DÜNYA
İran gündəlik neft hasilatını 4,75 milyon barrelə çatdırmağı hədəfləyir
Bakı, 1 sentyabr, Nihad Budaqov, AZƏRTAC
İran gündəlik neft hasilatını 4,75 milyon barrelə çatdırmağı hədəfləyir.
AZƏRTAC “Mehr” agentliyinə istinadla xəbər verir ki, bu barədə İranın sənaye, mədən və ticarət nazirinin müavini Mənsur Moazami deyib.
“Enerjidə gələcək 20 il üçün planlarımız var. İlk hədəfimiz hazırda gündəlik 3,8 milyon barrel olan neft hasilatını 4,75 milyon barrelə yüksəltməkdir. Həmçinin hədəfimiz 2025-ci ildə bölgənin ən böyük neft-kimya məhsulları istehsalçısı olmaqdır. 2025-ci ilin sonunda dünya neft tələbinin 7 faizinin İran tərəfindən ödənilməsini də qarşıya məqsəd kimi qoymuşuq. Bundan başqa, İran 2025-ci ildə 8-10 faizlik payla dünyanın üçüncü təbii qaz istehsalçı olmağı hədəfləyir”, - deyə M.Moazami əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:08]
AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb
- 07.05.2024 [19:15]
Şahzadə Harri Londona qayıdıb
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]