KANADADA AZƏRBAYCAN TELEVİZİYASI AÇILMIŞDIR
AZƏRTAC xəbər verir ki, Kanada Azərbaycan Dərnəkləri Federasiyasının (KADF) təşəbbüsü ilə bu ölkədə “AzCan TV” adlı Azərbaycan televiziyası açılmışdır.
KADF və “Rogers TV” arasında bağlanmış müqaviləyə əsasən, “AzCan TV” sentyabrın 1-dən başlayaraq ilkin mərhələdə həftədə 1 saat olaraq bu yerli televiziyanın nəzdində fəaliyyət göstərəcəkdir.
KADF-in prezidenti Əkbər Məcidov demişdir ki, “AzCan TV” Kanada və Azərbaycan arasında körpü rolunu oynamaqla yanaşı, həm buradakı həmvətənlərimizin səsi, həm də mədəniyyətimizin və milli varlığımızın Kanadada yaşadılması üçün bir vasitə olacaqdır. İnanırıq ki, “AzCan TV” xalqımızın və ölkəmizin daha çox tanıdılmasına böyük töhfələr verəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]