DÜNYA
İyulda Türkiyənin neft idxalı azalıb
Bakı, 29 avqust, AZƏRTAC
İyul ayında Türkiyənin enerji idxalı artıb. Ölkənin xam neft idxalı isə 7,81 faiz azalıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Statistika İdarəsi (TÜİK) məlumat yayıb. Bildirilir ki, Türkiyənin enerji idxalı iyul ayında keçən ilin eyni ayına görə 38,5 faiz nisbətində artaraq 2 milyard 908 milyon dollar olub.
Türkiyənin ümumi idxalı isə bu ilin iyul ayında keçən ilin eyni ayına görə 46,2 faiz artaraq 21 milyard 484 milyon dollar təşkil edib. Bu həcmin 2 milyard 908 milyon dollarlıq hissəsini enerji idxalı təşkil edib.
İyul ayında Türkiyə 2 milyon 154 min 735 ton xam neft idxal edib. Beləliklə, iyulda ötən ilin eyni ayına nisbətən xam neft idxalatı 7,81 faiz azalıb.
Ötən ilin iyul ayında isə ölkəyə cəmi 2 milyon 337 min 286 ton xam neft idxal edilmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2024 [18:10]
Dünyada hidrogen yanacağı ilə çalışan ilk yaxta suya buraxılıb
- 08.05.2024 [18:07]
Yaponiyada komiks tərcüməsi üçün süni intellektdən istifadə ediləcək
- 08.05.2024 [17:15]
Alimlər beyində yeni yaddaş mexanizmi aşkar ediblər
- 08.05.2024 [16:41]
“TikTok” ABŞ hökumətini məhkəməyə verib
- 08.05.2024 [16:27]
Aprel ayında Ukraynaya beynəlxalq yardım beş dəfə azalıb
- 08.05.2024 [14:57]
Şotlandiyanın yeni birinci nazirinin andiçmə mərasimi keçirilib
- 08.05.2024 [14:35]