İQTİSADİYYAT
“Kəhriz” əmtəə nişanlı mineral sular uyğunluq sertifikatı olmadan istehsal edilmişdir
Bakı, 4 avqust (AZƏRTAC). Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) 1 saylı Ərazi Dövlət Nəzarəti İdarəsi tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri şossesi, 3282-ci məhəllədə yerləşən “Kəhriz” MMC-də dövlət nəzarəti tədbirləri həyata keçirilmişdir. Müəyyənləşdirilmişdirki, müəssisədə buraxılan “Kəhriz” əmtəə nişanlı qablaşdırılmış içməli təbii mineral su texnoloji təlimatı, uyğunluq sertifikatı olmadan istehsal edilir. Bundan başqa, qablaşdırma materiallarının təkrar istifadə olunduğu da aşkara çıxarılmışdır.
SMPDK-nın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, suyun mənbəyi Gədəbəy rayonu göstərilsə də, əslində su Qusardan gətirilir.
Aşkar edilmiş nöqsanlarla bağlı müəssisəyə inzibati qaydada protokol tərtib edilmiş, məhsulun istehsal və satışının qadağan olunması barədə tələbnamə verilmişdir.