İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. Büdcənin ümumi göstəriciləri
İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsinin gəlirləri 83 451 400,0 manat, xərcləri 83 451 400,0 manat məbləğində təsdiq edilir.
Maddə 2. Gəlirlər
Müəyyən edilsin ki, 2019-cu ildə İşsizlikdən sığorta fondunun gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:
|
|
Gəlirlərin mənbələri |
Məbləğ (manatla) |
| 1. |
İşsizlikdən sığorta üzrə sığorta haqları, cəmi o cümlədən: |
83 421 400,0 |
|
1.1. |
büdcədən maliyyələşən təşkilatlar üzrə |
13 060 700,0 |
|
1.2. |
büdcədən maliyyələşən təşkilatlarda işləyənlər üzrə |
13 060 700,0 |
|
1.3. |
qeyri-büdcə sektoru üzrə |
57 300 000,0 |
| 2. |
Sair gəlirlər |
30 000,0 |
Maddə 3. Xərclər
Müəyyən edilsin ki, İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsinin xərcləri aşağıdakı istiqamətlərdə həyata keçirilir:
|
|
Xərclərin istiqamətləri |
Məbləğ (manatla) |
| 1. |
İşsizliyə görə sığorta ödənişləri |
11 000 000,0 |
| 2. |
Peşə hazırlığı və əlavə təhsilin təşkili |
1 800 000,0 |
| 3. |
Peşə yönümünə dair məsləhət xidmətlərinin göstərilməsi |
1 300 000,0 |
| 4. |
Əmək yarmarkalarının, əmək birjalarının təşkili |
150 000,0 |
| 5. |
Haqqı ödənilən ictimai işlərin təşkili |
1 900 000,0 |
| 6. |
Özünüməşğulluq tədbirlərinin təşkili |
42 041 400,0 |
| 7. |
Sığortaolunanların əməkhaqqının müəyyən hissəsinin müəyyən müddətə (3 ay, 6 ay, 9 ay, 1 il) sığortaedənlərlə birlikdə maliyyələşdirilməsi |
5 000 000,0 |
| 8. |
Peşə standartlarının hazırlanması |
1 000 000,0 |
|
9. |
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) aparatının və onun yerli orqanlarının, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) saxlanılması xərcləri |
19 260 000,0 |
Maddə 4. Qalıqlardan istifadə
İlin sonuna işsizlikdən sığorta fondunun istifadə olunmamış vəsaitləri növbəti ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilir.
Maddə 5. Qanunun qüvvəyə minməsi
Bu Qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 noyabr 2018-ci il.