Kamera qərəzsizdir
Bakı, 19 yanvar (AZƏRTAC). Bu günlərdə Bakıda baş vermiş “Qara yanvar” hadisələrinin 23 ili tamam olur. Yaddaşımıza və qəlbimizə qorxu, qəzəb və dəhşət kimi həkk olunmuş o faciəli günlər bakılıların yadından heç vaxt çıxmayacaqdır.
Bu mövzuda xeyli məqalə, kitab yazılmış, tədqiqat aparılmışdır. Bakı sakinləri, habelə o vaxt təsadüfən şəhərdə olanlar, müxtəlif respublikalardan və ölkələrdən gəlmiş turistlər, jurnalistlər, yaradıcı işçilər o mənhus günlərdə Azərbaycanın paytaxtında SSRİ silahlı qüvvələrinin göstərdiyi qeyri-adi amansızlığın şahidi olmuşlar. Çox şey eşitmək olar, amma şəhərdə baş verənləri dərk etmək üçün bu hadisələrə qərəzsiz fotoobyektivin gözü ilə baxmaq kifayətdir.
AZƏRTAC xəbər verir ki, “İsrail-Azərbaycan” (AZİZ) Beynəlxalq Assosiasiyasının üzvü, hazırda İsraildə yaşayan bakılı Boris Dobin 1990-cı il yanvarın 20-də şəxsən özünün çəkdiyi nadir fotoşəkilləri təqdim etmişdir. Fotoşəkillərdə həmin gün Bakıda baş verən bütün dəhşət, habelə 147 günahsız qurbanın Şəhidlər xiyabanında dəfni əks etdirilmişdir. Bu fotoşəkillər heç vaxt heç bir yerdə dərc olunmamışdır.
“İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyası 1990-cı ilin faciəli yanvar günləri haqqında “20 Yanvar Boris Dobininin fotoşəkillərində” adlı xüsusi internet səhifəsi yaratmışdır (http://www.facebook.com/20januaryBaku). Burada peşəkar fotoqraf obyektivinin gözü ilə dəhşətli “Qara yanvar” hadisələrindən sözə ehtiyac olmadan bəhs edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]