Azərbaycan Dövlət İnformasiya Agentliyi

İRƏLİ, AZƏRBAYCAN ƏSGƏRİ!

Bakı, 25 iyun (AZƏRTAC). Ulu Qarabağ, əzəmətli Şuşa qalası, Üzeyir bəyin ocağı, Ağdam, Cəbrayıl, Qubadlı, Laçın, Zəngilan, Füzuli, Kəlbəcər... Ümidimiz sənədi, Azərbaycan əsgəri!

Köksüz, torpaqsız, tarixsiz, dəyərlərsiz, ənənələrsiz xalq millət ola bilməz. Xalqımızın da dərin köklərə söykənən dəyərlərindən biri torpaq təəssübü, ordu quruculuğudur. 1918-ci may ayının 26-da Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti Azərbaycan Silahlı Qüvvələrinin yaradılması haqqında qərar qəbul etdi. Artilleriya general-leytenantı Səməd bəy Mehmandarov Azərbaycanın hərbi naziri, artilleriya general-leytenantı Əliağa Şıxlinski isə hərbi nazirin müavini təyin edildilər. Bu iki şəxsiyyətin gərgin səyi nəticəsində qısa zamanda Azərbaycan ordusu yaradıldı, cəbbəxana formalaşdırıldı.

1920-ci il aprelin 27-də imperiya ordusu müqavimətsiz təslim olması üçün gənc respublikaya Azərbaycan ordusunun ləğv olunmayacağını vəd etdi. İşğaldan sonra imperiya verdiyi vədə əməl etmədi, Azərbaycan ordusu hissə-hissə dağıdıldı.

XX əsrin sonlarında Vətənimizin yeni təhlükə - erməni təcavüzü ilə üzləşməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, minlərlə soydaşımızın ev-eşiyindən didərgin düşməsi, torpaqlarımızın işğal olunması qüdrətli ordu quruculuğu məsələsini ön plana çəkdi. Azərbaycan xalqı torpaqlarının müdafiəsinə qalxdı, minlərlə qeyrətli, namuslu, vətənpərvər oğul və qızlarımız şəhid oldu. Lakin nizami ordumuzun olmaması, hakimiyyət davası, hərc-mərclik ərazilərimizin bir hissəsinin işğal olunması ilə nəticələndi. Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra məhz ulu öndərin rəhbərliyi altında həyata keçirilən islahatlar nəticəsində qısa müddətdə vahid komandanlığa tabe olan nizami ordu formalaşdırıldı.

1993-cü il noyabrın 1-də Müdafiə Şurası yaradıldı, noyabrın 2-də isə ulu öndər Heydər Əliyev Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə yeni hücumları və təcavüzü ilə bağlı televiziya və radio ilə xalqa müraciət etdi. Bu müraciət Azərbaycanın ordu quruculuğunda yeni bir mərhələnin başlanğıcı - Heydər Əliyev mərhələsinin başlanğıcı oldu. Dahi rəhbərimiz 1998-ci il mayın 22-də imzaladığı Fərmanla tarixi həqiqətin və Milli Ordu quruculuğunda varislik ənənələrinin bərpası ilə bağlı çox böyük əhəmiyyətə malik bir addım atdı. Həmin vaxtdan ölkəmizdə hər il iyunun 26-sı Azərbaycan Silahlı Qüvvələri Günü kimi qeyd edilir.

Tarixin dönəmində bu, böyük müddət deyildir. Lakin ötən illər ərzində Azərbaycan Silahlı Qüvvələrinin yaranması sahəsində görülən işlər zaman ölçüsü çərçivəsinə sığmır.

Xalqımızın ümummilli lideri Heydər Əliyev demişdir: “Azərbaycan Ordusu dövlət müstəqilliyimizin ən dəyərli töhfələrindən biridir. Azərbaycan dövlətinin ən böyük dayağı, onun sütunu Azərbaycan Silahlı Qüvvələridir. Azərbaycanın dövlət müstəqilliyinin ən dəyərli nəticələrindən biri Azərbaycanın Milli Ordusunun yaranması, təşkil olunması və onun müasir tələblərə uyğun hazırlanmasıdır”.

Hazırda Quru Qoşunlarından, Hərbi Hava Qüvvələrindən və Hərbi Dəniz Qüvvələrindən ibarət Azərbaycan Milli Ordusu - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Cənubi Qafqazda ən güclü və hazırlıqlı ordu hesab olunur. Silahlı Qüvvələrin şəxsi heyətinin mənəvi - psixoloji, hərbi və əxlaqi tərbiyəsi ən vacib məsələlərdir. Şəxsi heyətin Vətənə sədaqət ruhunda tərbiyə olunması, hərbi-siyasi təzyiqlərə müqavimət göstərmək bacarığı ordunun döyüş qabiliyyətini şərtləndirən əsas amillərdəndir. Bu istiqamətdə görülən işlər son illər daha da gücləndirilmişdir.

Son 7 ildə Azərbaycanın hərbi xərcləri 13 dəfədən çox artmışdır. 2010-cu ilin hərbi büdcəsi 2 milyard 150 milyon dollara bərabərdir ki, bu da Ermənistanın bütün dövlət büdcəsindən çoxdur. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev qüdrətli, peşəkar, hərbi, psixoloji cəhətdən hazırlıqlı silahlı qüvvələrimizin yaradılması və inkişaf etdirilməsini, işğal altında olan torpaqlarımızın azad edilməsi, köçkünlərin yurd-yuvasına qayıtması üçün vətənpərvər, xalqına, torpağına sadiq zabitlərin və əsgərlərin xidmət etdiyi, dövlətin və hər bir vətəndaşın arxalana biləcəyi bir ordu yaradılması məsələsini qarşıya məqsəd qoymuşdur.

Azərbaycanın maddi imkanları artdıqca ordu quruculuğuna daha çox qayğı göstərilir. Hərbçilərin sosial-məişət məsələlərinin həlli daim diqqət mərkəzində saxlanılır. Son bir neçə ildə Azərbaycanda müasir və çox güclü hərbi sənaye kompleksi yaradılmışdır. Respublikada 21 hərbi müəssisə, hərbi zavod, 30 istehsal sahəsi fəaliyyət göstərir. İstehsal olunan məhsullar ən yüksək dünya standartlarına cavab verir, beynəlxalq bazarlara çıxarılır. Azərbaycana lazım olan hərbi texnika və silah-sursatın Azərbaycanda istehsal olunması üçün əlbəttə, ölkəyə yeni texnologiyalar gətirilməli, peşəkar mütəxəssislər hazırlanmalı və maliyyə imkanları ayrılmalıdır. Bütün bu amillər bu gün Azərbaycanda mövcuddur. İlbəil artan hərbi xərclərin tərkib hissəsi olan müdafiə sənayesinə ayrılan xərclər də artır.

2008-ci il mayın 26-da Azərbaycan Silahlı Qüvvələrinin 90 illik yubileyi münasibətilə təntənəli hərbi parad keçirilmişdir. Hərbi paradda Silahlı Qüvvələrin bütün qoşun növlərinin, hərbi birlik və birləşmələrin, hərbi tədris müəssisələrinin, həmçinin qanunvericilikdə nəzərdə tutulan başqa silahlı birləşmələrin 4510 nəfərlik şəxsi heyəti, 210 modernləşdirilmiş hərbi texnika, döyüş vertolyotları, təyyarələri, gəmiləri iştirak etmişdir. Bu möhtəşəm tədbir Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ideyalarına sədaqət və ehtiramının təntənəsi olmaqla yanaşı, Silahlı Qüvvələrimizin güc və qüdrətinin nümayişi idi. Dövlətimizin başçısı İlham Əliyev hərbi paraddakı nitqində demişdir: “Azərbaycan öz torpaqlarının bir hissəsini müvəqqəti olaraq itiribdir. Belə olan halda, ordu quruculuğu, müdafiə potensialının möhkəmlənməsi və güclü ordunun yaranması dövlət üçün, hökumət üçün, hər bir vətəndaş üçün bir nömrəli vəzifədir. Biz bu istiqamətdə öz səylərimizi davam etdirəcəyik”.

Bu günlər, Azərbaycan Silahlı Qüvvələrinin 92-ci ildönümü ərəfəsində Bakı ətrafında top səsləri eşidilirdi. Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının birləşmə və hissələrinin irimiqyaslı birgə əməliyyat-taktiki təlim keçirdi. Azərbaycan Prezidenti İlham Əliyev bölmələrin, hissələrin və silah sistemlərinin taktiki döyüş tətbiqini əhatə edən təlimin əsas mərhələsini izləmişdir. Dövlətimizin başçısı demişdir: “Biz hərbi gücümüzü artırmalıyıq və artırırıq. Bu gün Azərbaycan Ordusu qarşıda duran bütün vəzifələri şərəflə yerinə yetirməyə hazırdır. Bir daha demək istəyirəm ki, döyüş qabiliyyəti, peşəkarlıq, vətənpərvərlik ruhu, maddi-texniki bazanın möhkəmlənməsi, orduya dövlət tərəfindən göstərilən diqqət və hörmət - bütün bu amillər bizə imkan verəcək ki, doğma torpaqlarımızı işğalçılardan azad edək”.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı ölkəmizin müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçusunun təltif edilməsi haqqında Sərəncam imzalamışdır.

Sərəncamla 11 nəfər “Vətən uğrunda”, 6 nəfər “İgidliyə görə”, 53 nəfər isə “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuşdur.

Ulu Qarabağ, əzəmətli Şuşa qalası, dahi Üzeyir bəyin ocağı, Ağdam, Cəbrayıl, Qubadlı, Laçın, Zəngilan, Füzuli, Kəlbəcər... Ümidimiz sənədir, Azərbaycan əsgəri!

Fəridə Abdullayeva

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Köklərdən Zəfərə: Azərbaycan Bayrağının dünəni və bugünü VİDEO

Köklərdən Zəfərə: Azərbaycan Bayrağının dünəni və bugünü VİDEO

Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Fransada Emmanuel Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

Antalyada keçirilən COP31-də qlobal iqlim gündəliyi müzakirə olunur

Zəfər və Dövlət Bayrağı günləri Barselonada qeyd olunub

Sabah hava əsasən yağmursuz keçəcək

Gəncədə Dövlət Bayrağı Günü münasibətilə hərbi orkestrin müşayiəti ilə yürüş keçirilir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 9 noyabr

Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

İmişlidə yol qəzası olub, ölənlər var

Xəzər dənizinin dibi ilə fiber-optik kabel və yeni investisiya layihələri: Qazaxıstan prioritetləri müəyyən edir

İƏT Azərbaycana Zəfər Günü münasibətilə təbrik ünvanlayıb

Kambocanın Kralı Əlahəzrət Norodom Sihamoniyə

Qazaxıstan Trans-Xəzər marşrutu ilə yükdaşımalarının həcmini artırır

Şuşa ağ örpəyə bürünüb – FOTOLAR

BDYPİ xəbərdarlıq edir: Bölgələrdə baş verən yol-nəqliyyat hadisələrinin sayı artıb

Dövlət Bayrağı Günü ilə əlaqədar Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir

Qərbi Azərbaycan İcmasının rəhbərliyi və üzvləri Zəfər abidəsini ziyarət ediblər

Kəlbəcər şəhərinə mövsümün ilk qarı yağıb – FOTOLAR

Bəzi dağlıq ərazilərə qar yağır – FAKTİKİ HAVA

Bu gün Türkiyədə COP31 başlayıb

Ötən gecə Rusiya tərəfindən 430 PUA vurulub

Gəncədə tarixi Zəfərin 6-cı ildönümü silsilə tədbirlərlə qeyd edilib

Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

Dünya birjalarında qızıl və gümüş bahlaşıb

Birjalarda neft bahalaşıb

“Böyük Qayıdış” Gənclər Təşkilatı 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirib

Müstəqilliyimizin və suverenliyimizin əbədi rəmzi – üçrəngli qürurumuz

Tramp İranla müharibəni dayandırmaq üçün Si Çinpin və Putinlə danışacaq

Üçrəngli bayrağımız milli qürurumuz, tarixi Zəfərimizin və qalib Azərbaycanın dünyaya bəyanıdır - ŞƏRH

Zəfər Günü münasibətilə Qəbələdə silsilə tədbirlər təşkil olunub

Aksiyalar Fransada siyasi kursun və dövlət quruluşunun transformasiyası məsələsini ortaya qoyub

Zəfər Günü münasibətilə vətəndaşlara növbəti “Açıq qapı” günü təşkil edilib

AKTİ tərəfindən Zəfər Gününün 6-cı ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib

Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub VİDEO

Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub VİDEO

Səfər Qarakoyunlu: Qarabağ Zəfəri bütün Türk dünyasının qürur mənbəyidir

AMEA-nın kollektivi Zəfər abidəsini ziyarət edib

TRT-nin "Azərbaycan rüzgarı" proqramı Qarabağ Zəfərinin ildönümünə həsr olunub

Qarabağın azad edilməsi Azərbaycan Ordusunun qəhrəmanlığının, xalqının birliyinin tarixi təzahürü oldu – ŞƏRH

BDU-nun kollektivi Zəfər parkını ziyarət edib

Almaniyanın Ştutqart şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Tramp: İrana qarşı “Dəmir Qapı” əməliyyatı tam qüvvədədir

Üçrəngli bayrağımız müstəqil Azərbaycanın simvolu, xalqımızın qürur mənbəyidir

Nyu-Yorkun Boulinq-Qrin parkında Azərbaycan bayrağı ucaldılıb

Zaqatalada Zəfər Günündə ağacəkmə aksiyası, güləş turniri, konsert proqramı təşkil olunub

Nyu-Yorkda Zəfər Günü ilə bağlı məlumatlandırma aksiyası keçirilir

Pedaqoji Universitet kollektivi Zəfər parkını ziyarət edib

Rusiya mediası Prezident İlham Əliyevin Xankəndi və Şuşada çıxışlarını işıqlandırıb

ABŞ-ın Paterson şəhərində 8 Noyabr Azərbaycanın Zəfər Günü elan edilib

Prezidentin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub VİDEO

Zəfər Günü münasibətilə Xankəndidə atəşfəşanlıq olub VİDEO

Zəfər Günü münasibətilə Xankəndidə atəşfəşanlıq olub VİDEO

Türkiyədən daha bir təbrik: Tarixi Qalata Qülləsi Azərbaycan bayrağının rənglərinə bürünüb

8 Noyabr münasibətilə Zəfər Parkı ziyarət edilib

Höteburqda Zəfər bayramı qeyd olunub

Ər-Riyadda Zəfər Günü münasibətilə rəsmi qəbul təşkil edilib

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb

ASAP xarici ölkələrdə Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər keçirib

Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub VİDEO

Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub VİDEO

Bursanın məşhur Saat Qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

Strasburqda Zəfər Günü qeyd olunub

Dövlət Agentliyinin rəhbər heyəti Zəfər parkını ziyarət edib

Zəfər Günü İsveçrədə qeyd olunub VİDEO

Zəfər Günü İsveçrədə qeyd olunub VİDEO

İpoteka və Kredit Zəmanət Fondunun kollektivi Zəfər abidəsini ziyarət edib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Zəfər Günü Ağdam, Füzuli və Xocavənddə silsilə tədbirlərlə qeyd edilib

Şanlı Zəfərimizin əsas memarı Prezident İlham Əliyevdir - ŞƏRH

Futzal üzrə Azərbaycan millisi növbəti oyununu keçirib

Naxçıvanda Zəfər Günü münasibətilə atəşfəşanlıq olub VİDEO

Naxçıvanda Zəfər Günü münasibətilə atəşfəşanlıq olub VİDEO

Mərakeş qəzetində Azərbaycanın Zəfər Gününün altıncı ildönümünə həsr olunmuş məqalə dərc edilib

Manisada Zəfər Günü ilə əlaqədar təbrik mesajları yayımlanıb

Zəfər Günü Azərbaycanın xaricdəki nümayəndəliklərində qeyd edilib

Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi Zəfər abidəsini ziyarət edib

Zəfər Gününə həsr olunmuş şahmat turniri təşkil edilib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb VİDEO

Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

Göygöldə Zəfər Günü ilə əlaqədar silsilə tədbirlər təşkil olunub

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib VİDEO

Azərbaycanlı həkimlər Zəfər Günü münasibətilə Berlində yürüş keçiriblər

Zəfər Günü Azərbaycan Ordusunda təntənəli şəkildə qeyd edilib

Vaxtilə Azərbaycana qarşı fəaliyyət göstərmiş şəxslərin yerləşdiyi binada Zəfər Muzeyinin yaradılması tarixi ədalətin bərpasının rəmzidir – ŞƏRH

Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər VİDEO

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər Tağı abidəsini ziyarət edib

Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidenti ilə Şuşada görüşünə dair videoçarx paylaşılıb VİDEO

Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər YENİLƏNİB VİDEO

Dövlət Komitəsinin kollektivi Zəfər parkını ziyarət edib

Media və Yayım Şurasının və Mətbuat Şurasının kollektivi Zəfər parkını ziyarət edib

Vətən müharibəsində qazanılan böyük Zəfər məzmunca daha qlobal əhəmiyyət daşıyır VİDEO

Vətən müharibəsində qazanılan böyük Zəfər məzmunca daha qlobal əhəmiyyət daşıyır VİDEO

8 Noyabr xalqımızın milli qürurunun, sarsılmaz iradəsinin, Vətən sevgisinin parlaq təcəssümüdür

Ağdam, Füzuli və Xocavənddə şəhid ailələrinin müraciətləri dinlənilib

Ombudsman Səbinə Əliyeva və Aparatın kollektivi Zəfər abidəsini ziyarət ediblər

Tbilisidə Zəfər Günü qeyd olunub

Kuala Lumpurun mərkəzində Azərbaycan Bayrağını əks etdirən videoçarx nümayiş olunub

Mədəniyyət Nazirliyinin kollektivi Zəfər abidəsini ziyarət edib

Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Federasiya rəsmisi: Yorğa atların yarışlarının daha da inkişaf edəcəyinə inanırıq

Minatəmizləmə Agentliyinin rəhbərliyi Zəfər abidəsini ziyarət edib

Zəfər Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş olub

Maliyyə Nazirliyinin kollektivi Zəfər abidəsini ziyarət edib