DÜNYA
Kabildə partlayış nəticəsində ölənlərin sayı 80 nəfərə çatıb
Bakı, 31 may, AZƏRTAC
Bu gün səhər Əfqanıstanın paytaxtı Kabildə törədilmiş partlayış nəticəsində ölənlərin sayı 80 nəfərə çatıb, azı 325 nəfər yaralanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Tolo News agentliyi Əfqanıstan Səhiyyə Nazirliyinə istinadla məlumat yayıb. Bir qədər əvvəl isə France Press agentliyi 49 nəfərin həlak olduğunu, 300-dən çox insanın yaralandığını xəbər vermişdi.
Xatırladaq ki, partlayıcı qurğu prezident sarayının və xarici səfirliklərin yerləşdikləri binaların yaxınlığında işə salınıb. Bir çox binalar zədələnib, qapı və pəncərələr qopub. İlkin məlumata görə, Almaniya səfirliyindən bir qədər aralıda minalanmış avtosistern partladılıb.
Partlayış zamanı Sinxua agentliyinin Kabildəki bürosunun binasına da zərər dəydiyi bildirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [19:15]
Şahzadə Harri Londona qayıdıb
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]
Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək
- 07.05.2024 [14:56]