SİYASƏT
İslamabadda “Kəşmir və Dağlıq Qarabağ: həll yolları” mövzusunda konfrans keçiriləcəkdir
Bakı, 1 mart (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) və Pakistanın Sülh və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə martın 4-də İslamabadda “Kəşmir və Dağlıq Qarabağ: həll yolları” mövzusunda konfrans keçiriləcəkdir.
Mərkəzdən AZƏRTAC-a bildirilmişdir ki, SAM-ın direktor müavini Gülşən Paşayeva, xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri Rövşən İbrahimov və qurumun elmi işçisi Fuad Çıraqov bununla əlaqədar martın 3-5-də İslamabadda səfərdə olacaqlar.
Nümayəndə heyətinin Quaid-e-Azam Universiteti Müdafiə və Strateji Araşdırmalar Mərkəzində, Preston Universitetində və İslamabad Siyasi Araşdırmalar İnstitutunda görüşlərinin keçirilməsi planlaşdırır.