Azərbaycan Dövlət İnformasiya Agentliyi

İSVEÇRƏ KONFEDERASİYASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB KASPAR VİLLİGERƏ

Hörmətli cənab Prezident,

İsveçrə Konfederasiyasının milli bayramı - Konfederasiyanın yaradılması günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.

Ölkələrimiz arasında əlaqələrin inkişafına böyük əhəmiyyət verirəm. Ümidvaram ki, qarşılıqlı səylərimizlə hərtərəfli əməkdaşlığa nail olacağıq.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İsveçrə xalqına sülh və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 iyul 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin