dövlət başçısı iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı strategiyasının davam etdirilməsi, o cümlədən iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması, sahibkarlığın inkişafı, biznes mühitinin yaxşılaşdırılması, yerli sahibkarlar tərəfindən Azərbaycan iqtisadiyyatına daha çox sərmayə qoyulması, ixrac potensialının gücləndirilməsi və idxaldan asılılığın azaldılması, ərzaq təhlükəsizliyinin gücləndirilməsi, sosial infrastruktur layihələrinin davam etdirilməsi, iş yerlərinin yaradılması ilə bağlı əlavə tədbirlərin görülməsi, istehlak qiymətlərinə nəzarət və süni qiymət artımının qarşısının alınması, inhisarçılığa qarşı mübarizənin gücləndirilməsi və s. tapşırıqlar verib.

İqtisadiyyat Nazirliyi tərəfindən ötən il görülən işlərdən danışan nazir Şahin Mustafayev qeyd edib ki, dövlət proqramlarının icrası davam etdirilib, bu çərçivədə müxtəlif sahələrdə layihələr həyata keçirilib. Sənayeləşmə siyasətinə uyğun olaraq, ötən il qeyri-neft sənayesində müasir müəssisələrin yaradılmasının dəstəklənməsi, sənaye parklarının və məhəllələrinin təşkili işləri davam etdirilib, 270-dək sənaye müəssisəsi, o cümlədən texniki avadanlıqlar, metal konstruksiyalar, beton məmulatları zavodları, tekstil fabriki və digər müəssisələr açılıb, bir sıra mühüm sənaye obyektlərinin tikintisinə başlanılıb.

Hazırda Sumqayıt Kimya Sənaye, Balaxanı Sənaye, Mingəçevir və Qaradağ sənaye parklarının təşkili, Neftçala Sənaye Məhəlləsində infrastrukturun yaradılması işləri intensiv şəkildə davam etdirilir. Sumqayıt Kimya Sənaye Parkında birinci mərhələ üzrə infrastrukturun qurulması demək olar ki, başa çatdırılıb və dörd rezident tərəfindən 1 milyard ABŞ dollarından çox investisiyanın yatırılması planlaşdırılır. Artıq Parkın rezidenti “Azertexnolayn” şirkəti dəyəri 45 milyon ABŞ dolları olan 60 min ton boru məhsulunun ixracı barədə müqavilə imzalayıb.

Balaxanı Sənaye Parkında xarici infrastrukturun qurulması əsasən başa çatdırılıb, 4 rezident tərəfindən 10 milyon manatdan çox investisiyanın yatırılması nəzərdə tutulur.

Azərbaycan İnvestisiya Şirkətinin əsas səhmdarlarından olduğu və Qaradağ Sənaye Parkının rezidenti Bakı Gəmiqayırma Zavodunda dəyəri 40 milyon dollar olan ilk sifariş yerinə yetirilib və hazırda dəyəri 400 milyon dollardan yuxarı olan sualtı tikinti gəmisinin və üç ədəd sərnişin gəmisinin tikintisi aparılır. İndiyədək isə Azərbaycan İnvestisiya Şirkəti tikinti materiallarının istehsalı, gəmiqayırma, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, logistika və s. sahələr üzrə ümumi dəyəri 1,1 milyard dollardan artıq olan layihələrdə iştirak edib. Bu layihələrə 450 milyon dollar birbaşa xarici investisiya cəlb olunub. Layihələr çərçivəsində İsveçrə, Almaniya, Sinqapur, Türkiyə və digər ölkələrin qabaqcıl texnologiya və təcrübəsi tətbiq edilib.

Neftçala Sənaye Məhəlləsində isə yaxın aylarda sahibkarlar tərəfindən ümumi investisiya məbləği 20 milyon manatdan çox olan 7 layihə üzrə müəssisələrin qurulmasına başlanacaq və bunun nəticəsində 380 iş yeri açılacaq. Masallıda Sənaye Məhəlləsinin təşkili üçün hazırlıq işləri aparılır.

Hazırda yerli potensial nəzərə alınmaqla digər regionlarda da texnoparkların, sənaye klasterlərinin və sənaye məhəllələrinin yaradılması imkanları araşdırılır.

“Azərbaycan Polad İstehsalı Kompleksi” QSC-də dəmir filizi hasilatından polad istehsalına qədər bütün istehsal prosesini əhatə edən layihələndirmə işləri davam etdirilir.

İclasda Azərbaycan Respublikası Prezidentinin kənd təsərrüfatının inkişafını daim diqqət mərkəzində saxladığı, sonuncu müşavirələrdə də kənd təsərrüfatı məhsulları ilə özünütəminat səviyyəsinin yüksəldilməsi, əlavə əkin sahələrinin dövriyyəyə cəlb edilməsi və məhsuldarlığın artırılması, pambıqçılığın, tütünçülüyün, çayçılığın, üzümçülüyün və digər ənənəvi sahələrin inkişafı istiqamətində bir sıra tapşırıqlar verildiyi qeyd edilib. Bununla əlaqədar, Kənd Təsərrüfatı Nazirliyi və digər aidiyyəti qurumların iştirakı ilə İqtisadiyyat Nazirliyində pambıq istehsalı və emalı ilə məşğul olan müəssisələrlə müzakirələr keçirilib. Müzakirələrdə qeyd edilib ki, bu sahəyə dövlət dəstəyi gücləndiriləcək, fermerlərdən pambığın əhəmiyyətli dərəcədə baha qiymətə alınması təmin ediləcək. Ümumilikdə, 2016-cı ildə əvvəlki ildəkindən 80 faiz çox - 30 min hektar sahədə pambıq əkilməsi və 70 min ton xam pambıq tədarük edilməsi planlaşdırılır. Stimullaşdırma tədbirləri, pambıq əkini sahələrinin genişləndirilməsi bu sahədə çalışanların sayının ötən illə müqayisədə 2 dəfəyə yaxın artmasına və ya 15 mindən çox yeni iş yerinin açılmasına imkan verəcək.

Dövlət başçısının tapşırığına əsasən, tütünçülüyə marağın daha da artırılması məqsədilə stimullaşdırma tədbirləri həyata keçiriləcək, fermerlərə güzəştli kreditlərdən və aqrolizinq xidmətlərindən daha geniş istifadə imkanları yaradılacaq. Görülən işlər nəticəsində tütün əkini sahələri genişləndiriləcək. Belə ki, 2016-cı ildə ötən illə müqayisədə 2 dəfədən çox - 3 min hektar sahədə tütün əkiləcək. Bütün bunlar isə bu sahədə məşğulluq səviyyəsini əhəmiyyətli dərəcədə yüksəldəcək, tütünçülük sahəsində çalışanların sayı ötən illə müqayisədə 2 dəfə artmaqla 8 min nəfərə çatacaq.

Həyata keçirilən tədbirlər fermerlərdən yaş tütünün alış qiymətinin ciddi şəkildə artırılmasına imkan yaradacaq. Tütünçülüyün inkişafı ilə bağlı aparılmış müzakirələrdə tütün istehsalı və emalı müəssisələrinin nümayəndələri satınalma qiymətinin 2016-cı ildə əvvəlki illə müqayisədə əhəmiyyətli dərəcədə artırılmaqla birinci növ yaş tütünün bir kiloqramını 25 qəpiyə (2015-ci ildə 1 kiloqram üçün 16 qəpik), ikinci növü yaş tütünün bir kiloqramını 15 qəpiyə (2015-ci ildə 1 kiloqram üçün 8 qəpik) qəbul ediləcəyini bildiriblər.

İqtisadiyyat Nazirliyində digər kənd təsərrüfatı məhsullarının istehsalçıları və emalçıları ilə müzakirələr də aparılıb, onların problemləri və təklifləri öyrənilib. Hazırda bu təkliflərin reallaşdırılması üçün tədbirlər görülür.

Ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində xüsusi əhəmiyyətə malik iri fermer təsərrüfatlarının yaradılması işləri davam etdirilir. Hazırda 19 rayonda 40 min hektardan artıq sahədə 29 iri fermer taxılçılıq təsərrüfatının yaradılması başa çatıb və məhsuldarlıq hər hektardan 58-60 sentner təşkil edir. Şəmkir və Xaçmaz rayonlarında yaradılan aqroparklarda 1-ci mərhələ üzrə işlər yekunlaşmaq üzrədir.

İclasda digər regionlarda da yeni iri fermer təsərrüfatlarının, aqroparkların və s. yaradılması imkanlarının araşdırılması barədə nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.

Kollegiya iclasında dövlət başçısı tərəfindən sahibkarlıq subyektlərində aparılan yoxlamaların dayandırılması, lisenziyalaşdırma sisteminin təkmilləşdirilməsi, investisiyaların təşviqi və qeyri-neft məhsullarının ixracının stimullaşdırılması sahəsində qəbul edilmiş qərarların özəl bölmənin inkişafında mühüm əhəmiyyəti qeyd olunub, bu sahədə görüləcək tədbirlər geniş müzakirə edilib. Vurğulanıb ki, lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-yə endirilib, lisenziyalar müddətsiz müəyyən olunub, lisenziyanın verilməsinə görə ödənilən dövlət rüsumunun məbləği təxminən 2 dəfə azaldılıb. Eyni zamanda, həmin fəaliyyət növü regionlarda həyata keçirildiyi hallarda dövlət rüsumu 4 dəfə az ödəniləcək. Artıq lisenziyalar İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzlərində verilir ki, bu da sahibkarlıq fəaliyyətinin səmərəli təşkilində və şəffaflığın təmin olunmasında xüsusilə önəmlidir.

Bildirilib ki, 2015-ci ildə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 39-u regionlarda, 7-si isə Bakıətrafı qəsəbələrdə olmaqla 46 işgüzar forum keçirilib, 5243 sahibkara 248.5 milyon manat güzəştli kredit verilmiş və bu kreditlər hesabına 12600-dək yeni iş yerinin açılması imkanı yaradılıb. Verilmiş kreditlərin 64 faizi regionların, 36 faizi Bakı şəhərinin qəsəbələrinin payına düşür. Prezident İlham Əliyevin tapşırığına əsasən, 2016-cı ildə sahibkarlara dövlət maliyyə dəstəyi daha da gücləndiriləcək, ötənilki səviyyədən daha çox güzəştli kreditin verilməsi təmin ediləcək.

Sahibkarların maarifləndirilməsi məqsədilə İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi tərəfindən 2015-ci ildə 132 tədbir keçirilib, 3000-ə yaxın tədbir iştirakçısına korporativ idarəetmə standartları, biznes-planların tərtib edilməsi, ixrac imkanlarının genişləndirilməsi və s. məsələlər barədə məlumat verilib. Biznesin idarə olunması sahəsində kadrların ixtisasının artırılması üçün ötən il iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 36 sahibkar və gənc menecer, indiyədək isə 256 sahibkar Almaniyada ixtisasartırma kursu keçib.

Prezident İlham Əliyevin təşəbbüsü ilə “Dövlət satınalmaları haqqında” Qanunda edilmiş dəyişikliyə uyğun olaraq, yerli sahibkarlara güzəştin 20 faizədək yüksəldilməsi onların tender layihələrini qazanmaq imkanlarını artırmaqla, yerli istehsalın genişlənməsinə əlavə dəstək verəcək.

İclasda, həmçinin ənənəvi sənətkarlıq sahələrinin, xüsusilə xalçaçılığın inkişaf etdirilməsinin məşgulluğun artırılmasında rolu qeyd olunub, bu sahənin inkişafı üçün görüləcək tədbirlər müzakirə edilib. Bununla yanaşı, idxaldan asılılığın azaldılması, o cümlədən yerli istehsalda xarici komponentlərdən istifadənin aşağı salınması və onların yerli istehsalının təşkili üçün imkanların araşdırılması məsələləri də müzakirə olunub.

Sahibkarların şikayətlərinə daha həssas yanaşılması, şəffaf və obyektiv baxılması, hüquqlarının və qanunla qorunan maraqlarının daha etibarlı müdafiəsi məqsədi ilə artıq İqtisadiyyat Nazirliyində Apellyasiya Şurası yaradılıb.

Kollegiya iclasında Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, qeyri-neft məhsullarının rəqabət qabiliyyətliliyinin artırılması və ixracının genişləndirilməsi istiqamətində tədbirlərin bundan sonra da davam etdiriləcəyi vurğulanıb.

Qeyd edilib ki, bu sahədə 2015-ci ildə də bir sıra tədbirlər həyata keçirilib, AZPROMO tərəfindən 177-si Azərbaycanda, 84-ü isə xarici ölkələrdə olmaqla 261 tədbir təşkil olunub. Yerli və xarici iş adamlarının iştirak etdiyi tədbirlərdə ölkəmizin investisiya imkanları təqdim edilib, Azərbaycan istehsalı olan məhsulların ixracı təşviq edilib, xarici tərəfdaşlarla ixraca dair müqavilələr imzalanıb.

İnvestisiyaların təşviqi ilə bağlı qəbul edilmış qərarlarla investorlara vergi və gömrük güzəştlərinin verilməsi sahibkarlığın daha da inkişafına və xarici investisiyaların cəlb edilməsinə, qeyri-neft ixracının artırılmasına səbəb olacaq, bununla da həm regionların, həm də ümumilikdə qeyri-neft sektorunun inkişafına güclü təkan verəcək.

Belə ki, prioritet hesab olunan sahələrdə investisiya fəaliyyəti həyata keçirən sahibkarların investisiya təşviqi sənədini aldıqları andan idxal etdikləri texnika, texnoloji avadanlıqlar və qurğular 7 il müddətinə gömrük rüsumlarından azad olunur. Eyni zamanda, sahibkarlar investisiya təşviqi sənədinə əsasən 7 il müddətinə fiziki şəxslərin gəlirinin və hüquqi şəxslərin mənfəətinin 50 faizinə görə vergidən, həmçinin əmlak və torpaq vergisindən, müvafiq təsdiqedici sənəd əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalına görə ƏDV-dən azaddır.

Bundan başqa, potensial ixrac bazarları ölkələrində logistik mərkəzlərin yaradılması istiqamətində araşdırmalar aparılır, ixrac məlumat bazasının (elektron portal) yaradılması üçün işlər görülür. İxracda xüsusi önəm kəsb edən qablaşdırmanın əhəmiyyəti nəzərə alınaraq, bu sahədə müəssisələrin yaradılması təşviq olunacaq, bu sahəyə dövlət dəstəyi daha da gücləndiriləcək. Bu sahədə ötən il görülən işlərə toxunan Şahin Mustafayev artıq Qazaxıstanın Aktau şəhərində Azərbaycanın ilk logistik mərkəzinin yaradıldığını deyib. Qeyri-neft sektorunun inkişafında, ölkəmizin tranzit və ixrac imkanlarının genişləndirilməsində xüsusi əhəmiyyət kəsb edən logistik mərkəz sahibkarlara, xüsusilə də ixracatçılara bir sıra imkanlar və üstünlüklər təqdim edir.

Görülən işlərin nəticəsidir ki, ötən il Azərbaycandan xarici ölkələrə 2477 adda məhsul ixrac edilib. Bu isə əvvəlki illə müqayisədə 15,2 faiz çoxdur.

Nazir Şahin Mustafayev dövlət başçısının “Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı ilə İqtisadiyyat Nazirliyi qarşısında bir sıra vəzifələrin müəyyənləşdirildiyini diqqətə çatdırıb. Bildirilib ki, ixracın stimullaşdırılması məqsədilə hazırda İqtisadiyyat Nazirliyində ixrac prosedurunun sadələşdirilməsi, beynəlxalq təcrübə əsasında ixracın təşviqi mexanizmləri, o cümlədən ixrac kreditləşməsi, xarici bazarlarda təşviqat və brendləşmə, logistikanın yaxşılaşdırılması və s. tədbirlərin həyata keçirilməsi ilə bağlı təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim edilib.

Kollegiya iclasında ixrac prosedurunun daha da sadələşdirilməsi məqsədilə sahibkarlıq subyektlərinə mənşə sertifikatının bir gün ərzində verilməsi qərara alınıb. Qeyd edək ki, indiyədək ixrac malları üçün mənşə sertifikatı 3 gün ərzində verilirdi.

Dövlət başçısının əsasını insan amili təşkil edən sosial siyasətinə uyğun olaraq, əvvəlki illərdə olduğu kimi, 2016-cı ildə də dövlət proqramları çərçivəsində əhalinin sosial müdafiəsi tədbirləri, sosial infrastrukturun - məktəblərin, uşaq bağçalarının, tibb ocaqlarının tikintisi, əhaliyə göstərilən kommunal xidmətlərin səviyyəsinin yaxşılaşdırılması, eyni zamanda, istehlak qiymətlərinə mütəmadi nəzarət və süni bahalaşmanın qarşısının alınması tədbirləri davam etdiriləcək.

İstehlakçı hüquqlarının qorunmasında maarifləndirmə tədbirlərinin əhəmiyyəti nəzərə alınaraq, istehlakçıların iştirakı ilə ötən il Bakıda və regionlarda 30-a yaxın konfrans, “dəyirmi masa” və seminar təşkil olunub, istehlakçı hüquqlarına dair 18 adda 85 mindən artıq buklet, 6 adda 5 mindən artıq yaddaş kitabçası çap olunaraq paylanıb, hazırlanmış maarifləndirici məlumatlar 560 mindən çox istifadəçinin elektron poçt ünvanına göndərilib. Ötən il istehlakçıların hüquqlarının müdafiəsi, istehlak bazarının keyfiyyətsiz mal və xidmətlərdən qorunması istiqamətində tədbirlər davam etdirilib, saxlama müddəti ötüb, qanunvericiliyə uyğun olaraq sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmayıb, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan ümumilikdə, 18,8 ton ərzaq və 0,5 ton qeyri-ərzaq mallarının satışı dayandırılıb.

Mənzil-kommunal sahəsində formalaşmaqda olan yeni münasibətlərə uyğun olaraq, 2015-ci ildə 9 Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti (MMMC) qeydiyyatdan keçib, bununla da, onların sayı 18-ə çatıb. Hazırda İqtisadiyyat Nazirliyi tərəfindən Bakı, Sumqayıt, Xırdalan və Mingəçevir şəhərində yerləşən çoxmənzilli binalarda yeni idarəetmə üsullarının tətbiqi, yeni MMMC-nin yaradılması ilə bağlı müvafiq təşkilati işlər həyata keçirilir.

2015-ci ildə Böyükşor gölünün ekoloji bərpasının birinci mərhələsi başa çatdırılıb. Bu mərhələdə gölün 300 hektara yaxın hissəsi bərpa olunub və ətraf ərazi təmizlənərək abadlaşdırılıb. Gölün Olimpiya stadionu sahilində salınmış Böyükşor bulvarında 80 min ağac və kol bitkiləri əkilib. Hazırda Böyükşor və Zığ gölləri üzrə tədqiqat-mühəndislik, layihə-smeta və Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədləri hazırlanır. Eyni zamanda, Böyükşor gölünün kompleks bərpası layihəsinin 2-ci fazası üzrə 380 hektarlıq hissəsinin dibinin təmizlənməsinə hazırlıq işləri görülür və yaxın vaxtlarda işlərə başlanacaq.

Kollegiyanın sədri Şahin Mustafayev dövlət başçısının son müşavirələrdəki çıxışlarından irəli gələn və İqtisadiyyat Nazirliyi qarşısında qoyulmuş vəzifələrin vaxtında və keyfiyyətli icrası üçün nazirliyin struktur bölmələrinə konkret tapşırıqlar verib, bu vəzifələrin icrası ilə bağlı Tədbirlər Planının hazırlanması qərara alınıb.

Kollegiya iclasında cari məsələlər də müzakirə edilib, İqtisadiyyat Nazirliyinin kollegiyasının 2016-cı il üçün İş Planı təsdiq olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çində tornado baş verib, ölənlər var

Sədərək rayonu ərazisində sursat partlayışı nəticəsində 2 nəfər həlak olub

Şirvanda kəsici-deşici alətlərin satıldığı obyektlər müəyyən edilib

Tailandın xarici işlər naziri hökumətdəki dəyişikliklərdən sonra istefa verib

Şahdilidə ekoturizm yarışması

Gürcüstan Parlamentinin sədri ABŞ senatorlarını sərt tənqid edib

Bu gün ali təhsil müəssisələrinin magistraturalarına II cəhd qəbul imtahanı keçirilib

On doqquzuncu İstanbul yarımmarafonunun qalibləri müəyyənləşib

“Şərq-Qərb” avtomagistralının Gürcüstandan keçən Şorapani-Arqveta hissəsi istifadəyə verilib

Türkiyə-Yunanıstan sərhədində 811 metrlik körpü inşa ediləcək

Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Abşeron rayonunda vətəndaş ona hədiyyə edilən sənədləri olmayan ov tüfəngini könüllü polisə təhvil verib

Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb

Nijni Novqorodda Azərbaycan məhsullarının təqdimatı keçirilib

Qəbələdə torpağın qanunsuz zəbtinin qarşısı alınıb

Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir

Səhiyyə Nazirliyinin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini ehtiramla yad edib

Cəlilabadda yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satıldığı üç mağaza aşkarlanıb

ADPU-da “Təhsildə psixoloji xidmətin aktual problemləri” mövzusunda birinci Respublika Forumu keçirilib

Laçın və İrpen şəhərləri qardaşlaşacaq

“15-ci Petersberq İqlim Dialoqu” Azərbaycanı dəstəkləyir!

“Avroviziya 2024" mahnı müsabiqəsində səslənəcək “Özünlə apar” mahnısına çəkilmiş klip təqdim edilib

Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə vakansiya seçimi mərhələsi yekunlaşır

Böyük Britaniyanın Azərbaycandakı səfiri Naxçıvanla bağlı paylaşım edib

Kambocada bomba partlayışı nəticəsində 20 hərbçi ölüb

Zəngilanda silah-sursat aşkar edilib

Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib VİDEO

Yevlaxda avtoxuliqanlıq edən şəxs saxlanılıb

“Bulaq” verilişinin əvəzsiz aparıcısı

Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb

ABŞ-də Azərbaycana investisiya imkanları müzakirə edilib VİDEO

Rusiyada zəlzələ baş verib

Bu gün yazıçı Qılman İlkinin anadan olmasının 110 ili tamam olur

Magistraturaya II cəhd qəbul imtahanı keçirilir

Qlobal istiləşmə sualtı qayıqların aşkar edilməsini çətinləşdirir

Marseldə Olimpiya məşəlinin qarşılanması mərasiminə 6 min polis cəlb olunacaq

“Titanik”in sərnişininin saatı rekord qiymətə satılıb

Britaniyada deputat başqa partiyaya keçib

Ağdam rayonu ərazisində mina hadisəsi baş verib

Gənc Tamaşaçılar Teatrının səhnəsində “Ana” tamaşası nümayiş olunub

Süni intellekt qədim yunan filosofunun dəfn olunduğu yeri tapıb

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini aşkarlayıblar

Avropa Kosmik Agentliyi: Mövsüm dəyişikliyi zamanı Marsın səthini hörümçəyi xatırladan ləkələr örtür

Alimlər qədim nəhəng qızılbalıqların köpək dişləri olduğunu aşkar ediblər

İstanbul derbisi: “Fənərbağça” doğma meydanda “Beşiktaş”a qalib gəlib

Ankarada keçirilən forumda Qərbi Azərbaycanın tarixi irsi müzakirə olunacaq

“Rəqsin ürəyi Şəkidə döyünür” adlı konsert proqramı təqdim olunub

İndoneziya sahillərində güclü zəlzələ baş verib

Moskvada Qara Qarayev adına beynəlxalq müsabiqənin laureatlarının qala-konserti keçirilib

“Şuşanın musiqi mədəniyyəti: tarix və inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib

Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib

Premyer Liqa: "Sabah" doğma meydanda "Səbail"ə qalib gəlib

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub

Sumqayıtda kanalda batan uşağın cəsədi tapılıb

Tovuzda üç nəfərin ağır xəsarət alması ilə nəticələnən qəza baş verib VİDEO

Abşeron rayonunda ağır cinayətin üstü isti izlər əsasında açılıb

“Təbiət konsepsiyası və onun ədəbiyyat və musiqidə inikası” mövzusunda elmi-praktik konfrans keçirilib

"Ocaq Sport" Klubunun yeni zalının açılışı olub VİDEO

Pakistanın hərbi təhsil üzrə nümayəndələrinə Azərbaycan Ordusundakı islahatlar barədə məlumat verilib

® "Nar"dan sərfəli smartfon təklifi

ARDNF-nin ən böyük texnologiya şirkətlərinə olan investisiyasının həcmi 1,7 milyard dolları ötüb - EKSKLÜZİV

İmişli-Biləsuvar yolunda avtomobil aşıb, ölənlər və yaralılar var

Azərbaycan taekvondoçusu Estoniyada keçirilən turnirdə gümüş medal qazanıb

Baş direktor: COP29-un Azərbaycanda keçirilməsi ölkənin bərpaolunan enerji mənbələrinə keçiddə potensialını göstərir

Birinci siniflərə qəbulla bağlı 326 alternativ qeydiyyat mərkəzi yaradılıb

Zirvələrə yüksələn zərif insan ömrü

Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər

Yardımlıda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edilib

Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 10 santimetr azalıb

Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Azərbaycan-Almaniya əlaqələri yüksələn xətlə inkişaf edir ŞƏRH

Avropa çempionatı: Azərbaycanın bir cüdoçusu finalda, ikisi bürünc medal qazana bilər

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Baş Dövlət Yol Polis İdarəsi sürücülərə müraciət edib

Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər

Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib

FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirində finala çıxıb

Azərbaycanın Türk dünyası, o cümlədən Qırğızıstanla əməkdaşlığının perspektivləri ŞƏRH

İrəvanda milli maarifçilik mühitinin inkişafında azərbaycanlı ziyalıların rolu - Araşdırma

“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib

Azərbaycan Basketbol Liqası: “Gəncə” müntəzəm mövsümü beş qələbə ilə bitirib

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar

Dördqat Avropa çempionu: Tarixi uğurları və yeni rekordları sevirəm

Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib

Tanınmış basketbol hakimi hava limanında ətir oğurlayarkən saxlanılıb

Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Ağcabədidə bir sıra görüşlər keçirib

Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb - EKSKLÜZİV

Qanalı qeyri-adi rekordla Ginnesin Rekordlar Kitabına düşüb

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə "Qərbi Azərbaycana qayıdış" olimpiadasında 3371 nəfər iştirak edib

Akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib

“Dəniz Komando Təməl kursu”nun buraxılış mərasimində qazaxıstanlı hərbçilər də iştirak ediblər VİDEO

Abşeron rayonunda akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü qeyd edilib

Şahin Bayramov: Bu saziş Azərbaycanla Qırğızıstan arasında elm və təhsil əlaqələrinin gücləndirilməsinə ciddi zəmin yaradır

Dmitri Peskov: Moskva Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasının tərəfdarıdır

İstanbul derbisi: “Fənərbağça” “Beşiktaş”a qarşı

DSX aparatında Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib VİDEO