İQTİSADİYYAT
Kənd təsərrüfatının ümumi məhsulu 6,8 faiz artmışdır
Bakı, 18 dekabr (AZƏRTAC). Aqrar bölmədə bitkiçilik məhsullarının yığımı başa çatmaq üzrədir.
Bu ilin dekabrın 1-dək qarğıdalı da daxil olmaqla 2 milyon 457,9 min ton taxıl, 938,5 min ton kartof, 1 milyon 196,5 min ton tərəvəz, 58 min ton pambıq, 761,2 min ton meyvə və giləmeyvə, 477,9 min ton bostan məhsulları, 135 min ton üzüm, 235,3 min ton şəkər çuğunduru, 3,6 min ton tütün, 513,6 ton yaşıl çay yarpağı toplanmışdır. Diri çəkidə 417,2 min ton ət, 1 milyon 491,5 min ton süd, 916,5 milyon yumurta və 15,9 min ton yun istehsal olunmuşdur.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, bitkiçilik məhsulları istehsalı 9,4 faiz, heyvandarlıq məhsulları istehsalı 3,6 faiz və kənd təsərrüfatının ümumi məhsulu 6,8 faiz artmışdır.
2012-ci ilin məhsulu üçün 965,3 min hektar sahə şumlanmış, 831,3 min hektar sahədə dən üçün taxıl, o cümlədən 598,9 min hektar sahədə buğda, 232,4 min hektar sahədə arpa səpilmişdir.