Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

İstanbulda Xəzər Forumu keçirilmişdir VİDEO

İstanbul, 5 dekabr (AZƏRTAC). İstanbuldakı “Çırağan” sarayında Xəzər Strateji Araşdırmalar İnstitutunun (HASEN) təşkilatçılığı və SOCAR, bp, TPAO şirkətlərinin dəstəyi ilə keçirilən Xəzər Forumunda Türkiyə, Azərbaycan və Balkan ölkələrindən dəvət olunmuş nazirlərin, dünyanın 35 ölkəsindən gəlmiş ekspertlərin iştirakı ilə enerji və kommunikasiya layihələri müzakirə olunmuşdur.

Forumun əvvəlində Xəzər hövzəsinin karbohidrogen ehtiyatlarının çıxarılması və nəqlindən bəhs edən sənədli film nümayiş etdirilmişdir.

HASEN-in baş katibi Haldun Yavaş tədbiri açaraq, Xəzər Forumunun əhəmiyyəti, burada keçirilən müzakirələrin bölgədəki enerji və kommunikasiya layihələri üçün konstruktiv rolundan bəhs etmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin Forum iştirakçılarına təbrikini Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov oxumuşdur. Dövlətimizin başçısının məktubunda qeyd olunmuşdur ki, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum enerji layihələrindən sonra Trans-Anadolu və Trans-Adriatik boru kəmərlərinin həyata keçirilməsi Avropa və dünyanın enerji təhlükəsizliyi baxımından böyük əhəmiyyətə malikdir. Azərbaycanın sürətli iqtisadi inkişafı regionda nəhəng layihələrin həyata keçirilməsi və irimiqyaslı sərmayələr yatırılmasına imkan verir.

Dövlətimizin başçısı siyasət, iqtisadiyyat, elm adamlarının iştirakı ilə aparılacaq müzakirələrin Avropanın enerji xəritəsini dəyişəcək yeni-yeni layihələrin meydana çıxmasına töhfə verəcəyini vurğulamış, Forumun işinin məhsuldar olacağına əminliyini bildirmiş və onun işinə uğurlar arzulamışdır.

Sonra Türkiyə Prezidenti Abdullah Gülün Forum iştirakçılarına təbrik məktubu oxunmuşdur. Məktubda deyilir ki, Azərbaycanın liderliyi ilə həyata keçirilən TANAP layihəsi “Cənub” qaz dəhlizinin onurğa sütununu təşkil edəcəkdir. Bundan başqa, modern İpək Yolunun ən mühüm hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu da gələn il istifadəyə veriləcəkdir. Bütün bu layihələr sayəsində Xəzər bölgəsi enerji və kommunikasiya xətlərinin mərkəzi olacaqdır.

Forumun açılışında çıxış edən Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız da “Cənub” qaz dəhlizinin formalaşmasında Azərbaycan və Türkiyənin aparıcı rol oynadıqlarını söyləmişdir. TANAP layihəsinin həyata keçirilməsi qardaş ölkələrimizin birgə səyləri ilə mümkün olacaqdır. Artıq hazırlıq işləri tamamlanmış və tezliklə tikintiyə başlanacaqdır. Azərbaycan qazı təkcə Avropanın deyil, habelə Türkiyənin də 50 milyard kubmetr təbii qaza olan tələbatının təmin edilməsinə mühüm töhfə olacaqdır.

Sonra Forum işini bölmə iclaslarında müzakirələrlə davam etdirmişdir.

“Xəzər regionunun nəqliyyat dəhlizi: Böyük İpək Yolunun canlanması” mövzusunda bölmə iclasında çıxış edən Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov bildirmişdir ki, İpək Yolu strategiyası Azərbaycanın da aparıcı rol oynadığı kommunikasiya layihələri ilə daha da canlanmışdır. TRACECA layihəsinin əhəmiyyətini artıran Bakı-Tbilisi-Qars layihəsi (BTQ) və ilkin mərhələdə 10 milyon ton yük daşınmasına imkan verəcək yeni Bakı Beynəlxalq Dəniz Limanı buna əyani sübutdur. “Marmaray” layihəsindən sonra BTQ-nin də tamamlanması zərurətə çevrilmişdir. Xəzər regionunda multi modal daşımaların sürətlənməsi və dəniz daşımalarının daha da artırılması prosesi hələ 1998-ci ildə keçirilmiş konfransda ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə başlanmışdır.

Bölmə iclasında çıxış edən Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Natia Mikeladze, Sloveniyanın infrastruktur və planlaşdırma naziri Samo Omerzel, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncı, Rumıniyanın nəqliyyat üzrə dövlət katibi Nikuşor Marian Bulça regional nəqliyyat layihələrinin əhəmiyyətindən danışmışlar.

Müzakirələr ““Cənub” dəhlizi: Regional enerji ehtiyatları üçün əsas marşrut” mövzusunda bölmə iclasında davam etdirilmişdir.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bölmə iclasındakı çıxışında bildirmişdir ki, Azərbaycan ilə Avropa arasında etimadın təminatçısı kimi TANAP önəmli layihədir. “Cənub” dəhlizinin canlanmasının əsası Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının sədri Xose Manuel Barrozu arasında 2011-ci ildə Bakıda keçirilmiş görüşdə imzalanmış enerji sektorunda Strateji Tərəfdaşlıq haqqında Sazişlə qoyulmuşdur. Beş il müddətində Avropa İttifaqı ilə aparılmış danışıqlar cari ilin iyununda Avropaya qaz nəqli marşrutunun müəyyən edilməsi, həmçinin sentyabr ayında “Şahdəniz” konsorsiumu və Avropanın qaz alıcıları arasında sazişin imzalanması ilə nəticələnmişdir. İlk mərhələdə Azərbaycan qazının daşınması “Şahdəniz-2” layihəsinin hasilatı hesabına olacaqdır. Təbii qazın nəqli ilk mərhələdə 15-16 milyard kubmetrlə başlanacaqdır. 2019-cu ildə Avropaya 10 milyard kubmetr, 2018-ci ildə isə Türkiyəyə 6 milyard kubmetr qaz nəql olunacaqdır. Bizim 3 trilyon təsdiq olunmuş qaz ehtiyatımız vardır. Türkiyə və Avropa üçün alternativ qaz mənbəyi bazarda rəqabəti də artıracaqdır. Artıq hazırlıq işləri tamamlanır. “Şahdəniz” konsorsiumu Avropa Komissiyası ilə birlikdə Bolqarıstana qaz daşınması layihəsi üzərində də çalışır. Azərbaycanın həyata keçirdiyi kəşfiyyat işləri yeni qaz yataqlarının hasilatına da gətirib çıxaracaqdır. Yeni kəşf edilmiş “Abşeron” və “Ümid”, perspektivli “Şəfəq-Asiman” və “Babək” yataqlarını buna misal göstərmək olar. 2025-ci ilədək Azərbaycan qaz ixracatını 40-50 milyard kubmetrə çatdıracaqdır. Bu həcmdə qazın nəqli üçün əvvəlcə “Şahdəniz-1” qazını nəql edən “Cənub” qaz Qafqaz boru xəttinə veriləcək mavi yanacağın həcmi artırılacaq, sonra “Şahdəniz-2” qazını nəql edəcək və gələn il inşasına başlanacaq TANAP boru kəməri çəkiləcəkdir. Sonuncu layihə Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın güclü iradəsi nəticəsində həyata keçirilmişdir. Prezident İlham Əliyev bildirmişdir ki, enerji təhlükəsizliyi bu gün dünya gündəmində yer alan ən mühüm mövzulardan biridir. Azərbaycan ortaqlarının enerji təhlükəsizliyinin təmin edilməsi üçün üzərinə götürdüyü öhdəlikləri böyük iradə ilə yerinə yetirməkdədir.

Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov çıxışında bildirmişdir ki, milli neft strategiyasının üç əsas amili vardır. Azərbaycanda ötən əsrin 90-cı illərinin əvvəlində maliyyə və texniki imkanlar yox idi. Ümummilli liderimiz Heydər Əliyevin cəsarətli addımları ilə beynəlxalq enerji şirkətləri dəvət olundu. Sonra müxtəlif istiqamətlərdəki nəqliyyat marşrutlarından istifadə edildi və Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi mühüm layihələr reallaşdı. Nəhayət, ən mühüm üçüncü addım Dövlət Neft Fondunun yaradılması oldu. Bu Fond TANAP kimi iri layihələri maliyyələşdirməklə yanaşı, təhsil və digər proqramlara da vəsait ayırır.

İclasda çıxış edən Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız, Albaniyanın iqtisadiyyat, enerji və ticarət naziri Damian Qjiknuri, Gürcüstanın enerji nazirinin müavini Mariam Valişvili, bp şirkətinin Azərbaycan, Türkiyə və Gürcüstan üzrə regional direktoru Qordon Birell, Türkiyənin BOTAŞ şirkətinin baş menecerinin müavini İbrahim Said Arınç, İtaliyanın Beynəlxalq Siyasət Araşdırmalar İnstitutunun direktoru Paolo Maqri “Cənub” qaz dəhlizinin və Azərbaycanın həyata keçirdiyi enerji layihələrinin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı mühüm rolundan ətraflı bəhs etmişlər.

Forumun sonunda “Xəzər mükafatı” laureatlarına mükafatların təqdim edilməsi mərasimi olmuşdur.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

İstanbulda Xəzər Forumu keçirilmişdir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Gürcüstanda böyük uğurlar qazanmış soydaşlarımız haqqında filmin çəkilişlərinə başlanılıb

Naxçıvan ASAN Vəkil Bürosu açılıb

Milli Məclisin plenar iclasında 18 məsələ müzakirə olunub

® “Kapital Bank”ın Laçın filialının açılışı baş tutub

“Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı VII beynəlxalq konfrans keçirilib

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının turizmlə bağlı iclası Azərbaycanın sədrliyi ilə keçirilib

Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb

Şahzadə Harri Londona qayıdıb

30 ildən sonra nəşi tapılan şəhid Qəbələnin Qəmərvan kəndində dəfn edilib VİDEO

Dünyaşöhrətli alim "Yeni çağırışlar"da

Naxçıvanda icbari tibbi sığorta haqları üzrə daxilolmalar 25 faizdən çox artıb

Heydər Əliyev xatirələrdə - BDU və Sosial Xidmətlər Agentliyinin birgə tədbiri

“Caspian Agro 2024” sərgisi çərçivəsində “GreenAgroHack” hakaton yarışması keçiriləcək

FIFA prezidenti COP29-a dəvət olunub

Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb

BƏT: Azərbaycanda atalıq məzuniyyəti ilə bağlı vəziyyəti yaxşılaşdırmağa ehtiyac var

AMEA-nın yeni loqotipinin - embleminin hazırlanması üçün təqdim edilən layihələrə yekun baxış keçirilib

Hərbi Prokurorluqda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib

“Qaçqınkom”da vətəndaşların müraciətləri dinlənilib

Ötən ay miqrasiya qanunvericiliyini pozan 202 əcnəbinin ölkəyə girişləri məhdudlaşdırılıb

® “Moody’s” beynəlxalq reytinq agentliyi “Kapital Bank”ın reytinq qiymətləndirməsini açıqlayıb

“Azərbaycanda audiovizual yayımın hüquqi tənzimlənməsi” mövzusunda seminar təşkil edilib

Baş nazir Əli Əsədov Ankarada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib

Elektron Təhlükəsizlik Xidməti daha 2 məktəbdə maarifləndirmə tədbirləri keçirib

Qida Təhlükəsizliyi Agentliyi: Monitorinqlər zamanı 93 müəssisədə nöqsanlar aşkarlanıb

“Böyük Qayıdışın başlanğıcı” - Hərbi bilik yarışı

“Azərbaycan ədəbiyyatında Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala” - elmi sessiya

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 fevral tarixli 1819 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1116-VIQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Beynəlxalq Muğam Mərkəzində Ulu Öndərin 101 iliyinə həsr edilmiş tədbir təşkil olunub

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 158-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Elektrik quraşdırıcısının iş yerində aldığı xəsarətlərdən ölməsi ilə bağlı cinayət işi başlanılıb

“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib

Şamaxıda Heydər Əliyev mərkəzlərinin Ulu Öndərin 101 illiyinə həsr edilən ümumrespublika toplantısı olub

Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb

Rektor BMU-nun beynəlxalq yarışda qalib gələn komandalarının üzvləri ilə görüşüb

® “Azercell” “Premium” tarifi və “Premium+” loyallıq proqramını istifadəyə verib

“Heydər Əliyevin müstəqillik strategiyası və suveren Azərbaycanın inkişaf perspektivləri” - dəyirmi masa

Baş nazir Əli Əsədov Ankarada Anıtqəbri ziyarət edib

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olunub

Xidmət rəisi: Qadınların peşə hüquqlarının pozulması daha çox əmək müqavilələri ilə bağlıdır

Bakıda “Heydər Əliyev 101: Türkiyə yüz ili” adlı tədbir keçirilib VİDEO

Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidir

Azərbaycan Özbəkistanla xəstəxana idarəolunması modeli üzrə əməkdaşlıq edəcək

Suraxanıda narkotik vasitələrin satışını təşkil edən şəxslər saxlanılıblar VİDEO

Ankarada simpozium iştirakçıları Qərbi Azərbaycanda tarixi ədalətin bərpasına çağırıblar VİDEO

Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq

İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib

Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb

Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb

Olimpiya məşəli Fransa ərazisinə daxil olub

Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib

Külli miqdarda mənimsəmə faktı ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

Çin investorları Azərbaycandakı əlverişli sərmayə mühitindən yararlanırlar

“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub

Ukraynadan idxal olunan ət məhsullarında uyğunsuzluq aşkarlanıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert - “Andante və Scherso”

“EFES - 2024” təliminə cəlb edilən növbəti heyətimiz Türkiyəyə yola düşüb VİDEO

Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib

Ukrayna Təhlükəsizlik Xidməti Zelenskinin qətlini hazırlayan agent şəbəkəsinin ifşası barədə məlumat yayıb

Siyasi şərhçi: Ermənistanın inkişafı Azərbaycan və Türkiyə ilə münasibətlərini yaxşılaşdırmasından asılıdır

Faktiki hava: Xınalıqda sulu qar, Şahdağda isə qar yağır

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib

Ulu Öndər vaxtilə DSX-ni yaradaraq ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını dəqiqliklə müəyyənləşdirib

Sumqayıtdakı təhsil müəssisəsində 250 min manatlıq pulun mənimsənilməsi ilə bağlı cinayət işi başlanılıb

Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib

Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir

Ölkəmiz Ankarada beynəlxalq mədəniyyət festivalında təmsil olunub

Bitkilərdə termogenez prosesinə dair tədqiqatlar aparılır

Universitet tələbələri “Dəmir Yumruq Pro 6” açıq turnirinin qalibi olublar

Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər

Azərbaycan Prezidentinin adından Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verilib VİDEO

AzMİU əməkdaşları bu dəfə Sumqayıt məktəbliləri ilə görüşüblər

Rusiya hökuməti istefaya göndərilib

Naxçıvan şəhərində “Sağlam həyat” layihəsi həyata keçirilib

Bakıda iaşə obyektində iki nəfərin ölməsi, iki nəfərin xəstəxanaya yerləşdirilməsi ilə bağlı araşdırma aparılır

15 ölkənin elm adamları beynəlxalq elmi-praktik konfransda bir araya gəliblər

Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək

Misirdə keçirilən Beynəlxalq Kollegial Proqramlaşdırma müsabiqəsinin finalında Azərbaycanı ADA Universiteti təmsil edib

Sabirabadda narkotik vasitənin təsiri altında avtomobil idarə edən iki sürücü aşkarlanıb

Paşinyan: Ermənistanın Azərbaycan və Türkiyə ilə düşmənçiliyinə son qoyulmalıdır

Baş nazir Əli Əsədov Kahramanmaraşda “Azərbaycan məhəlləsi”ndə aparılan tikinti işlərinin gedişi ilə tanış olub

Prezident İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-3 VİDEO

Birinci Qarabağ müharibəsi şəhidi Elşad Qayımov Xaçmazda dəfn olunub VİDEO

Azərbaycan millisinin baş məşqçisi: Bütün karateçilərimiz Avropa çempionatında qızıl medal qazana bilərlər

2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub

BƏƏ-nin İqlim Dəyişikliyi Şurası COP29 üçün iqlim ambisiyalarını artırmaq niyyətindədir

BDU tələbələri informasiya təhlükəsizliyi haqqında məlumatlandırılıblar

Paşinyan AİB sammitində iştirak etmək üçün Moskvaya gedəcək

Qırx milyon filippinlinin içməli suya çıxışı yoxdur

FHN-in Gəncə Regional Mərkəzi “Yaz-yay fəsillərində sel təhlükəsi” mövzusunda tədbir keçirib

Robert Fitso: Azərbaycan suverenlik baxımından nümunəvi ölkədir VİDEO

Respublika fənn olimpiadalarının riyaziyyat üzrə final turu keçirilib

Dərinsulu Günəşli platformasının profilaktik işlər proqramı başa çatıb

Sumqayıtda aramsız yağan yağışın fəsadları aradan qaldırılır