Azərbaycan Dövlət İnformasiya Agentliyi

İDMAN

İslam Həmrəyliyi Oyunları fonunda beynəlxalq idman tədbirləri vacib təsir vasitəsi kimi: Beynəlmiləlçilik və vətəndaş həmrəyliyi

İslam Həmrəyliyi Oyunları fonunda beynəlxalq idman tədbirləri vacib təsir vasitəsi kimi: Beynəlmiləlçilik və vətəndaş həmrəyliyi

Bakı, 30 iyun, AZƏRTAC

İrimiqyaslı idman tədbirlərinin ümumilikdə cəmiyyətdə rolu və əhəmiyyəti uzun illər müxtəlif prizmalardan, ayrı-ayrı institutlar və alimlər tərəfindən araşdırılsa da, hər bir tədbirin unikal olmasını və davamlı inkişaf edən mühitdə təşkilini nəzərə alaraq bir tədqiqat mövzusu kimi öz əhəmiyyətini saxlamaqdadır.

Meqa idman tədbirlərinin üstünlük və ya əlverişsizliyinin təhlili haqqında danışarkən öncə onun hansı təsir meyarları olduğunu müəyyən etmək lazımdır. Belə ki, məhz bu təsir amilləri irimiqyaslı idman tədbirlərinin (eləcə də digər meqa tədbirlərin) təşkilinin məqsədi və nəticəsinin, qoyulmuş sərmayə və mənfəətin əlverişlilik səviyyəsinin müəyyən edilməsində əsas müzakirə obyekti olmalıdır.

Beləliklə, beynəlxalq irimiqyaslı idman tədbirləri əsasən siyasi, iqtisadi, sosial və ekoloji prizmadan təhlil edilir. Bu təsirlər də özlərində müxtəlif komponentləri birləşdirir.

İdman öz fəlsəfəsinə görə siyasətdən kənar tutularaq, ümumbəşər dəyərlərinə xidmət etmək məqsədi daşısa da, idman və siyasətin daim birgə səslənməsinin şahidi oluruq. İslam Həmrəyliyi Oyunları da öz həcmi və əhatəsinə görə İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin idmançılarının İslam Əməkdaşlığı İdman Federasiyasi vasitəsilə yarışlara cəlb edilməsinə və bu üzv ölkələr arasında mədəni əlaqələrin, eləcə də digər sahələrdə əməkdaşlığın genişləndirilməsinə yönəlib. Bununla bərabər, idman tədbirləri yüksək səviyyəli siyasi liderlərin qeyri-rəsmi mühitdə ünsiyyətini, ev sahibliyi edən ölkənin idman siyasətini, eləcə də ölkənin və dövlətin mövqeyi və potensialını nümayiş etdirmək üçün əlverişli imkan yaradır. Tədbirlə bağlı geniş yerli və beynəlxalq auditoriyaya çıxış və medianın diqqətinin artmasını nəzərə alaraq vacib mesajların sürətlə ötürülməsinə gözəl fürsət yaranır. Qeyd etmək lazımdır ki, bu fürsəti hər zaman müxtəlif siyasi qüvvələr öz maraqları və prizmasından istifadə etməyə və cəmiyyətdə rezonans doğurmağa çalışır.

Meqa idman tədbirlərinin iqtisadi təsir effektləri zamana görə müxtəlif olduğundan bəzən qoyulan sərmayənin özünü doğrultmasına dair şübhələr doğurur. Məsələn, çevik iqtisadi mənfəət gətirən məqam tədbirlərə bilet satışı olsa da, yerli brendlərin beynəlxalq istehlakçıya tanıdılması, turizm sektorunun inkişafına təkan, infrastrukturun inkişafından gələn gəlirlər bir qədər gec, hətta illər sonra görünür, lakin bu gəlirlər uzunmüddətli və davamlı iqtisadi təsir göstəricisinə çevrilir.

İdman sahəsi özlüyündə böyük bir sosial sahə olduğu üçün meqa idman tədbirlərinin sosial hədəfləri də digər təsirlərdən daha qabarıqdır və özündə müxtəlif seqmentləri birləşdirir. Belə tədbirlər yeni iş imkanları, sosial inteqrasiya, özünüinkişaf, multikultural mühitin, ümumbəşər dəyərlərinin və mədəniyyətin bölüşülməsi və dərk edilməsi üçün münbit şərait yaradır.

Birinci Avropa Oyunları ölkəmizin tarixində təşkil edilən çoxsaylı beynəlxalq idman tədbirlərinin miqyasca ən böyüyü olub. Oyunlar həm beynəlxalq, həm də yerli cəmiyyətdə öz sosial təsirlərinə görə dəyərli iz qoyub, hər hansı bir vəzifədə tədbirə cəlb olunmuş minlərlə insan (50 ölkədən 6000 idmançı, 15000-ə yaxın könüllü və işçi qüvvəsi, eləcə də tamaşaçılar) Oyunların uğurla başa çatmasına birlikdə böyük səy göstərmiş və beləliklə, onlar böyük bir ailədə birləşmiş, dostlaşmış və anlaşmışlar. Birinci Avropa Oyunlarının Azərbaycan cəmiyyətinə gətirdiyi böyük töhfə növbəti belə bir multiidman tədbirinin IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsinə sövq etdi. Miqyasına görə təqribən yaxın olan bu iki meqa tədbir ölkəmizdə könüllülük ənənələrini möhkəmləndirərək həm beynəlmiləlçilik, həm də vətəndaş həmrəyliyi kimi mühüm mənəvi dəyərlər ətrafında birləşməyə həvəs yaratdı.

Könüllülük fəlsəfəsi ictimai vacib məsələdə təmənnasız fərdi töhfə və dəstək prinsiplərinə əsaslanan bir hərəkatdır. Heç şübhəsiz, hər bir iştirakçı maddi maraq gözləmədən şəxsi vaxtını, əməyini ümummilli məqsədlərə və ümumbəşəri dəyərlərə sərf edərkən özü də mənən yüksəlir, milli qürur, özünə və xalq birliyinə inam güclənir, multikultural mühitdə peşəkar keyfiyyətlərini bölüşən digər insanlar arasında təkmilləşir, sosiallaşır və geniş peşəkar şəbəkədən gələcək karyerası və maraqları üçün faydalanmaq imkanı əldə edir.

Təcrübə göstərir ki, belə mühit insanların davranışının dəyişməsi, stereotiplərin aradan qaldırılması üçün çox təsirlidir. İslam Həmrəyliyi Oyunları da bu qəbildən nəinki Azərbaycan cəmiyyəti, eləcə də beynəlxalq mühit üçün gözəl nümunədir. Müasir dünyanın islamofobiya ilə davamlı qorxudulduğu dövrdə Azərbaycan sivil ənənələrə sadiq bir dövlət kimi müxtəlif dinlərin təmsilçilərini belə bir böyük tədbirlə qlobal stereotiplərə qarşı nümunə göstərməyə nail oldu. İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsində müxtəlif dini qruplara mənsub minlərlə mütəxəssis əsl həmrəylik nümayiş etdirdi. Bu həmrəylik insan dəyərləri, idmandan zövq qalmaq, davamlı inkişaf, mədəniyyətlərarası körpülərin qurulması üçün böyük bir təməl idi.

Ölkəmizdə təşkil olunmuş IV İslam Həmrəyliyi Oyunları da I Avropa Oyunları kimi öz proqramında fiziki məhdudiyyətləri olan insanlar üçün də öz bacarıqlarını nümayiş etdirmə imkanı yaratdı. Həmçinin əlilliyi olan tamaşaçıların idman qurğularına gəlmələri üçün lazımi şərait təşkil olunmuşdu. Belə yanaşma Oyunların sosial inteqrasiya üçün səmərəli istifadəsinə nümunədir.

Unutmaq olmaz, müasir dövrdə idman tədbirləri daha geniş məqsədlərə və təsirlərə malik olsa da, onun ilkin məqsədlərindən olan sağlamlıq və sağlam həyat tərzinin təbliği məsələləri daim aktuallığını qoruyur. Ölkədə təşkil edilən hər bir multiidman tədbiri əhali, xüsusilə gənc nəsil arasında idmana həvəsi artırır, eləcə də fəal həyat tərzinin təbliği istiqamətində oyunlaröncəsi layihələrin reallaşmasına, infrastrukturun möhkəmləndirilməsinə, geniş əhali kütləsinin fiziki fəallığına səbəb olur.

İdmanın ən böyük hərəkatı olan Olimpizmdə olduğu kimi, ekoloji məsələlər hər bir böyük idman tədbirlərinin vacib məqsədlərindən və səmərəlilik təhlilinin əsas faktorlarından biri kimi baxılır. Ümumilikdə, təbiət və ekoloji qayğı nəsillərdən-nəsillərə ötürülən, insan tələblərinin qarşılanması üçün müasir texnoloji təsirlərlə ziyan verilmiş və mühafizəyə ehtiyacı olan ümumbəşər dəyəri kimi diqqət mərkəzinə gəlmiş olur. Bir sıra idman növlərinin təşkili üçün təbii şərait tələb edilir. İnsan təbii mühitdən zövq alaraq özünün fiziki və mənəvi keyfiyyətlərini inkişaf etdirdikdə təbiətin bütövlüyünü, özünün bir bioloji və sosial varlıq kimi ətraf mühitlə, təbiətlə bağlılığı, asılılığı və birliyini daha yaxşı dərk edir, ona sevgi və qayğısını göstərməyə çalışır. İdmanın kütləviliyinin artırılması və onun hamı üçün əlçatan olması üçün daha çox təbii mühitdə yaradılmış idman meydançalarının, qaçış zolaqlarının, su hövzələrinin istifadəsinə şərait yaradılması vacibdir. Əhalinin ekoloji biliklərini artırmaq və gənc nəsli təbiətsevər tərbiyə etmək üçün idman mütəxəssislərinin idmanın kütləviliyinin təşkili prinsiplərinə və metodlarına baxışlarını daim nəzərdən keçirmək, təbiətin sağlamlaşdırıcı ünsürlərindən geniş istifadəyə sövq etmək vacibdir. Bir çox milli idman növləri və xalq idman oyunları da məhz təbii şəraitdə təşkil olunub.

İslam Həmrəyliyi Oyunları çərçivəsində bir çox Şərq ölkələri mədəniyyətinə daxil olan zorxana yarışları da qədim ənənələrlə xalqların sıx bağlarını xatırladaraq, idman mədəniyyətinin digər mədəniyyət növləri kimi ötürülən, təkmilləşən, öyrənilən və paylaşılan olduğunu nümayiş etdirdi.

Meqa idman tədbirləri əsasən də beynəlxalq tədbirlər olduğundan onların məqsəd və mesajları qlobal problemlərin həllinə yönəlir və ümumbəşər dəyərlərinin təlqin edilməsinə xidmət edir.

Hazırda bütün dünya ölkələri üçün əsas istiqamət olan Birləşmiş Millətlər Təşkilatının Davamlı İnkişaf Məqsədləri kimi formalaşdırılmış 17 hədəf dünya cəmiyyətinin ümumi firavanlığı, sağlığı, bərabərhüquqlu, inteqrasiyalı olması üçün bütün üzv dövlətləri məsuliyyətləndirərək müvafiq işlər görməyə dəvət edir. Bütün bu hədəflərə nail olmaq üçün idman tədbirləri dolayı vasitə olsa da çox əlverişlidir. Yuxarıda qeyd edilən təsir imkanları da məhz bunu təsdiq edir.

Dördüncü İslam Həmrəyliyi Oyunları da sadalanan bir çox təsir obyektləri ilə bərabər cəmiyyətə xüsusi mesajlar ötürdü, sülh, hörmət, mükəmməllik və birlik kimi vacib dəyərlərə bu Oyunlar çərçivəsində diqqəti yönəltməyə çalışdı.

Qlobal və multikultural dəyərlərə söykənən dövlətimizin idman strategiyası və siyasətinə əsasən, böyük idman tədbirlərinə ev sahibliyi edərək, o cümlədən IV İslam Həmrəyliyi Oyunları ərzində bütün iştirakçılar sülh, hörmət, mükəmməllik və birlik kimi dəyərlərlə əhatə olunaraq öz vətənlərinə, dostlarına və ailələrinə bu dəyərləri qəlblərində, ruhlarında və düşüncələrində apardıqlarına inanır, hər bir insanın və millətin birgə firavan yaşamı üçün vacib olan bu keyfiyyətləri paylaşaraq daha gözəl dünya qurmağa cəhd etdiklərinə ümid edirik.

Səlhət Abbasova

Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi,

fəlsəfə doktoru

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanda bu mövsüm pambıq sahələrinin sığortasında yenilik tətbiq olunub

Azərbaycan gimnastı Bakıdakı Avropa Kubokunda finala yüksəlib

Özbəkistanın Daşkənd Kimya-Texnologiya İnstitutunun rektoru BDU-da

Coğrafiya dərsliyinin məzmunu, quruluşu və tədrisi metodikasının xüsusiyyətləri – vebinar

Bakıda fəaliyyət göstərən çörək istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb

Milanda içki satışına bəzi qadağalar qoyulub

ANAMA nümayəndəsi: Qarabağ və Şərqi Zəngəzurda 248 min hektar ərazi minalarla yüksək səviyyədə çirkləndirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Gürcüstan nümayəndə heyəti ilə görüş olub

Bakı güləş üzrə Avropa çempionatına ev sahibliyi edəcək

Azərbaycan və Səudiyyə Ərəbistanı enerji tərəfdaşlığını gücləndirən sənədlər imzalayıb

Paytaxtın abad məhəllələrində minifutbol yarışları başa çatıb

Vyetnamda qidadan 487 nəfər zəhərlənib

Biologiya və coğrafiya üzrə respublika fənn olimpiadalarının yekun nəticələri elan edilib

Çin Ayın görünməyən tərəfinə kosmik missiyaya start verib

Milli Məclisdə Bosniya və herseqovinalı deputatla görüş təşkil edilib

Azərbaycan avarçəkənləri "Prezident Kuboku"nu 9 medalla başa vurublar

Mediasiya Şurası BDU tələbələri ilə görüş keçirib

Günel Səfərova: Məktəblərdə bullinq haqqında maarifləndirmə işləri aparılır

Türk dövlətlərinin iqtisadi təşəbbüsü ŞƏRH

Ağdam Sənaye Parkına mediatur təşkil edilib

Ötən ay Şirvan-Salyan Regional Təhsil İdarəsinə 545 müraciət daxil olub

MDB İnformasiya Şurası faşizm üzərində Qələbənin 80 illiyinə xüsusi nəşr hazırlayacaq

BDU-da tədbir: Yaşıl enerji çağırışları kontekstində gələcəyə baxış

İndoneziyada torpaq sürüşməsi və sel 7 nəfərin həyatına son qoyub

AzMİU QS reytinqində bir neçə istiqamət üzrə uğurla təmsil olunur

Gürcüstan Fransanın Avropa və Xarici İşlər Nazirliyini qeyri-obyektivlikdə günahlandırıb

Paytaxtın Suraxanı və digər ərazilərindəki obyektlərdə 361 kəsici alət aşkarlanıb VİDEO

Azərbaycan-Argentina parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib

Çin Ayın görünməyən tərəfinə kosmik missiya göndərib

Tələbələr üçün təlim: Düşüncənin gücü

I Beynəlxalq Opera Festivalının iştirakçıları “Landmark”da çıxış ediblər

® “Araz” supermarketlər şəbəkəsi tədarükçülərini Rəqabət Məcəlləsi ilə bağlı məlumatlandırıb

Bu ilədək 802 qadın narkotik istifadəsi ilə bağlı dispanser nəzarətinə götürülüb

Ombudsmanın müşaviri: Sosial şəbəkələrdə etikaya, əxlaqa zidd paylaşımlar yeniyetmələrin düşüncəsinə mənfi təsir edir

Kuleba və Kemeron Ukraynaya hərbi yardımı müzakirə ediblər

Cənubi Koreya xaricdəki diplomatları üçün terror həyəcanı səviyyəsini yüksəldib

Almaniyanın Bonn şəhərində “COP29 və sonrası - sülh, təhlükəsizlik və iqlim dəyişikliyi” mövzusunda konfrans keçirilib

MDB dövlət informasiya agentliklərinin rəhbərləri Şuşada Qlobal Media Forumunda iştirak etməyə dəvət olunub VİDEO

Əli Hüseynli: Dövlətimiz idman sahəsində gənclərə böyük dəstək verir

İraqın şimalında 32 PKK terrorçusu zərərsizləşdirilib

BƏƏ neft hasilatını artırdığını bəyan edib

Bu il Azərbaycanda narkotiklərlə bağlı aşkarlanmış faktların sayı açıqlanıb

Əlahiddə Ümumqoşun Ordu komandanı İran İslam Respublikasına rəsmi səfər edib

Reymond Bondin: Qarabağ regionunda mədəni nümunələrin dağıdılması bəşəriyyətə qarşı cinayətdir

AQTA-da bioloji aktiv qida məhsulları idxal edən sahibkarlarla görüş keçirilib

Gürcüstan “yaşıl dəhliz” layihəsinə özəl sektoru cəlb etmək istəyir

BP indiyədək “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan 4,3 milyard barel neft hasil edib

DİN nümayəndəsi: Narkotik vasitə istifadəçiləri arasında reabilitasiya mərkəzlərinə müraciət edənlərin sayı artıb

Fərid Qayıbov: Avarçəkmənin daha yüksək səviyyədə inkişafı üçün əlimizdən gələni edəcəyik

Atatürk Mərkəzində Akkan Suverin “80 ilin ardından” kitabının təqdimatı olub

Azad olunmuş ərazilərdə tikinti ilə məşğul olan sahibkarlara kredit və subsidiyalarla bağlı güzəştlər edilir

BMU-da kibertəhlükəsizlik laboratoriyası istifadəyə verilib

Sabah havanın dəyişkən buludlu və bəzi yerlərdə yağıntılı olacağı gözlənilir

Dövlət Komissiyası: Narkomaniya ilə mübarizədə medianın rolu çox vacibdir

Nazir Ceyhun Bayramov Qambiyaya işgüzar səfərə yola düşüb

Dövlət Komitəsi rəsmisi: “Uşaq hüquqları” ilə bağlı yeni qanun layihəsi artıq hazırdır, razılaşdırılması prosesi gedir

Rumıniya təmsilçisi: Milli Gimnastika Arenasında idmançılar üçün mükəmməl şərait yaradılıb

“Qarabağ” və “Turan Tovuz” azarkeşlərinə, “Sumqayıt” kənar şəxslərə görə cərimələnib

Şimali Kipr Türk Respublikasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə tədbirlər keçiriləcək

“The Guardian”ın redaktoru: Biz artıq Bakıda keçiriləcək COP29 kimi mühüm tədbirə hazırlaşırıq

Apreldə su hövzələrindən 375 ədəd sintetik tor götürülüb

Azərbaycan Texniki Universitetində Abituriyent Məsləhət Mərkəzi yaradılıb

Azərbaycanda təbii və texnogen mənşəli hadisələrin sayı 11 faiz azalıb

Ukrayna kəşfiyyatı: Döyüş meydanında qələbə mümkünsüzdür

İsrailin Netanya şəhərində Ulu Öndərin doğum gününə həsr olunmuş tədbir təşkil edilib

Amerikalı hüquqşünas: Mədəniyyətlərarası Dialoq Forumu çox dinamik şəkildə keçdi

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda ilk qaliblər müəyyənləşib VİDEO

Bəşir Hacıyev: 2026-cı ilin sonunadək Ağdamın Xıdırlı, Sarıcalı və Kəngərli kəndində ümumilikdə 1200-dən çox evin tikintisi başa çatacaq

Peter Mixalko: Avropa İttifaqı mina təhlükəsi sahəsində də Azərbaycanla əməkdaşlığı diqqətdə saxlayır

Kəlbəcər şəhərinin Baş Planı çərçivəsində görüləcək işlər açıqlanıb

İtaliya rəsmisi: Heç bir italyan əsgəri Makronun uğrunda həlak olmayacaq

Aprel ayı ərzində BŞTİ-yə 5 mindən çox müraciət daxil olub

Müdafiə Nazirliyi: “EFES - 2024” təlimi davam edir

İKZF: Fond tərəfindən sahibkarlara ayrılan zəmanətli kreditlərin həcmi 470 milyon manata çatıb

Vitse-prezident: BP Azərbaycanın neft-qaz sektoruna 85 milyard dollar sərmayə yatırıb

AMEA: Akademik Həsən Əliyevə məxsus sənədlər elmi irs fonduna daxil edilib

Texasın şərqində daşqınlarla əlaqədar təxliyə göstərişi verilib

Forum çərçivəsində Ağdamda “Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri” mövzusunda xüsusi sessiya işə başlayıb

Bakıda beynəlxalq şahmat festivalı keçiriləcək

Xətai Rayon Prokurorluğunda “Yaşıl dünya üçün hüquqi yeniliklər” adlı tədbir keçirilib

Vüqar Süleymanov: Ərazilərin minalarla çirklənməsi təbiətə də ciddi ziyan vurur

Ötən ay 141 mindən çox vətəndaş xüsusi şərtlərlə pensiya alıb

Bakıda Kukla Festivalının bağlanış mərasimi olub

Gert Jan Koopman: Aİ-yə üzv ölkələr həmrəylik göstərəndə mina sahəsində ortaya yaxşı iş qoya bilirik

Azərbaycan Prezidenti: Polşanın Cənubi Qafqazı əhatə edən mövqeyini yüksək qiymətləndiririk

Sumqayıt teatrı yeni tamaşa hazırlayır

Hindistan aprel ayında Rusiyadan neft idxalını 20 faiz artırıb

Polşa Respublikasının Prezidenti Zati-aliləri cənab Andjey Dudaya

Türk Dövlətlərinin Animasiyası-2024 kataloquna daxil edilmək üçün animasiya əsərlərinin qəbuluna başlanılıb

Prezidentin köməkçisi: Mina problemi həm sülh prosesinə mane olur, həm də mədəni irsə ciddi ziyan vurur

Maliyyə naziri Samir Şərifov Tbilisidə bir sıra görüşlər keçirib

Müharibə və müstəmləkəçilik yaşamış sülh şəhəri – Hanoy VİDEO

Muğam Mərkəzində növbəti konsert - ruhumuzun səsi

Hikmət Hacıyev: Minalar keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına mane olur

“Əhmədli” və “Həzi Aslanov” stansiyalarına yaxın ərazilərdə kəsici-deşici alətlərin satışının qarşısı alınıb VİDEO

Bu il ekoloji hüquqpozma faktları üzrə 25 cinayət işi başlanılıb

Latviyalı gimnast: Azərbaycan idmançılarını özümə əsas rəqiblərdən hesab edirəm

Azərbaycan mədəniyyətlərarası dialoqa davamlı töhfələr verən ölkədir - ŞƏRH

Viktor Orban: Avropa liderləri odla oynayırlar

Bakı Forumunun iştirakçıları Xalq rəssamı Sakit Məmmədovun emalatxanasında olublar