ELM VƏ TƏHSİL
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşlarının məqaləsi beynəlxalq jurnalda dərc edilib
Bakı, 4 oktyabr, AZƏRTAC
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşları professor Akif Əliyev və aparıcı elmi işçi Vüsalə Məcidzadə və Fizika İnstitutunun laboratoriya müdiri Şıxəmir Eminovun rəhbərliyi altında çalışan qrupun “İndium qalay oksidi ilə örtülmüş şüşə elektrodlarda TiO2 anod nanoborularının sintezi” adlı məqaləsi “Web of Science” beynəlxalq indeksləşmə bazasına daxil olan impakt faktoru – 4.672 olan “International Journal of Energy Research” jurnalında dərc olunub.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Qeyd edək ki, jurnal Q1 kvartilli nəşrlər siyahısına daxildir.