DÜNYA
İtaliya Avropada doğum nisbəti ən aşağı olan ölkələrdəndir
Roma, 11 fevral, AZƏRTAC
Avropa İttifaqına (Aİ) üzv dövlətlər sırasında doğum nisbəti ən aşağı olan ölkələrdən biri İtaliyadır.
AZƏRTAC xəbər verir ki, İtaliya Milli Statistika İnstitutunun (ISTAT) rəhbəri Gian Karlo Blanqiardo keçən il ölkədə qeydə alınan doğum sayının 400 mindən az olduğunu bildirib.
“Doğumların sayı əvvəlki ilə nisbətən azalıb. Bu baxımdan kritik bir dövrdən keçdiyimiz aydındır. 2020-ci ildə təxminən 405 min doğum olub. Ötən il bu göstərici 400 mindən aşağı düşüb. Altmış milyon əhalisi olan bir ölkədə doğum sayı 400 mindən az olmamalıdır. Bu o deməkdir ki, nəsil dəyişmə prosesi başlamayıb”, - deyə o qeyd edib.
İnstitut rəhbəri hökumətin 2021-ci ilin noyabrında açıqladığı uşaq müavinəti paketinin müsbət qarşılandığını, lakin doğum nisbətindəki azalma tendensiyasının qarşısını almaq üçün başqa təşəbbüslərə ehtiyac olduğunu vurğulayıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [19:15]
Şahzadə Harri Londona qayıdıb
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]
Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək
- 07.05.2024 [14:56]