Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

İTOÇU Korporasiyasının prezidenti və baş icraçı direktoru Masahiro Okafujidən

Sizi doğum gününüz münasibətilə İTOÇU Korporasiyasının adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, məsuliyyətli və çətin missiyanızın yerinə yetirilməsində uğurlar arzu edirəm.

Ölkənizin inkişafı istiqamətində göstərdiyiniz səylərinizi yüksək qiymətləndirərək inamla deyirəm ki, bu gün Azərbaycan Respublikası ilə Yaponiya və İTOÇU Korporasiyası arasında ikitərəfli münasibətlər həmişəkindən daha da güclüdür.

Ad gününüz münasibətilə Sizi bir daha təbrik edirəm. Sizə Asiya İnkişaf Bankının gələn ilin may ayında keçiriləcək 48-ci İllik İclasında və iyun ayında gözlənilən birinci Avropa Oyunlarında uğurlar diləyirəm.

Bu xoş fürsətdən istifadə edərək, Sizə xoşbəxt və firavan Yeni il arzulayıram.

Hörmətlə,

Masahiro Okafuji

İTOÇU Korporasiyasının prezidenti və

baş icraçı direktoru

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin