İtaliyada güclü şaxtalar hökm sürür
Roma, 7 yanvar, AZƏRTAC
İtaliyada Arktik soyuqlar səbəbi ilə temperatur 0 dərəcədən aşağı düşüb. Ölkə güclü şaxtalara məruz qalıb.
AZƏRTAC ANSA agentliyinə istinadla xəbər verir ki, ölkənin bir çox region və əyalətlərində hökm sürən kəskin hava şəraiti nəqliyyatın hərəkətini iflic edib.
İtaliyanın Umbriya regionu, Matera kommunası, Vezuvi dağı və Apuliya regionun Salento bölgəsinin çimərlikləri də qar altında qalıb.
Sinoptiklər ölkənin şimal və cənubunda əlverişsiz hava şəraiti haqqında xəbərdarlıq elan edib.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma