DÜNYA
İtaliya Senatında Corcio Napolitano üçün cənazə otağı açılıb

Roma, 24 sentyabr, AZƏRTAC
İtaliya Senatında keçmiş Prezident Corcio Napolitano üçün cənazə otağı açılıb.
AZƏRTAC xəbər verir ki, mərasimdə İtaliya Prezidenti Sercio Mattarella, Senatın sədri İqnazio Benito Maria La Russa, mərhumun ailə üzvləri və digər rəsmi şəxslər iştirak ediblər. Cənazə otağı bu gün saat 11:00-dan 19:00-dək, sentyabrın 25-də isə 10:00-dan 16:00-dək hər kəs üçün açıq olacaq.
Xatırladaq ki, 98 yaşında vəfat edən İtaliyanın 11-ci Prezidenti Corcio Napolitano ilə dövlət səviyyəsində vida mərasimi sentyabrın 26-da keçiriləcək.
Görkəmli dövlət xadimi Corcio Napolitano İtaliya tarixində iki dəfə prezident seçilən yeganə dövlət başçısı idi. O, ilk dəfə 2006-cı ildə, ikinci dəfə isə 2013-cü ildə prezident seçilib və 7 illik səlahiyyət müddətini başa vurmadan 2015-ci il yanvarın 14-də istefa verib. Corcio Napolitano İtaliyanın fəxri Prezidenti, 2015-ci ildən isə ömürlük senator idi.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.12.2023 [16:54]
Ekspertlər: Almaniyada “iqtisadi iflic” hökm sürür
- 06.12.2023 [16:34]
KİV: Qəzzada döyüşlər azı bir ay davam edəcək
- 06.12.2023 [16:26]
Rumıniyada qızılca epidemiyası yayılıb
- 06.12.2023 [16:17]
İndoneziyada vulkan püskürməsi nəticəsində ölənlərin sayı 22-yə çatıb
- 06.12.2023 [16:01]
Üç aviaşirkətin reklamları qadağan edilib
- 06.12.2023 [15:27]
ABŞ senatoru Bob Menendesin evindən oğurluq qızıl külçələr tapılıb
- 06.12.2023 [15:24]
Papa Fransisk səhhətində yaxşıya doğru irəliləyiş olduğunu deyib
- 06.12.2023 [15:02]