İSRAİL DÖVLƏTİNİN BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ CƏNAB ARİEL ŞARONA
Hörmətli cənab Baş nazir,
İsrail Dövlətinin milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə İsrail arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafeyinə uyğun olaraq daim inkişaf edəcək və möhkəmlənəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza sülh və əmin-amanlıq arzulayıram.
Hörmətlə,
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 aprel 2003-cü il