DÜNYA
İsveç Ukraynaya böyük miqdarda tibbi ləvazimat göndərəcək

Stokholm, 4 mart, Rauf Əliyev, AZƏRTAC
İsveç Ukraynaya böyük miqdarda tibbi ləvazimatın göndərilməsi barədə qərar qəbul edib.
AZƏRTAC xəbər verir ki, qərarın qəbul olunması barədə məlumatı İsveçin sosial məsələlər üzrə naziri Lena Hallengren Stokholmda keçirdiyi mətbuat konfransında açıqlayıb.
İlkin olaraq İsveçdən Ukraynaya göndəriləcək əşyalar arasında bir milyon tibbi maska və əl təmizləyici maddələr, habelə sarğı materialları və kateterlər var.
Xatırladaq ki, Avropa İttifaqı üzv dövlətlərdən Ukraynaya mümkün qədər tibbi yardım göstərmək xahişi ilə çıxış edib.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm