Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

“Iteca Caspian” bu il 17 ixtisaslaşdırılmış sərgi və konfrans təşkil edib

“Iteca Caspian” bu il 17 ixtisaslaşdırılmış sərgi və konfrans təşkil edib

Bakı, 29 dekabr, AZƏRTAC

“Iteca Caspian” və onun Böyük britaniyalı tərəfdaşı “ITE Group Plc.” şirkəti birlikdə 17 ixtisaslaşdırılmış sərgi və konfrans təşkil ediblər.

Şirkətdən AZƏRTAC-a bildirilib ki, cari ilin dekabr ayında Azərbaycanda növbəti sərgi və konfranslar mövsümü uğurla başa çatıb. Bu il ərzində Xəzəryanı regionun aparıcı sərgi şirkəti olan “Iteca Caspian” və onun Böyük britaniyalı tərəfdaşı “ITE Group Plc.” şirkəti birlikdə 17 ixtisaslaşdırılmış sərgi və konfrans təşkil ediblər. “Iteca Caspian” şirkətinin keçirdiyi bütün tədbirlərə dövlət strukturları tərəfindən yaxından dəstək göstərilir. Belə ki, ölkə başçısı İlham Əliyev bir sıra sərgiləri, onların arasında “AITF”, “WorldFood Azerbaijan”, “Caspian Oil and Gas” və “Bakutel” sərgilərini ziyarət edib və bir sıra sərgilərin iştirakçılarına salamlama məktubu ünvanlayıb. Həmçinin, bu sərgiləri Azərbaycanın nazirləri və sahənin nazirliklərinin başqa rəsmiləri ziyarət ediblər.

2016-cı ildə Bakı şəhəri öz danılmaz beynəlxalq nüfuzunu - regionun işgüzar mərkəzi olduğunu təsdiq etdi. Bu ilin sərgilərində dünyanın 60 ölkəsini təmsil edən 1454 iştirakçı-şirkət, habelə Azərbaycan və yaxın ölkələrdən 45 mindən çox ziyarətçi iştirak edib. Sevindirici haldır ki, ümumi ekspozisiya sahəsinin təxminən 40 faizini yerli şirkətlərin stendləri tutub.

Bu ildə keçirilən sərgiləri xarici ölkələrdən 70-dən çox yüksək rütbəli qonaqlar ziyarət ediblər - Böyük Britaniya Baş nazirinin Azərbaycanda ticarət məsələləri üzrə xüsusi nümayəndəsi xanım Baronessa Nikolson, ABŞ Dövlət Departamentinin enerji resursları bürosunun enerji diplomatiyası üzrə dövlət katibinin müavini xanım Robin Dunniqan, İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi, Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Houlin Jao, Belarusun səhiyyə nazirinin müavini - Valeriy Şevçuk, Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan, Belarusun rabitə və informatizasiya naziri Sergey Popkov, Çinin Sənaye və İnformasiya Texnologiyalar Nazirliyinin partiya komitəsinin üzvü, nazir müavini Jin Şubo, Ümumdünya Poçt İttifaqının baş direktoru Bişar Hüsseyn, Regional Rabitə Birliyinin baş direktoru Nurudin Muxitdinov, Qazaxıstanın informasiya və rabitə nazirinin müavini Alan Ajibayev, Moldovanın informasiya texnologiyaları və rabitə nazirinin müavini Vitalie Çolak, Macarıstanın xarici işlər və ticarət nazirinin müavini Zsolt Csutora, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası baş katibi Ramil Həsənov və başqaları.

Cari ildə layihələrin uğurla həyata keçirilməsində tərəfdaş və sponsorların da rolu mühüm əhəmiyyət kəsb edib. Belə ki, bu il sponsorlar qismində SOCAR, BP, Qazax Sement Zavodu, “NB Group”, “Eurodesign”, Azerfon, “Bos Shelf”, “AZFEN J.V.”, “Azeri M-I Drilling”, “Caspian Drilling Company”, “Caspian Marine Services”, “General Electric”, “Global Energy”, “GMA Petroleum”, “RusNeft”, “Tekfen Construction”, “Inpex”, “Caspian Geophysical”, “Dentons”, “Nobel Oil Upstream”, “McDermott”, SAP, Schlumberger, SNAM, Statoil, SOCAR Polymer, Petronas, “HMS”, Total, Caspian Energy, “Дом и интерьер” jurnalı yer alıblar. Bu il “Iteca Caspian” şirkəti tərəfindən təşkil olunan sərgilərin tərəfdaşları arasında “SafeLife” (təhlükəsizlik üzrə rəsmi tərəfdaş) və “Premier Tour” (rəsmi turoperator) şirkətləri, Sheraton Hotel və Qafqaz Point Hotel mehmanxanaları (rəsmi otellər), habelə “AzExpoMontage” (rəsmi montajçı), Bakı Ekspo Mərkəzi və “Aqil və Bilqi” uşaq guşəsi yer alır.

Həmçinin, hər bir sərgini geniş işgüzar proqram müşayiət edib, müxtəlif seminar və təqdimatlar, habelə forumlar keçirilib. Sərgilər işgüzar görüş və danışıqlarla yanaşı, təşkilatçıların bütün sərgi iştirakçıları və ziyarətçiləri üçün hazırladıqları əlamətdar tədbirlərlə də yadda qalıb. Azərbaycanda “AITF” sərgisi multikulturalizm ilində əsl dünya mədəniyyətlərinin festivalı olub. Bolqarıstan, Çernoqoriya, Çex Respublikası, Gürcüstan, Dominikan Respublikası, Hindistan, Xorvatiya, İndoneziya, İran, İspaniya, Serbiya, Tailand, Türkiyə, Ukrayna və bu ilin debütantı Belarus Respublikası öz stendlərini parlaq, milli kolorit ilə təqdim etdilər. Regional stendlərlə Stavropol diyarı (Rusiya), Katatoniya (İspaniya) və Yurmala (Latviya) təqdim olunublar. Sərginin ən maraqlı tədbirlərdən biri Azərbaycan regionlarının miqyaslı iştirakı olub. Təşkilatçılar və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin “AITF” sərgisinin 15-ci yubileyinə həsr olunmuş birgə layihəsi əlavə tədbirlər proqramında əsas yeri tutub. Sərginin müddətində “İçəri Şəhər” ənənəvi incəsənət Mərkəzinin stendində 4 cür tətbiqi dekorativ incəsənət növləri - keramika, batik, zərgər işləri və ağac işləmələri təqdim olunub.

Hər ziyarətçi milli incəsənət əsərlərinin necə yaradıldığını seyr edə bilib. Nəqliyyat, Tranzit, Logistika “TransCaspian” Xəzər Beynəlxalq sərgisinin 15 illik yubileyi ilə əlaqədar olaraq may ayının 10-da Mərkəzi Nəbatat Bağında ümummilli lider Heydər Əliyevin doğum gününə həsr olunmuş tədbir keçirilib. “TransCaspian” sərgisinin iştirakçıları Mərkəzi Nəbatat Bağında istirahət guşəsini quraşdırıblar və bundan sonra şəhər sakinləri gəzinti zamanı bu köşklərdə dincələ biləcəklər. “TransCaspian 2016” sərgisinin birinci günündə daha bir möhtəşəm tədbir baş tutub və Azərbaycan Texniki Universiteti “Nəqliyyat və nəqliyyat mühəndisliyində idarəetmə” fakültəsinə ən yüksək balla qəbul olunmuş tələbə Zülfüqar Sadıxova xüsusi mükafat təqdim olunub. Beləliklə, sərginin təşkilatçısı “Iteca Caspian” şirkəti universitetlərə qəbulda fərqlənmiş tələbələrin həvəsləndirmə ənənəsini davam etdirir. “Iteca Caspian” sənətkar ustaların işinə də dəstək verir. Bakı Ekspo Mərkəzinin foyesində yerləşmiş, müxtəlif siniflərin, dövrlərin və ölkələrin gəmi, parovoz və təyyarələrinin modellərini sərgiləmiş azərbaycanlı usta Rövşən Ansarinin işləri ziyarətçilər üçün gözlənilməz hədiyyə olub.

“Iteca Caspian” şirkəti milli sənət və bədii incəsənətə dəstək proqramını da davam etdirir. “Caspian Oil&Gas” sərgisi çərçivəsində qonaqlara Azərbaycanın milli qadın baş örtüyü kəlağayı nümayiş edilən stend və “Damla” xeyriyyə cəmiyyətinin rəsmləri təqdim edilib. 22-ci Azərbaycan Beynəlxalq İnşaat “BakuBuild” sərgisinin keçiriləcəyi tarixlərə Four Seasons otelində İngiltərə-Azərbaycan cəmiyyətinin təşkil etdiyi xeyriyyə şam yeməyi aid edilib. Ənənəvi olaraq, şam yeməyi ərzində hərrac təşkil olunub və hərracdan əldə edilən bütün pul vəsaitləri xeyriyyə məqsədləri üçün istifadə edilib.

İşgüzar görüş və danışıqlarla yanaşı, Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları “Bakutel 2016” Sərgi və Konfransının bütün iştirakçılar və ziyarətçiləri üçün informasiya texnologiyalarının istifadəsi ilə oyun zonası təşkil olunub. Ziyarətçilər xüsusi eynəklər geyərək, virtual reallıqda ola bildilər və unikal bir əşyanı 3D qələmindən istifadə edərək yaradıblar. Bundan başqa, məhz “Bakutel 2016” sərgisinin ziyarətçiləri Azərbaycanda ilk dəfə olaraq mini robotları idarə edərək robotların əsl döyüşündə iştirak etmək və “ağıllı robot”la ünsiyyət qurmaq imkanı əldə ediblər.

Sərgilər və bu sərgilər çərçivəsində təşkil olunan bütün tədbirlər yerli KİV və beynəlxalq informasiya agentlikləri tərəfindən geniş şəkildə işıqlandırılıb. 300-dən çox KİV sərgilərə informasiya dəstəyi göstərib. Həmçinin, sərgilərin rəsmi “Daily News” qəzetinin 7 nömrəsi dərc edilib və hər bir sərgi ilə bağlı rəsmi kataloq nəşr olunub.

Həm eksponentlərin, həm də ziyarətçilərin rəyinə əsasən, sərgilər uğurla keçib. Təşkilatçıların il ərzində keçirdikləri rəy sorğusunun nəticələrinə görə, ziyarətçilərin 95 faizi 2016-cı ildə keçirilmiş sərgilərdə mühüm görüşlər keçirib və sərgilərin nəticələrindən razı qalıblar. Beləliklə, iştirakçı şirkətlər üçün yeni müştərilər və satış bazarlarının axtarışı, eləcə də satış coğrafiyasının genişlənməsi baxımından sərgilərin səmərəli vasitə olduğu bir daha sübuta yetirilib. Təşkilatçıların hər sərgi üzrə orta hesabla 30 faizini təşkil edən “rebukinq” (növbəti il keçiriləcək sərgidə iştirak üçün yerlərin sifariş edilməsi) barədə məlumatları da bunu təsdiq edir.

“Iteca Caspian” şirkəti 2017-ci ildə 18 sərgi keçirilməsini planlaşdırır. İki sərgi - Beynəlxalq İstilik, Havalandırma və Kondisiyalaşdırma sistemləri, Su təchizatı, Sanitariya, Ətraf Mühitin Mühafizəsi Texnologiyaları, Üzgüçülük Hovuzu və Bərpa Olunan Enerji “Aquatherm Baku” Sərgisi və Xəzər Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə Vasitələri “Securica Caspian” Sərgisi - 10 illik yubileyini qeyd edəcəklər.

“BakuBuild” sərgisinin 2017-ci ildə tətbiq ediləcək yeni adı - “WorldBuild Baku” olacaq. Azərbaycan Beynəlxalq İnşaat Sərgisi dünyada nəhəng inşaat sərgilərinin təşkilatçısı olan “ITE Build&Interiors” platformasının tərkib hissəsidir. Ad dəyişmə prosesi isə “ITE” şirkətlər qrupunun bütün dünyadakı inşaat sərgilərinin adlarının dəyişməsi ilə bağlıdır. Bu proses ziyarətçi və iştirakçılarda müvafiq təşkilatçılıq səviyyəsində olan, məsuliyyət, geniş miqyas, təqdim edilən məhsullar baxımından inşaat sərgiləri barədə vahid təsəvvürün formalaşdırılması ilə əlaqədardır. Beləliklə, sərgi və konfranslar demək olar ki, sərhədsiz imkanlar təklif edir, yeni texnologiyalar və kontaktlar, tərəfdaşlar və nəhayət ki, yeni investisiyalar axını vəd edirlər. 2017-ci ildə keçiriləcək bütün sərgilərin cədvəli ilə şirkətin rəsmi saytında www.iteca.az tanış olmaq mümkündür.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın iqlim dəyişikliyi üzrə İkiillik Şəffaflıq Hesabatının hazırlanmasına dəstək təlimi keçirilib

Gürcüstanda böyük uğurlar qazanmış soydaşlarımız haqqında filmin çəkilişlərinə başlanılıb

Naxçıvan ASAN Vəkil Bürosu açılıb

Milli Məclisin plenar iclasında 18 məsələ müzakirə olunub

® “Kapital Bank”ın Laçın filialının açılışı baş tutub

“Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı VII beynəlxalq konfrans keçirilib

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının turizmlə bağlı iclası Azərbaycanın sədrliyi ilə keçirilib

Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb

Şahzadə Harri Londona qayıdıb

30 ildən sonra nəşi tapılan şəhid Qəbələnin Qəmərvan kəndində dəfn edilib VİDEO

Dünyaşöhrətli alim "Yeni çağırışlar"da

Naxçıvanda icbari tibbi sığorta haqları üzrə daxilolmalar 25 faizdən çox artıb

Heydər Əliyev xatirələrdə - BDU və Sosial Xidmətlər Agentliyinin birgə tədbiri

“Caspian Agro 2024” sərgisi çərçivəsində “GreenAgroHack” hakaton yarışması keçiriləcək

FIFA prezidenti COP29-a dəvət olunub

Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb

BƏT: Azərbaycanda atalıq məzuniyyəti ilə bağlı vəziyyəti yaxşılaşdırmağa ehtiyac var

AMEA-nın yeni loqotipinin - embleminin hazırlanması üçün təqdim edilən layihələrə yekun baxış keçirilib

Hərbi Prokurorluqda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib

“Qaçqınkom”da vətəndaşların müraciətləri dinlənilib

Ötən ay miqrasiya qanunvericiliyini pozan 202 əcnəbinin ölkəyə girişləri məhdudlaşdırılıb

® “Moody’s” beynəlxalq reytinq agentliyi “Kapital Bank”ın reytinq qiymətləndirməsini açıqlayıb

“Azərbaycanda audiovizual yayımın hüquqi tənzimlənməsi” mövzusunda seminar təşkil edilib

Baş nazir Əli Əsədov Ankarada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib

Elektron Təhlükəsizlik Xidməti daha 2 məktəbdə maarifləndirmə tədbirləri keçirib

Qida Təhlükəsizliyi Agentliyi: Monitorinqlər zamanı 93 müəssisədə nöqsanlar aşkarlanıb

“Böyük Qayıdışın başlanğıcı” - Hərbi bilik yarışı

“Azərbaycan ədəbiyyatında Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala” - elmi sessiya

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 fevral tarixli 1819 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1116-VIQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Beynəlxalq Muğam Mərkəzində Ulu Öndərin 101 iliyinə həsr edilmiş tədbir təşkil olunub

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 158-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Elektrik quraşdırıcısının iş yerində aldığı xəsarətlərdən ölməsi ilə bağlı cinayət işi başlanılıb

“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib

Şamaxıda Heydər Əliyev mərkəzlərinin Ulu Öndərin 101 illiyinə həsr edilən ümumrespublika toplantısı olub

Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb

Rektor BMU-nun beynəlxalq yarışda qalib gələn komandalarının üzvləri ilə görüşüb

® “Azercell” “Premium” tarifi və “Premium+” loyallıq proqramını istifadəyə verib

“Heydər Əliyevin müstəqillik strategiyası və suveren Azərbaycanın inkişaf perspektivləri” - dəyirmi masa

Baş nazir Əli Əsədov Ankarada Anıtqəbri ziyarət edib

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olunub

Xidmət rəisi: Qadınların peşə hüquqlarının pozulması daha çox əmək müqavilələri ilə bağlıdır

Bakıda “Heydər Əliyev 101: Türkiyə yüz ili” adlı tədbir keçirilib VİDEO

Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidir

Azərbaycan Özbəkistanla xəstəxana idarəolunması modeli üzrə əməkdaşlıq edəcək

Suraxanıda narkotik vasitələrin satışını təşkil edən şəxslər saxlanılıblar VİDEO

Ankarada simpozium iştirakçıları Qərbi Azərbaycanda tarixi ədalətin bərpasına çağırıblar VİDEO

Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq

İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib

Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb

Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb

Olimpiya məşəli Fransa ərazisinə daxil olub

Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib

Külli miqdarda mənimsəmə faktı ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

Çin investorları Azərbaycandakı əlverişli sərmayə mühitindən yararlanırlar

“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub

Ukraynadan idxal olunan ət məhsullarında uyğunsuzluq aşkarlanıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert - “Andante və Scherso”

“EFES - 2024” təliminə cəlb edilən növbəti heyətimiz Türkiyəyə yola düşüb VİDEO

Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib

Ukrayna Təhlükəsizlik Xidməti Zelenskinin qətlini hazırlayan agent şəbəkəsinin ifşası barədə məlumat yayıb

Siyasi şərhçi: Ermənistanın inkişafı Azərbaycan və Türkiyə ilə münasibətlərini yaxşılaşdırmasından asılıdır

Faktiki hava: Xınalıqda sulu qar, Şahdağda isə qar yağır

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib

Ulu Öndər vaxtilə DSX-ni yaradaraq ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını dəqiqliklə müəyyənləşdirib

Sumqayıtdakı təhsil müəssisəsində 250 min manatlıq pulun mənimsənilməsi ilə bağlı cinayət işi başlanılıb

Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib

Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir

Ölkəmiz Ankarada beynəlxalq mədəniyyət festivalında təmsil olunub

Bitkilərdə termogenez prosesinə dair tədqiqatlar aparılır

Universitet tələbələri “Dəmir Yumruq Pro 6” açıq turnirinin qalibi olublar

Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər

Azərbaycan Prezidentinin adından Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verilib VİDEO

AzMİU əməkdaşları bu dəfə Sumqayıt məktəbliləri ilə görüşüblər

Rusiya hökuməti istefaya göndərilib

Naxçıvan şəhərində “Sağlam həyat” layihəsi həyata keçirilib

Bakıda iaşə obyektində iki nəfərin ölməsi, iki nəfərin xəstəxanaya yerləşdirilməsi ilə bağlı araşdırma aparılır

15 ölkənin elm adamları beynəlxalq elmi-praktik konfransda bir araya gəliblər

Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək

Misirdə keçirilən Beynəlxalq Kollegial Proqramlaşdırma müsabiqəsinin finalında Azərbaycanı ADA Universiteti təmsil edib

Sabirabadda narkotik vasitənin təsiri altında avtomobil idarə edən iki sürücü aşkarlanıb

Paşinyan: Ermənistanın Azərbaycan və Türkiyə ilə düşmənçiliyinə son qoyulmalıdır

Baş nazir Əli Əsədov Kahramanmaraşda “Azərbaycan məhəlləsi”ndə aparılan tikinti işlərinin gedişi ilə tanış olub

Prezident İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-3 VİDEO

Birinci Qarabağ müharibəsi şəhidi Elşad Qayımov Xaçmazda dəfn olunub VİDEO

Azərbaycan millisinin baş məşqçisi: Bütün karateçilərimiz Avropa çempionatında qızıl medal qazana bilərlər

2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub

BƏƏ-nin İqlim Dəyişikliyi Şurası COP29 üçün iqlim ambisiyalarını artırmaq niyyətindədir

BDU tələbələri informasiya təhlükəsizliyi haqqında məlumatlandırılıblar

Paşinyan AİB sammitində iştirak etmək üçün Moskvaya gedəcək

Qırx milyon filippinlinin içməli suya çıxışı yoxdur

FHN-in Gəncə Regional Mərkəzi “Yaz-yay fəsillərində sel təhlükəsi” mövzusunda tədbir keçirib

Robert Fitso: Azərbaycan suverenlik baxımından nümunəvi ölkədir VİDEO

Respublika fənn olimpiadalarının riyaziyyat üzrə final turu keçirilib

Dərinsulu Günəşli platformasının profilaktik işlər proqramı başa çatıb