DÜNYA
Kiprin reytinqi aşağı düşərək “seçmə defolt” səviyyəsinə çatmışdır
Bakı, 29 iyun (AZƏRTAC). Kipr hökumətinin dövlət daxili istiqrazlarının bəzi buraxılışlarının uzunmüddətli olan yeni öhdəliklər ilə mübadilə edilməsi barədə bəyanatı ölkənin kredit reytinqinin aşağı düşməsinə səbəb olmuşdur. Həmin istiqrazlar üzrə ödəmə müddəti gələn həftə başlayır.
“Fitch” agentliyinin ardınca “Standard&Poor's” beynəlxalq reytinq agentliyi də Kiprin reytinqini “seçmə defolt” səviyyəsinədək aşağı salmışdır.
Bu addım yaxın perspektivdə Kiprdə likvidlik problemini yumşaltmağa kömək edəcəkdir. Lakin yeni bondlar bir o qədər də sərfəli olmayan şərtlərlə buraxıldığı üçün belə mübadilə ziyanlıdır.
Mübadilə planlaşdırıldığı kimi başa çatsa, “Standard&Poor's” Kiprin reytinqini bir pillə artıra bilər.
Kipr hökuməti dövlət daxili istiqrazlarının 1 milyard dollarlıq prolonqasiyasını elan etmişdir.
Bu tədbir ölkənin hakimiyyət orqanlarının Kiprə 10 milyard avro məbləğində kredit ayrılması şərtləri barədə avrozona ölkələri ilə martın 25-də əldə etdiyi sazişin bir hissəsidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [19:15]
Şahzadə Harri Londona qayıdıb
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]
Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək
- 07.05.2024 [14:56]