ELM VƏ TƏHSİL
IX və XI siniflərdə təhsil alan şagirdlər buraxılış imtahanları verirlər
Bakı, 30 iyun, AZƏRTAC
İyunun 30-da Dövlət İmtahan Mərkəzi Bakı şəhərində yerləşən xüsusi təyinatlı orta məktəblərin və Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Qəbələ, Balakən, Zaqatala, Qax, Yardımlı, Cəlilabad, Biləsuvar, Şirvan, Salyan, Neftçala, Hacıqabul, Ağdam, Yevlax, Bərdə, Tərtər, Ağsu, Zərdab, Şamaxı, Qobustan, Kürdəmir, Qusar, Qubada yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində (IX və XI siniflərdə) təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirir.
Bu gün ümumilikdə 57 min 910 şagirdin imtahan verəcəyi nəzərdə tutulur (IX sinif üzrə 32 min 388, XI sinif üzrə 25 min 522 şagird). IX sinif şagirdləri üçün imtahan saat 10.00-da başlanıb. XI sinif şagirdləri üçün isə imtahan saat 15.00-da başlanacaq.
İmtahanlara nəzarətçi-müəllimlər nəzarət edirlər.