İRAN İSLAM RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB SEYİD MƏHƏMMƏD XATƏMİYƏ
Hörmətli cənab Prezident,
Gülüstan vilayətində baş vermiş təbii fəlakət - daşqın nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni dərindən kədərləndirdi.
Bu faciə ilə əlaqədar dərdinizə şərik çıxıram, Sizə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin!
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
14 avqust 2002-ci il