SİYASƏT
İRAN VƏ AZƏRBAYCAN XALQLARININ DOSTLUĞUNU HEÇ KİM POZA BİLMƏZ
Bakı, 9 noyabr (AZƏRTAC). İran və Azərbaycan xalqları arasında dostluq əlaqələrini heç kim poza bilməz.
Bu sözləri Azərbaycanda səfərdə olan İran İslam Respublikası İslam Şurası Məclisinin sosial məsələlər komissiyasının sədri Süleyman Cəfərzadə demişdir.
Qonaq bildirmişdir ki, səfərdən məqsəd ölkələrimizin, xüsusilə parlamentlərimizin dostluq və qardaşlıq münasibətlərini daha da inkişaf etdirmək, qanunverici orqanlar arasında əməkdaşlığı genişləndirməkdir.
Süleyman Cəfərzadə ümidvar olduğunu bildirmişdir ki, Azərbaycan tərəfinin dəvəti ilə həyata keçirilən bu səfər parlamentlər arasında, eləcə də digər sahələrdə münasibətlərimizin daha da genişlənməsinə və möhkəmlənməsinə xidmət edəcəkdir.
######