DÜNYA
İşgüzar adamlar üçün Britaniya ulduz falı (12-18 mart)
QOÇLAR özlərinə tez-tez xatırlatmalıdırlar ki, daldan atılan daş topuğa dəyər. İşgüzar görüşünüz başa çatıbsa, orada danışılanlar barədə düşünmək onsuz da heç nəyi dəyişdirməyəcəkdir. Olan olub, keçən keçib. Odur ki, məyus olub, qanıqaralıq salmağa dəyməz. Sizə əzab verən peşmançılıq hissi tədricən sakitləşəcəkdir, bir neçə gündən sonra isə tamamilə unudulacaqdır.
BUĞALARIN bəxtinə bu həftə unudulmaz xoşbəxt anlar düşəcəkdir. Müəyyən müddət işlərinizi unudun. Kefiniz istəyən qədər əylənin. Zəngin təxəyyüllü yaradıcı insan kimi imkanlarınızın hüdudu yoxdur. Odur ki, yeni əlaqələr qurmaq fürsətini, lütfən, uşaqlıq edib əldən verməyin. Unutmayın ki, əylənmək yaxşıdırsa, müəyyən əndazədə olması daha yaxşıdır.
ƏKİZLƏRƏ astroloqlar şanslarını qaçırmamağı məsləhət görürlər. Təbiətin sizə bəxş etdiyi istedadları üzə çıxarmaq vaxtıdır. Köhnə iş yerində işlər yerimirsə, fəaliyyət istiqamətinizi dəyişdirmək daha məsləhətlidir. Potensialınızı ortaya qoymağa imkan verməyən, zəhlətökən vəzifədən imtina etməkdən, özünüzdə cəsarət tapıb peşənizi dəyişdirməkdən çəkinməyin. İlk baxışda bir o qədər sərfəli görünməyən katib və ya xəfiyyə kimi işləri seçən adamlar daha çox uğur qazanacaqlar.
XƏRÇƏNGLƏR hansı işə bağlı olduqlarını və hansı işi mükəmməl gördüklərini yaxşı bilirlər. Yəni uzun-uzadı düşünməyə ehtiyac yoxdur. Bundan sonra da vərdişlərinizi məhz həmin istiqamətdə inkişaf etdirin, onda tezliklə öz arzunuza çata biləcəksiniz. Sizi yaxından tanıyan, rəğbət bəsləyən və həyatda həmişə uğur qazanmağınızı istəyən insanlardan dəstək alacaqsınız.
ŞİRLƏRİN öz işlərinə loyal və vicdanlı münasibəti yaşca və vəzifəcə böyük tərəfdaşlarını sevindirəcəkdir. Yanınızda qeyd dəftərçəsini gəzdirməyi unutmayın. Bu günlər orijinal ideyalar çoxlu dividend gətirəcəkdir. Lakin bu ideyalar dərhal kağıza həkk edilməsə, ani bir şəkildə sizi ziyarət etdiyi kimi, bir an içində, özündən sonra heç bir iz qoymadan uçub gedə də bilər.
QIZLAR müxtəlif ideyalarla eksperiment aparmalıdırlar. Bu, işgüzar tərəfdaşınızla münasibətlərinizə yeni ab-hava verə bilər. Məsələ ilə birlikdə əlaqədar olmağınız sayəsində düşündüyünüzdən də az səy göstərəcəksiniz. Necə deyərlər, bir baş yaxşıdır, ikinci baş daha yaxşıdır. Sizin və tərəfdaşınızın zəif və güclü mövqeləri bir-birini çox yaxşı tamamlayacaqdır.
TƏRƏZİLƏR öz hisslərini tam etibar etdikləri insanlardan başqa heç kəslə bölüşməməlidirlər. Ürəyinizi layiq olmayan insanlara açmağınız sizə rahatlıq verməyəcək, daim əndişələndirəcək, sözlərinizə ayrı rəng verilib-verilməyəcəyi barədə düşüncələriniz həyatınızı qaraldacaq, şayiələrə, söz-söhbətlərə yol açacaqdır. Pəjmürdə haldasınız, məyussunuz, yaxud əsəbisiniz, yanınızda isə dərdinizi bölüşəcək kimsə yoxdur. Onda ürək sözlərinizi təklikdə uca səslə özünüzə söyləyin, yaxud ev heyvanınızla bölüşün.
ƏQRƏBLƏRİN yaxınları ilə münasibətlərindəki qığılcım sönmüşsə, ruhdan düşməməlidirlər. Emosiyaların çıxması üçün başqa yol axtarmaqdansa, əvvəlcə yaxınlarınızı maraqlandıracaq, mənəvi rahatlığı qaytaracaq yeni nə isə axtarıb tapmalısınız. İşgüzar tərəfdaşlarla görüşə geyimli-keçimli, tam hazırlıqlı vəziyyətdə, əla görkəmdə gedin.
OXATANLAR özlərinə qapanıb düşüncələrini dostlardan və doğmalardan gizlətməməlidirlər. Ciddi-cəhdlə qurduğunuz planlarınıza son akkordu heç şübhəsiz onların məsləhətləri vuracaqdır. Təkliflərin orijinallığı sizi heyrətləndirəcəkdir. Valideynləriniz sizinlə bir neçə gün keçirmək istəyəcəklər. Lütfən diqqət və qayğınızı, vaxtınızı onlardan əsirgəməyin.
OĞLAQLARIN yaxın günlərdə qarşılaşacaqları seçim müxtəlifliyi onları çıxılmaz vəziyyətə salacaqdır. Özünüzü itirməyin, intuisiyanıza güvənin. Məsələ işinizlə əlaqədardırsa, yaxşı olar, suallarınıza cavabı peşəyönümlü internet-forumlarda axtarasınız. Üstəlik, belə bir ünsiyyətdən sonra ağlınıza gələcək ideyalar dostlarınızın və həmkarlarınızın karyera pillələri ilə irəliləmələrinə kömək edəcəkdir.
DOLÇALARIN uğura aparan yolda əsas əngəlləri pul qazanmaq və gördükləri işdən sonsuz zövq almaq istəyi arasında yaranmış ziddiyyət olacaqdır. Amma inanın ki, hər gün zövq alacağınız bir iş tapmaq mümkündür. Lakin hər halda əsas istiqaməti özünüz üçün aydınlaşdırmalısınız. Unutmayın ki, işləmək üçün yaşamırsınız, yaşamaq üçün işləyirsiniz.
BALIQLARIN məqsədə can atmaları onların intuisiyasını işə salacaqdır. Yaradıcı ideyalarınızın dostlarınızın və yaxınlarınızın qanını qaraldacağı istisna deyildir. Onlar hesab edəcəklər ki, bu göstəriş üçün nümayiş etdirdiyiniz keçici bir həvəs və əsassız vaxt itkisidir. Amma onlara məhəl qoymamağa çalışın. Siz ki, məsələnin nə dərəcədə ciddi olduğunu yaxşı bilirsiniz.