İQTİSADİYYAT
Kənd təsərrüfatı nazirinin Ucarda vətəndaşları qəbul edəcəyi vaxt dəyişmişdir
Bakı, 21 yanvar (AZƏRTAC). Kənd təsərrüfatı naziri Heydər Əsədovun Ucarda yanvarın 24-nə nəzərdə tutulan vətəndaşların qəbulunun vaxtı yanvarın 31-nə keçirilmişdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, həmin gün saat 11:00-da kənd təsərrüfatı naziri Heydər Əsədov Ucar Ərazi Kənd Təsərrüfatı İdarəsində (ünvan: Ucar şəhəri, Heydər Əliyev küçəsi, 29) Ucar, Kürdəmir, Ağdaş, Zərdab və Göyçay rayonlarının sakinlərini qəbul edəcəkdir.
Qəbulda iştirak etmək istəyən vətəndaşların qeydiyyatı Ucar Ərazi Kənd Təsərrüfatı İdarəsi (əlaqə telefonu: 020-21-3-01-60, 055-892-90-91) tərəfindən həyata keçiriləcəkdir. Qəbula yazılmaq istəyən vətəndaşlar, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin elektron poçtu ([email protected]) vasitəsilə də qeydiyyatdan keçə bilərlər.