İSRAİL DÖVLƏTİNİN PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB MOŞE KATSAVA
Hörmətli cənab Prezident,
İsrail Dövlətinin milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.
Əminəm ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı üçün səylərimizi bundan sonra da davam etdirəcəyik.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə sülh və əmin-amanlıq arzulayıram.
Hörmətlə,
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 aprel 2003-cü il