Azərbaycan Dövlət İnformasiya Agentliyi

Keçi ətinin faydaları

Keçi ətinin faydaları

Bakı, 9 fevral, AZƏRTAC

Keçi təbiətən aktiv və ekoloji rahat adaptasiya olunan, gövşəyən, xırdabuynuzlu heyvan növüdür. Keçi təxminən 9 min il əvvəl insanlar tərəfindən əhliləşdirilən ilk heyvan növlərindən sayılır. Bu heyvandarlıq sektoru insanlar üçün ərzaq məhsulları (ət, süd) istehsalında böyük potensiala malikdir. Qərb ölkələrində az populyar olsa da, inkişaf etməkdə olan Şimali Afrika, Orta Şərq və Cənubi Asiya ölkələrində qırmızı ətə olan tələbatın ödənilməsində keçi əti əsas mənbələrdən biri hesab olunur.

AZƏRTAC xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi İnstitutunun Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi departamentinin Heyvan sağlamlığı şöbəsinin mütəxəssisləri Qiyasəddin Cəlladov və Kəmalə Əliyevanın hazırladığı məqalədə deyilir. Hindistanda keçi əti qoyun ətindən üstün hesab edilir. İtaliya, Amerika və digər inkişaf etmiş ölkələrdə isə keçi ətinə olan tələbat mövsümi xarakter daşıyır. Belə ki, Milad və Pasxa bayramları ərəfəsində həmin ətə olan tələbat artır. Yeni Zelandiyada isə keçi yetişdirilməsində əsas məqsəd yun (lif) əldə edilməsidir.

Keçi ətinin keyfiyyəti onun cinsindən, cinsiyyətindən, yaşından, həmçinin yetişdirilmə şəraitindən və ətraf mühit amillərindən asılıdır. Ev keçiləri dağ keçilərindən fərqli olaraq, morfoloji və məhsuldarlıq xüsusiyyətinə görə nəzərəçarpan genetik dəyişikliklərə məruz qalması ilə səciyyələnir.

Ümumiyyətlə, dünyada keçi əti yüksək qidalılıq xüsusiyyətinə malik, yağsız qırmızı ət növü kimi tanınır. Tərkibində mioqlobin zülalının çox olması səbəbindən qoyun əti ilə müqayisədə bir qədər tünd qırmızı rəngə çalır. Eyni zamanda, keçi əti nisbətən qaba əzələ toxumasına malikdir. Yağsız keçi əti qoyun ətinə nisbətən az şirəli olur. Lakin tərkibində zərərli yağ birləşmələri, o cümlədən xolesterol az olduğundan (hər 100 qramda 30-60 mq) insan sağlamlığı üçün faydalı hesab edilir. Özünəməxsus dad və ətrə malik olması keçi ətinin əsas xüsusiyyətidir. Bu xüsusiyyətlər keçinin əzələ-yağ toxumasındakı şaxəli quruluşa malik olan yağ turşuları (xüsusilə 4-etiloktan turşusu) ilə bağlıdır və heyvanın növü, yaşı, köklüyü, cinsi, yemlənməsi və digər amillərdən asılı olaraq dəyişir.

Heyvanlarla kəsimdən əvvəl davranılmadan asılı olaraq yaranan stres amilləri keçi ətinin keyfiyyət göstəricisinə və yumşaqlığına təsir edir. Qeyd edək ki, keçi ətinin pH göstəricisi 5,8-6,2 aralığında dəyişir. Həmin göstəricinin turş intervalda tərəddüd etməsi keçilərin stresə meyilli heyvan növü olmasının nəticəsi kimi qiymətləndirilir. Keçilərin kəsimdən əvvəl stresə həssaslığı onların həyəcanlı təbiəti ilə bağlıdır. Ona görə də heyvanların daşınması dövründə bu amillər xüsusi olaraq nəzərə alınmalıdır. Kəsimdən sonrakı dövrdə əzələlərdəki qlikolitik metabolitlərin, o cümlədən süd turşusunun konsentrasiyası qlikogenin miqdarından asılı olaraq dəyişir. Həmin prosesin normal gedişatı üçün əzələlərdə qlikogenin 50 µmol/q miqdarda toplanması minimum konsentrasiya hesab olunur.

Cavan keçi (çəpiş və ya oğlaq) ətinin tərkibində nəmlik 64-70 faiz, proteinlər 23-29 faiz, yağlar 3,5-6,5 faiz və karbohidratlar 0-1,5 faiz təşkil edir. Keçi əti zülalının bioloji dəyəri ərzaq məhsullarının 100 ballıq zülal şkalasında 60,4 təşkil edir. Keçi əti asan həzm olunmaqla (mənimsənilməsi 97 faiz təşkil edir) yanaşı, insan orqanizmində metabolizm proseslərinə tənzimləyici təsir göstərir. Tərkibində asan həzm olunan sadə zülalların, eləcə də əvəzolunmaz aminturşularının çox olması keçi ətinin diyetikliyini təmin edir. Bu ət növü az kalorili olduğundan (ətin yağlılığından asılı olaraq hər 100 qramda 100-216 kkal) pəhriz saxlayan insanlar üçün yağsız çeşidi ideal ət növü hesab olunur. Bundan başqa, keçi əti dəmirin zəngin mənbəyidir. Onun tərkibində asan mənimsənilən hem dəmirinin miqdarı qeyri-hem dəmirinə nisbətən 5-10 faiz çoxdur. Keçi ətində dəmirin miqdarı mal və toyuq əti ilə müqayisədə üstünlük təşkil edir. Digər makro- və mikroelementlərlə (Ca, Mg, P, Zn, F, J, Se, Cu, Co, Cr, Mo və s.) zəngin olan bu ət növündə kaliumun miqdarı çox (hər 100 qramda 385 mg), natriumun miqdarı isə azdır (hər 100 qramda 82 mq). Keçi ətinin tərkibi E, H, PP və B qrup vitaminləri ilə də zəngindir.

Keçi ətini diyetik qida növü kimi səciyyələndirən əsas xüsusiyyət onun tərkibindəki yağ birləşmələrinin az olması ilə əlaqədardır. Bu, ətin qidalılıq xüsusiyyətinə də təsir edir. Belə ki, yağların doyma dərəcəsi (doymuş, monodoymamış və polidoymamış ali yağ turşuları arasındakı nisbət) əzələ yağlarının konsistensiyasına, ətin biokimyəvi tərkibinə və qoxu xüsusiyyətinə, həmçinin məhsulun rəf ömrünə təsir edir. Yağ turşuları spektri ali doymuş (C16:0, C18:0) və insan orqanizmi üçün əhəmiyyətli olan ali doymamış yağ turşuları (C18:2, C20:4 və s.) ehtiva edir. Polidoymamış ali yağ turşuları arasında n-3 turşuları (Omeqa-3) üstünlük təşkil edir ki, bu da keçi ətinin tərkibindəki yağların qiymətli olmasına dəlalət edir.

Beləliklə, sanitar-gigiyenik tələblər çərçivəsində tədarük edilən keçi əti bir sıra xüsusiyyətlərinə görə insan sağlamlığı üçün olduqca faydalıdır:

- tərkibində sadə zülallar çox, zərərli yağlar az olduğundan, həmçinin asan həzm edildiyindən diyetik qida növü sayılır;

- əvəzolunmaz aminturşuları və polidoymamış yağ turşuları ilə zəngin olduğundan metabolizm proseslərinə stimullaşdırıcı təsir göstərir;

- tərkibində natriumun miqdarı az və kalium çox olduğundan qan təzyiqinə tənzimləyici təsirə malikdir;

- lipid birləşmələrindən zərərli xolesterolun miqdarı az olduğundan aterosklerozun qarşısını alır;

- tərkibində asan mənimsənilən dəmir çox olduğundan anemiyalarda faydalıdır;

- hipoallergik qida növü kimi bütün həssas insan qrupları tərəfindən istehlak edilə bilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Zəfər Günü Tallində qeyd olunub

Fransada siyasi qüvvələr arasında gərginlik - Emmanuel Makronun təşəbbüsü etirazla qarşılanıb

Gənclər Kitabxanasında Dövlət Bayrağı Gününə həsr olunmuş süni intellekt əsaslı təqdimat hazırlanıb

Dövlət Bayrağımız Azərbaycanın milli qürurunun və müstəqillik iradəsinin rəmzidir - ŞƏRH

Azərbaycançılıq məfkurəsi və gələcəyə baxış - ŞƏRH

Rəcəb Tayyib Ərdoğan: Türkiyə və Azərbaycan bir-birinə qopmaz bağlarla bağlı olan iki qardaş ölkədir

Naxçıvanda zəncirvari qəza olub, 1 nəfər xəsarət alıb

Mərdəkan şossesində yol qəzası olub, mərkəz istiqamətində sıxlıq var

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Politoloq: İndi bayrağımıza fəxrlə baxa bilirik

Odessaya hava zərbəsi endirilib, 3 nəfər həlak olub

Brüsseldə Zəfərdən danışılıb

Alişer Salomov: Ekologiya sərhəd tanımır, dövlətlərin birgə addımlarına ehtiyac var

Əməkdar artist: Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur mənbəyidir

Dakar-2026: Azərbaycan çimərlik güləşi üzrə komanda hesabında birinci olub

Draqan Vladisavljeviçin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Naxçıvanda qar örtüyünün hündürlüyü 39 santimetrə çatıb VİDEO

Naxçıvanda qar örtüyünün hündürlüyü 39 santimetrə çatıb VİDEO

Moldovada Zəfər və Dövlət Bayrağı günləri silsilə tədbirlərlə qeyd olunub

Xankəndidən yüksələn Zəfər sədası Azərbaycanın qüdrətinin və milli birliyinin təntənəsidir – ŞƏRH

Sergey Şoyqu: Cənubi Qafqazda vəziyyət yaxşılaşır

Köklərdən Zəfərə: Azərbaycan Bayrağının dünəni və bugünü VİDEO

Köklərdən Zəfərə: Azərbaycan Bayrağının dünəni və bugünü VİDEO

Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Fransada Emmanuel Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

Antalyada keçirilən COP31-də qlobal iqlim gündəliyi müzakirə olunur VİDEO

Antalyada keçirilən COP31-də qlobal iqlim gündəliyi müzakirə olunur VİDEO

Zəfər və Dövlət Bayrağı günləri Barselonada qeyd olunub

Sabah hava əsasən yağmursuz keçəcək

Gəncədə Dövlət Bayrağı Günü münasibətilə hərbi orkestrin müşayiəti ilə yürüş keçirilir VİDEO

Gəncədə Dövlət Bayrağı Günü münasibətilə hərbi orkestrin müşayiəti ilə yürüş keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 9 noyabr

Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub VİDEO

Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub VİDEO

İmişlidə yol qəzası olub, ölənlər var

Xəzər dənizinin dibi ilə fiber-optik kabel və yeni investisiya layihələri: Qazaxıstan prioritetləri müəyyən edir

İƏT Azərbaycana Zəfər Günü münasibətilə təbrik ünvanlayıb

Kambocanın Kralı Əlahəzrət Norodom Sihamoniyə

Qazaxıstan Trans-Xəzər marşrutu ilə yükdaşımaların həcmini artırır

Şuşa ağ örpəyə bürünüb – FOTOLAR

BDYPİ xəbərdarlıq edir: Bölgələrdə baş verən yol-nəqliyyat hadisələrinin sayı artıb

Dövlət Bayrağı Günü ilə əlaqədar Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir VİDEO

Dövlət Bayrağı Günü ilə əlaqədar Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir VİDEO

Qərbi Azərbaycan İcmasının rəhbərliyi və üzvləri Zəfər abidəsini ziyarət ediblər

Kəlbəcər şəhərinə mövsümün ilk qarı yağıb –  FOTOLAR  VİDEO

Kəlbəcər şəhərinə mövsümün ilk qarı yağıb – FOTOLAR VİDEO

Bəzi dağlıq ərazilərə qar yağır – FAKTİKİ HAVA

Bu gün Türkiyədə COP31 başlayıb

Ötən gecə Rusiya tərəfindən 430 PUA vurulub

Gəncədə tarixi Zəfərin 6-cı ildönümü silsilə tədbirlərlə qeyd edilib

Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

Dünya birjalarında qızıl və gümüş bahlaşıb

Birjalarda neft bahalaşıb

“Böyük Qayıdış” Gənclər Təşkilatı 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirib

Müstəqilliyimizin və suverenliyimizin əbədi rəmzi – üçrəngli qürurumuz

Tramp İranla müharibəni dayandırmaq üçün Si Çinpin və Putinlə danışacaq

Üçrəngli bayrağımız milli qürurumuz, tarixi Zəfərimizin və qalib Azərbaycanın dünyaya bəyanıdır - ŞƏRH

Zəfər Günü münasibətilə Qəbələdə silsilə tədbirlər təşkil olunub

Aksiyalar Fransada siyasi kursun və dövlət quruluşunun transformasiyası məsələsini ortaya qoyub

Zəfər Günü münasibətilə vətəndaşlara növbəti “Açıq qapı” günü təşkil edilib

AKTİ tərəfindən Zəfər Gününün 6-cı ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib

Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub VİDEO

Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub VİDEO

Səfər Qarakoyunlu: Qarabağ Zəfəri bütün Türk dünyasının qürur mənbəyidir

AMEA-nın kollektivi Zəfər abidəsini ziyarət edib

TRT-nin "Azərbaycan rüzgarı" proqramı Qarabağ Zəfərinin ildönümünə həsr olunub

Qarabağın azad edilməsi Azərbaycan Ordusunun qəhrəmanlığının, xalqının birliyinin tarixi təzahürü oldu – ŞƏRH

BDU-nun kollektivi Zəfər parkını ziyarət edib

Almaniyanın Ştutqart şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Tramp: İrana qarşı “Dəmir Qapı” əməliyyatı tam qüvvədədir

Üçrəngli bayrağımız müstəqil Azərbaycanın simvolu, xalqımızın qürur mənbəyidir

Nyu-Yorkun Boulinq-Qrin parkında Azərbaycan bayrağı ucaldılıb

Zaqatalada Zəfər Günündə ağacəkmə aksiyası, güləş turniri, konsert proqramı təşkil olunub

Nyu-Yorkda Zəfər Günü ilə bağlı məlumatlandırma aksiyası keçirilir

Pedaqoji Universitet kollektivi Zəfər parkını ziyarət edib

Rusiya mediası Prezident İlham Əliyevin Xankəndi və Şuşada çıxışlarını işıqlandırıb

ABŞ-nin Paterson şəhərində 8 Noyabr Azərbaycanın Zəfər Günü elan edilib

Prezidentin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub VİDEO

Zəfər Günü münasibətilə Xankəndidə atəşfəşanlıq olub VİDEO

Zəfər Günü münasibətilə Xankəndidə atəşfəşanlıq olub VİDEO

Türkiyədən daha bir təbrik: Tarixi Qalata Qülləsi Azərbaycan bayrağının rənglərinə bürünüb VİDEO

Türkiyədən daha bir təbrik: Tarixi Qalata Qülləsi Azərbaycan bayrağının rənglərinə bürünüb VİDEO

8 Noyabr münasibətilə Zəfər parkı ziyarət edilib

Höteburqda Zəfər bayramı qeyd olunub

Ər-Riyadda Zəfər Günü münasibətilə rəsmi qəbul təşkil edilib

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb

ASAP xarici ölkələrdə Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər keçirib

Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub VİDEO

Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub VİDEO

Bursanın məşhur Saat Qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

Strasburqda Zəfər Günü qeyd olunub

Dövlət Agentliyinin rəhbər heyəti Zəfər parkını ziyarət edib

Zəfər Günü İsveçrədə qeyd olunub VİDEO

Zəfər Günü İsveçrədə qeyd olunub VİDEO

İpoteka və Kredit Zəmanət Fondunun kollektivi Zəfər abidəsini ziyarət edib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Zəfər Günü Ağdam, Füzuli və Xocavənddə silsilə tədbirlərlə qeyd edilib

Şanlı Zəfərimizin əsas memarı Prezident İlham Əliyevdir - ŞƏRH

Futzal üzrə Azərbaycan millisi növbəti oyununu keçirib

Naxçıvanda Zəfər Günü münasibətilə atəşfəşanlıq olub VİDEO

Naxçıvanda Zəfər Günü münasibətilə atəşfəşanlıq olub VİDEO

Mərakeş qəzetində Azərbaycanın Zəfər Gününün altıncı ildönümünə həsr olunmuş məqalə dərc edilib

Manisada Zəfər Günü ilə əlaqədar təbrik mesajları yayımlanıb

Zəfər Günü Azərbaycanın xaricdəki nümayəndəliklərində qeyd edilib

Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi Zəfər abidəsini ziyarət edib

Zəfər Gününə həsr olunmuş şahmat turniri təşkil edilib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb VİDEO

Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

Göygöldə Zəfər Günü ilə əlaqədar silsilə tədbirlər təşkil olunub

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib VİDEO

Azərbaycanlı həkimlər Zəfər Günü münasibətilə Berlində yürüş keçiriblər