Azərbaycan Dövlət İnformasiya Agentliyi

İrlandiyanın Prezidenti Maykl Higginsdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Milli bayramınız - Respublika Günü münasibətilə Zati-alinizə şəxsən öz adımdan və İrlandiya xalqı adından ən səmimi təbriklərimizi və xoş arzularımızı çatdırıram.

Bu fürsətdən istifadə edərək Zati-alinizə xoşbəxtlik, Azərbaycan xalqına isə əmin-amanlıq və rifah arzulayıram.

Dərin hörmətlə,

 

Maykl Higgins

İrlandiyanın Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin