DÜNYA
İsrail qoşunlarını Qəzzadan çıxarır VİDEO
Bakı, 5 avqust (AZƏRTAC). İsrail və Fələstin daha bir 72 saatlıq atəşkəs barədə razılığa gəliblər.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, atəşkəs çərşənbə axşamı yerli vaxtla saat 8-də qüvvəyə minir. Bu təşəbbüslə Misir çıxış edib. Tərəflərin Qahirədə daha uzunmüddətli sazişin şərtləri barədə danışıqlar aparması gözlənilir.
İsrail tərəfi bəyan edib ki, yaxın vaxtlarda Qəzzada yeraltı tunellərin məhv edilməsi başa çatacaq və bundan sonra Fələstin anklavında qoşun saxlamağa ehtiyac qalmayacaq. Bu şərtlə ki, HƏMAS yaraqlıları da barışığa əməl etsinlər.
Yayılan son məlumata görə, İsrailin quru qüvvələrinin böyük hissəsi artıq Qəzzadan çıxarılıb.
Fələstin mənbələri məlumat verir ki, əməliyyatların başladığı 8 iyuldan avqustun 4-dək Qəzza zolağında 1800-dən çox insan həlak olub, 9 minədək insan yaralanıb. İsrail tərəfinin itkiləri isə əsasən hərbi qulluqçulardan ibarət olan 64 nəfərdir. Həmin müddətdə İsrail ordusu Qəzza ərazisində 4800 obyektə zərbə endirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:46]
Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir
- 07.05.2024 [20:08]
AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb
- 07.05.2024 [19:15]
Şahzadə Harri Londona qayıdıb
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]