MƏDƏNİYYƏT
Kino həvəskarları üçün yeni filmlər
Bakı, 21 avqust (AZƏRTAC). Avqustun 21-dən etibarən Nizami Kino Mərkəzində “Günahlar şəhəri 2: O qadına görə öldürməyə dəyər” filminin və “Təyyarələr: alov və su” 3D animasiya filminin nümayişinə başlanılır.
Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Amerika istehsalı olan “Günahlar şəhəri 2: O qadına görə öldürməyə dəyər” filmini rejissor Frenk Miller savaş, triller və kriminal janrında çəkib.
Filmdə baş rolları Cessika Alba, Pauers But, Coş Brolin, Rozario Douson, Cozef Qordon-Levitt, Yeva Qrin və başqaları oynayıblar.
Amerika istehsalı olan və rejissor Roberts Gannavayın çəkdiyi “Təyyarələr: alov və su” animasiya filmi komediya, macəra, ailəvi janrdadır.
Rolları aktyorlar Culi Bouen, Korri İnqliş, Ed Harris, Deyn Kuk, Recina Kinq və başqaları canlandırıb. Balaca tamaşaçılarımız filmin nümayişindən böyük zövq alacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]