Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

İstehlakçı rəğbətini necə qazanmaq olar?

İstehlakçı rəğbətini necə qazanmaq olar?

Bakı, 28 iyul, AZƏRTAC

Bazar iqtisadiyyatı şəraitində sahibkarlıq subyekti üçün müsbət imic formalaşdırılması və istehlakçı rəğbətinin qazanılması həyati əhəmiyyətli məsələlərdəndir. Belə ki, istehsalçının perspektiv inkişafı məhz istehsal etdiyi malların böyük istehlakçı kütləsinin rəğbətini qazanmasından asılıdır. Hər hansı bir malın rəğbət qazanmasında isə onun keyfiyyəti ən önəmli amildir. Məhz istehsal etdiyi məhsulların keyfiyyətini daim yüksəldən istehsalçılar alıcıların rəğbətini qazanır və bu onların fəaliyyətində daha böyük uğurlar əldə etməsinə imkanlar yaradır.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən AZƏRTAC-a bildiriblər ki, belə bir imicin formalaşdırılması üçün hər bir sahibkar malların istehsalı, qablaşdırılması, etiketlənməsi, daşınması, saxlanması və satışı mərhələlərində onların keyfiyyətinə və təhlükəsizliyinə olan texniki, sanitariya, ekoloji, baytarlıq və fitosanitar standartları, normaları və digər tələbləri təmin etməlidir. İstehsal müəssisələri müasir texnoloji avadanlıqlarla təchiz edilməli, ticarət obyektləri isə öz növbəsində malların lazımi şəraitdə saxlanmasını, satışa qoyulmasını və digər məsələləri sivil formada təmin etməlidir.

Məlum olduğu kimi, keyfiyyətli və təhlükəsiz mal istehsal edilməsi ilə bağlı qanunvericilikdə bir sıra tələblər mövcuddur. Belə ki, yeyinti məhsullarının standartların və digər normativ-texniki sənədlərin tələblərinə uyğunluğu müvafiq icra hakimiyyəti orqanları tərəfindən sertifikatlaşdırılmalıdır. Mövcud qanunvericiliyə görə ölkədə istehsal edilən və respublikaya idxal olunan yeyinti məhsullarını uyğunluq və gigiyenik sertifikatı, heyvan mənşəli məhsullar üçün baytarlıq şəhadətnaməsi, bitki mənşəli yeyinti məhsulları üçün isə fitosanitar sertifikatı müşayiət etməlidir. Dövlət gigiyena qeydiyyatına alınmamış, keyfiyyətinə və təhlükəsizliyinə dair daha əvvəl qeyd olunan sertifikatları, eləcə də malın mənşəyini təsdiq edən sənədləri olmayan, yararlılıq müddəti ötmüş malların qəbulu, saxlanması və satışı qadağandır.

Digər tərəfdən təcrübə göstərir ki, keyfiyyətli və təhlükəsiz məhsulun istehsalı, o cümlədən istehlakçı rəğbətinin qazanılması istehsal və emal müəssisələrində, yeyinti məhsullarının satışını həyata keçirən ticarət obyektlərində, ictimai iaşə müəssisələrində beynəlxalq qida təhlükəsizliyinin idarə edilməsi sistemləri kimi tanınan HACCP, İSO və s. sistemlərin tətbiqi ilə bilavasitə bağlıdır. Məhz bu sistemlərin tətbiqi sayəsində xammalın daxil olmasından hazır məhsulun istehlakçıya çatdırılmasına kimi olan bütün mərhələlərdə onların keyfiyyətinə və təhlükəsizliyinə effektiv nəzarəti həyata keçirmək mümkündür və bu istehlakçı inamının qazanılmasında əsas faktorlardandır.

Lakin keyfiyyətli malın istehsal olunması hələ onun istehlakçı rəğbəti qazanması demək deyil. Necə deyərlər hər marka bir məhsuldur, amma hər məhsul marka deyil. Yalnız istehsal etdiyiniz keyfiyyətli malın zövqlə qablaşdırılması, düzgün markalanması və s. kimi məsələlər təmin olunduqdan sonra nəyəsə ümid etmək olar.

İstehlakçının rəğbətini qazanmaq üçün istehsalçılar keyfiyyətli və təhlükəsiz mal istehsal etməklə yanaşı, mal haqqında istehlakçıya dolğun və düzgün məlumat verilməsini təmin etməli, malların saxlanması və daşınmasında qanunvericiliklə müəyyən edilmiş qaydalara və tələblərə riayət etməli, qüsuru olan mal satıldıqda istehlakçının hüquqlarını təmin etməlidir. Qeyd olunan bu vacib şərtlərə əməl olunması üçün istehsalçı təbii ki, qanunvericiliklə müəyyənləşdirilmiş aşağıdakı tələblərə əməl etməyə borcludur.

Belə ki, istehsalçı istehsal etdiyi malın üzərində istehlakçını maraqlandıran məlumatları (adı və ünvanı, mənşəyi, tərkibi, istehsal tarixi, saxlanma şəraiti və müddəti, çəkisi, qida dəyərliliyi, təminat ohdəlikləri, malın işlədilməsi və təhlükəsiz istifadə qaydaları, malın hazırlanmasında istinad olunan normativ-texniki sənəd və s.) yerləşdirilməlidir. Bu məlumatların mal üzərində əks olunması alıcıda istehsalçının özünə əminliyi barədə rəy və həmin sahibkarın istehsal etdiyi mallara rəğbət yarada bilər.

Malların saxlanması və daşınmasında qanunvericiliklə müəyyən edilmiş qaydalara və tələblərə riayət edilməsi də onların keyfiyyətinin və təhlükəsizliyinin təmin olunması, eyni zamanda istehlakçı rəğbətinin qazanılması baxımından vacib amillərdən sayılır. Bu sahədəki öhdəliklərin yerinə yetirilməsi üçün istehsalçılar məhsulların anbarda saxlanma qaydalarına və temperatur rejiminə düzgün əməl etməklə çeşidlər üzrə və partiya nömrələri nəzərə alınaraq yığılmasını təmin etməlidir. Qabı xarab olmuş, cırılmış, istehsal tarixi, partiya nömrəsi yazılmayan, etiketsiz məhsullar realizə ediləcək məhsullarla bir yerdə saxlanmamalıdır. Hər bir istehsalçı məhsullarını ticarət obyektlərinə müvafiq temperatur rejimini tənzimləyən zəruri avadanlıqlarla təchiz olunmuş avtonəqliyyat vasitələrində daşınmasını təmin etməlidir. Həmçinin, mallar anbardan alıcılara buraxılarkən onların düzgün qablaşdırıldığına və etiketləndiyinə, yeyinti məhsullarında üzərində saxlanma və yararlılıq müddətlərinin göstərilib-göstərilmədiyinə və ya saxlanma və yararlılıq müddətlərinin ötmədiyinə diqqət etmək vacibdir.

İstehlakçı rəğbətini qazanmaq üçün həmçinin ticarət obyektlərinin üzərinə də bir sıra vəzifələr düşür. Ticarət obyektləri müştəri məmnuniyyətini təmin etmək üçün obyekti zəruri olan cihaz və avadanlıqlarla təchiz edilməli, malların saxlanması, daşınması və satışa qoyulması tələblərinə əməl edilməli, qüsuru olan mal satıldıqda istehlakçının hüquqları təmin edilməlidir.

Bir məqamı da unutmaq olmaz ki, bu kimi tələblərin pozulması halları ilə rastlaşan istehlakçılar öz narazılıqlarını heç də həmişə açıq şəkildə bildirmirlər. Lakin, bu kimi narazılıqlar sahibkarın biznesini məhv edə bilər. Əgər sahibkar müştərilərinin narazılıqlarını eşitməyi öyrənsə, problemlər əmələ gəldikdə onları vaxtında və effektli şəkildə dəf edə bilsə bu onun biznesinin inkişafı və potensial imkanlarını daha da genişləndirə bilər. Bəlkə də çoxları istehlakçı rəğbətinin qazanılmasında davranışın əhəmiyyətli amil olmasını qəbul etmir. Ancaq əminliklə demək olar ki, adi bir satıcının davranışı və punktuallığı uğurun vacib elementi ola bilər. Unutmayın ki, ilk baxışdan istehlakçıların çoxu istehsalçının təklif etdiyi malın keyfiyyətli olub-olması barədə qəti qərara gələ bilmirlər.

İstehlakçı öz seçimini edərkən hər hansı mala (xidmətə) üstünlük verməsi malın keyfiyyəti ilə yanaşı, malın təqdim edilməsindən, satıcı tərəfindən tam və düzgün məlumat verilməsindən, bu malın istifadəsi zamanı satıcı və istehsalçı tərəfindən götürülən öhdəliklər barədə dürüst informasiyanın çatdırılmasından, problemlər yarandığı təqdirdə həmin öhdəliklərin vaxtında və nəzarət qaydalarına əməl edilməklə yerinə yetirilməsindən, alıcı ilə satıcı arasında səmimi və etibarlı münasibətlərin yaranmasından asılıdır və bunlar həmin alıcının daimi müştəriyə çevrilməsinə ciddi təsir göstərən amillərdəndir və bazar iqtisadiyyatı şəraitində inkişafın əsas prinsiplərindən sayılır. Bir sözlə istehsalda tələblərə daimi əməl olunması və keyfiyyətin müntəzəm olaraq nəzarətdə saxlanması və yaxşılaşdırılması bu münasibətləri daha da möhkəmləndirə bilər.

Ona görə istehlakçı öz qərarlarında qiymətləndirə bildikləri şeylərə məsələn, satıcının nə dərəcədə nəzakətli olmasına əsaslanırlar. Sadalananlar onu göstərir ki, müştəri rəğbətini qazanmaq üçün həm də bu amilə xüsusi fikir vermək tələb olunur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kakaonun qiymətinin kəskin azalmanın səbəbi məlum olub

Prokurorluq Zaqatalada zəhərlənmə faktı ilə bağlı araşdırma aparır

Komitə sədri BMT-nin Qadınlar təşkilatının regional direktoru ilə görüşüb

Macarıstan XİN rəhbəri ölkəsinin Mərkəzi Asiya ilə əməkdaşlığa görə tənqidlərlə üzləşdiyini deyib

Mahnı Teatrında Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert keçirilib

“FireLand” Azərbaycanlılar Birliyi Belçikada ənənəvi festivalda iştirak edib

Azərbaycan Basketbol Liqası: Son çempion seriyanın birinci oyununda “Xırdalan”a qalib gəlib

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyə mediasına müsahibə verib

Vüqar Rəhimzadə: Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir ŞƏRH

Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir

“Ölüm axtaran qadın” film layihəsi Polşa Kino İnstitutunun dəstəyini qazanıb

Slovakiyanın Baş naziri AZƏRTAC-a və AzTV-yə müsahibə verib YENİLƏNƏCƏK

“Heydər Əliyev 101: dövlət idarəçiliyində liderlik” mövzusunda görüş təşkil olunub

Ceyson Quberman: Azərbaycandakı müxtəlif dini icmalar arasındakı sıx əməkdaşlıq təqdirəlayiqdir

BDU-da “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu” kitabının təqdimatı olub

AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb

Peşə təmayüllü siniflərə şagird qəbulu elan edilir

Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib

YAP Nəsimi rayon təşkilatının sədri partiya fəalları ilə görüşüb

Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda 4-cü DİM Dialoqu keçirilib

Bakıda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun yeddinci iclası keçirilib

Azərbaycanın iqlim dəyişikliyi üzrə İkiillik Şəffaflıq Hesabatının hazırlanmasına dəstək təlimi keçirilib

“Yay məktəbi”nə ərizə qəbulu başlayır

Gürcüstanda böyük uğurlar qazanmış soydaşlarımız haqqında filmin çəkilişlərinə başlanılıb

® “Azercell” ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayır

Naxçıvan ASAN Vəkil Bürosu açılıb

Milli Məclisin plenar iclasında 18 məsələ müzakirə olunub

® “Kapital Bank”ın Laçın filialının açılışı baş tutub

“Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı VII beynəlxalq konfrans keçirilib

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının turizmlə bağlı iclası Azərbaycanın sədrliyi ilə keçirilib

Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb

Şahzadə Harri Londona qayıdıb

30 ildən sonra nəşi tapılan şəhid Qəbələnin Qəmərvan kəndində dəfn edilib VİDEO

Dünyaşöhrətli alim "Yeni çağırışlar"da

Naxçıvanda icbari tibbi sığorta haqları üzrə daxilolmalar 25 faizdən çox artıb

Heydər Əliyev xatirələrdə - BDU və Sosial Xidmətlər Agentliyinin birgə tədbiri

“Caspian Agro 2024” sərgisi çərçivəsində “GreenAgroHack” hakaton yarışması keçiriləcək

FIFA prezidenti COP29-a dəvət olunub

Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb

BƏT: Azərbaycanda atalıq məzuniyyəti ilə bağlı vəziyyəti yaxşılaşdırmağa ehtiyac var

AMEA-nın yeni loqotipinin - embleminin hazırlanması üçün təqdim edilən layihələrə yekun baxış keçirilib

Hərbi Prokurorluqda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib

“Qaçqınkom”da vətəndaşların müraciətləri dinlənilib

Ötən ay miqrasiya qanunvericiliyini pozan 202 əcnəbinin ölkəyə girişləri məhdudlaşdırılıb

® “Moody’s” beynəlxalq reytinq agentliyi “Kapital Bank”ın reytinq qiymətləndirməsini açıqlayıb

“Azərbaycanda audiovizual yayımın hüquqi tənzimlənməsi” mövzusunda seminar təşkil edilib

Baş nazir Əli Əsədov Ankarada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib

Elektron Təhlükəsizlik Xidməti daha 2 məktəbdə maarifləndirmə tədbirləri keçirib

Qida Təhlükəsizliyi Agentliyi: Monitorinqlər zamanı 93 müəssisədə nöqsanlar aşkarlanıb

“Böyük Qayıdışın başlanğıcı” - Hərbi bilik yarışı

“Azərbaycan ədəbiyyatında Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala” - elmi sessiya

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 fevral tarixli 1819 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1116-VIQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Beynəlxalq Muğam Mərkəzində Ulu Öndərin 101 iliyinə həsr edilmiş tədbir təşkil olunub

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 158-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Elektrik quraşdırıcısının iş yerində aldığı xəsarətlərdən ölməsi ilə bağlı cinayət işi başlanılıb

“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib

Şamaxıda Heydər Əliyev mərkəzlərinin Ulu Öndərin 101 illiyinə həsr edilən ümumrespublika toplantısı olub

Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb

Rektor BMU-nun beynəlxalq yarışda qalib gələn komandalarının üzvləri ilə görüşüb

® “Azercell” “Premium” tarifi və “Premium+” loyallıq proqramını istifadəyə verib

“Heydər Əliyevin müstəqillik strategiyası və suveren Azərbaycanın inkişaf perspektivləri” - dəyirmi masa

Baş nazir Əli Əsədov Ankarada Anıtqəbri ziyarət edib

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olunub

Xidmət rəisi: Qadınların peşə hüquqlarının pozulması daha çox əmək müqavilələri ilə bağlıdır

Bakıda “Heydər Əliyev 101: Türkiyə yüz ili” adlı tədbir keçirilib VİDEO

Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidir

Azərbaycan Özbəkistanla xəstəxana idarəolunması modeli üzrə əməkdaşlıq edəcək

Suraxanıda narkotik vasitələrin satışını təşkil edən şəxslər saxlanılıblar VİDEO

Ankarada simpozium iştirakçıları Qərbi Azərbaycanda tarixi ədalətin bərpasına çağırıblar VİDEO

Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq

İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib

Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb

Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb

Olimpiya məşəli Fransa ərazisinə daxil olub

Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib

Külli miqdarda mənimsəmə faktı ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

Çin investorları Azərbaycandakı əlverişli sərmayə mühitindən yararlanırlar

“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub

Ukraynadan idxal olunan ət məhsullarında uyğunsuzluq aşkarlanıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert - “Andante və Scherso”

“EFES - 2024” təliminə cəlb edilən növbəti heyətimiz Türkiyəyə yola düşüb VİDEO

Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib

Ukrayna Təhlükəsizlik Xidməti Zelenskinin qətlini hazırlayan agent şəbəkəsinin ifşası barədə məlumat yayıb

Siyasi şərhçi: Ermənistanın inkişafı Azərbaycan və Türkiyə ilə münasibətlərini yaxşılaşdırmasından asılıdır

Faktiki hava: Xınalıqda sulu qar, Şahdağda isə qar yağır

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib

Ulu Öndər vaxtilə DSX-ni yaradaraq ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını dəqiqliklə müəyyənləşdirib

Sumqayıtdakı təhsil müəssisəsində 250 min manatlıq pulun mənimsənilməsi ilə bağlı cinayət işi başlanılıb

Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib

Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir

Ölkəmiz Ankarada beynəlxalq mədəniyyət festivalında təmsil olunub

Bitkilərdə termogenez prosesinə dair tədqiqatlar aparılır

Universitet tələbələri “Dəmir Yumruq Pro 6” açıq turnirinin qalibi olublar

Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər