İQTİSADİYYAT
İyulda Azərbaycanda 1,6 milyard kilovat-saatdan artıq elektrik enerjisi istehsal edilmişdir
Bakı, 9 avqust (AZƏRTAC). Cari ilin iyul ayında Azərbaycanın enerji sistemində 1,6 milyard kilovat-saatdan artıq elektrik enerjisi istehsal edilmişdir.
“Azərenerji” ASC-dən AZƏRTAC-a bildirmişlər ki, göstərilən həcmdən istilik elektrik stansiyalarının (İES) payına 1,4 milyard kilovat-saata yaxın, su elektrik stansiyalarının (SES) payına isə 0,2 milyard kilovat-saatdan çox elektrik enerjisi istehsalı düşür.
Ay ərzində Rusiya, İran, Türkiyə və Gürcüstan qonşu dövlətləri ilə elektrik enerjisi mübadiləsi davam etdirilmişdir.
İlin ötən 7 ayında enerji sistemində 11,7 milyard kilovat-saata yaxın elektrik enerjisi istehsal edilmişdir. Bu həcmdən təqribən 9,8 milyard kilovat-saatı İES-lərin, 1,9 milyard kilovat-saata yaxını isə SES-lərin payına düşür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:02]
Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib
- 07.05.2024 [19:40]
® “Azercell” ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayır
- 07.05.2024 [19:33]
® “Kapital Bank”ın Laçın filialının açılışı baş tutub
- 07.05.2024 [16:23]