DÜNYA
İranın xarici işlər naziri: Biz anlaşmaya heç vaxt bu qədər yaxın olmamışıq
Bakı, 4 iyul, AZƏRTAC
İran və “altılıq” ölkələri Tehranın nüvə proqramı ilə bağlı anlaşma əldə eləməyə heç vaxt olmadığı qədər yaxındırlar.
AZƏRTAC Anadolu agentliyinə istinadən verdiyi xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Vyanada aparılan danışıqların yekununu dəyərləndirərkən bildirib.
“Bəzi fikir ayrılıqlarına baxmayaraq, hansılar ki, hələ də özünü göstərir, biz heç vaxt bu qədər anlaşmaya yaxın olmamışıq. Ancaq zəmanətlər yoxdur. Anlaşmaya gedən yol kompromisə getmək üçün cəsarət tələb edir”,- deyə iranlı nazir bildirib.
Qeyd edək ki, “altılıq” ölkələri və İran Tehranın nüvə proqramına dair yekun saziş üzərində çalışır. Bundan əvvəl əldə olunan razılaşmaya əsasən, yekun saziş iyunun 30-dək hazırlanmalı idi. Lakin danışıqların növbəti raundunda müddətin iyulun 7-dək uzadılmasına dair razılıq əldə olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [19:15]
Şahzadə Harri Londona qayıdıb
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]
Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək
- 07.05.2024 [14:56]