RƏSMİ XRONİKA
İSLAM ÖLKƏLƏRİNİN TURİZM SAHƏSİNDƏ ƏMƏKDAŞLIĞININ GENİŞLƏNMƏSİ AZƏRBAYCANIN DÜNYAYA DAHA YAXINDAN TANIDILMASI ÜÇÜN DƏ YENİ İMKANLAR AÇACAQDIR
BAKIDA İSLAM KONFRANSI TƏŞKİLATININ ÜZVÜ OLAN ÖLKƏLƏRİN TURİZM NAZİRLƏRİNİNV KONFRANSI BAŞLANMIŞDIR
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV KONFRANSIN AÇILIŞINDA İŞTİRAK ETMİŞDİR
Sentyabrın 11-də Bakıda, “Gülüstan” sarayında İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin turizm nazirlərinin V Konfransının açılışı olmuşdur.
Konfrans iştirakçıları Azərbaycan Prezidenti İlham Əliyevi hərarətlə qarşıladılar.
Əvvəlcə Azərbaycanın turizm imkanlarını, təbiətini, zəngin mədəniyyətini əks etdirən reklam xarakterli film göstərildi.
İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin turizm nazirlərinin IV Konfransının sədri, Seneqalın turizm və hava nəqliyyatı naziri Usman Massek Ndiay V Konfransı açıq elan etdi.
Müqəddəs Qurani-Kərimdən ayələr oxundu.
Azərbaycan Prezidenti İlham Əliyev konfransda nitq söylədi.