Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

İslam Səfərlinin 90 illik yubileyinin keçirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2013-cü ildə Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, şair və dramaturq İslam Əhməd oğlu Səfərlinin 90 illiyi tamam olmuşdur.

İslam Səfərli bütün yaradıcılığı boyu ana dilinin geniş bədii imkanlarından ustalıqla faydalanmış, vətən təbiətinin gözəlliklərini və insanın mənəvi aləminin zənginliklərini tərənnüm edən, yüksək şeriyyətə malik əsərləri ilə milli ədəbiyyatı zənginləşdirmişdir.

Azərbaycan ədəbiyyatının inkişafında özünəməxsus xidmətləri olan şair və dramaturq İslam Səfərlinin 90 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, İslam Səfərlinin 90 illik yubileyinə dair tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 avqust 2013-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin