İXRAC NƏZARƏTİ ÜZRƏ KOMİSSİYANIN VƏ İDARƏLƏRARASIEKSPERTLƏR QRUPUNUN YARADILMASI HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİNSƏRƏNCAMI
1. Aşağıdakı tərkibdə İxrac Nəzarəti üzrə Komissiya yaradılsın:
Komissiyanın sədri:
Yaqub Eyyubov - Azərbaycan Respublikası Baş nazirinin birinci müavini
Komissiyanın üzvləri:
Yavər Camalov - Azərbaycan Respublikasının müdafiə sənayesi naziri
Natiq Əliyev - Azərbaycan Respublikasının sənaye və energetika naziri
Xələf Xələfov - Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
Faiq Tağızadə - Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini
Sənan Kərimov - Azərbaycan Respublikası səhiyyə nazirinin müavini
Əli Nağıyev - Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini
Toğrul Musayev - Azərbaycan Respublikası ədliyyə nazirinin müavini
Çingiz Məmmədov - Azərbaycan Respublikası müdafiə nazirinin müavini
Firdovsi Əliyev - Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini
Asif Cəbrayılov - Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti rəisinin müavini
Nəriman Quliyev - Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti
Abutalıb Səmədov - Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin sədri
Ağadayı Ağayev - Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının xarici iqtisadi əlaqələr şöbəsinin müdiri (komissiyanın katibi)
Şahin Bağırov - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi
2. Bu Sərəncamın 1-ci bəndi ilə yaradılmış Komissiyaya tapşırılsın ki, Komissiyanın iclaslarında müzakirə ediləcək məsələlərin hazırlanması üçün aidiyyəti təşkilatların vəzifəli şəxslərindən ibarət idarələrarası ekspertlər qrupu yaratsın və onun fəaliyyətini tənzimləsin.
3. Bu Sərəncam dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 dekabr 2006-cı il.