ELM VƏ TƏHSİL
İspaniyalı diplomat ATMU-da olub
Bakı, 17 noyabr, AZƏRTAC
İspaniya Krallığının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Xose Luiz Diez Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) olub.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, görüşdə bu ali məktəbin rektoru Cəfər Cəfərov xalqlarımız və ölkələrimiz arasında dostluq və işgüzar münasibətlərdən söz açıb. Universitetin beynəlxalq əlaqələrindən danışan rektor ATMU-nun dünyanın nüfuzlu ali məktəbləri ilə əməkdaşlıq etdiyini söyləyib.
Görüşdə hər iki ölkədə turizmin müasir vəziyyəti, inkişaf istiqamətləri və problemləri müzakirə edilib.
Sonra Xose Luis Diez universitetin kitabxanası və Dillər Mərkəzinin fəaliyyəti ilə tanış olub. İspan dili fənnini tədris edən müəllimlərlə fikir mübadiləsi aparıb.