KİYEVDƏ NOVRUZUN ƏLVAN BOYALARI
Martin 21-də ölkəmizin Kiyevdəki səfirliyi Ukrayna Azərbaycanlıları Konqresi (UAK) ilə birlikdə Novruz bayramı münasibətilə təntənəli qəbul təşkil etmişdir.
AZƏRTAC-ın Ukraynadakı xüsusi müxbiri xəbər verir ki, diplomatlarımızı və UAK-ın üzvlərini xalqımızın ən sevimli və əziz bayramlarından biri olan Novruz bayramı münasibətilə təbrik etmək üçün ölkənin tanınmış siyasətçiləri, ictimai xadimləri, ziyalılar, milli azlıqların nümayəndələri Ukrayna Nazirlər Kabinetinin Qəbullar Evinə gəlmişdilər.
Səfir Tələt Əliyev qonaqları səmimiyyətlə salamlayaraq, Novruz bayramının tarixi və ənənələri barədə qısa məlumat verdi. O, bayram münasibətilə Prezident Heydər Əliyevin Ukrayna azərbaycanlılarına ən xoş arzularını bayram tədbirinə toplaşanlara böyük sevinc hissi ilə yetirdi.
Gecədə UAK-ın “Azərbaycan” rəqs-musiqi ansamblı xalq nəğmələrini və klassik mahnıları, müxtəlif rəqsləri ifa etdi.
Səfirlik Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi, Ukraynanın Mədəniyyət və İncəsənət Nazirliyi ilə birlikdə Novruz bayramı münasibətilə Kiyevin küçə və meydanlarında təntənəli tədbirlər keçirməyi nəzərdə tutmuşdu. Lakin dünyada baş verən son hadisələrlə əlaqədar bu bayramı çox geniş miqyasda qeyd etməmək qərara alındı. Buna baxmayaraq, martın 22-də P.Çaykovski adına Milli Musiqi Akademiyasının Böyük salonunda Novruz bayramına həsr edilmiş təntənəli konsert olacaqdır. Konsertdə türkdilli xalqların kollektivləri də iştirak edəcəklər.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [16:03]
Niaqara Fols şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb
- 03.06.2026 [13:06]
Azərbaycanın Müstəqillik Günü Kiryat-Yamda da qeyd edilib
- 02.06.2026 [19:28]
İsveçdə Müstəqillik Gününə həsr olunan tədbir keçirilib
- 26.05.2026 [19:44]
Azərbaycan Bayrağının rəngləri Niaqara şəlaləsində
- 25.05.2026 [12:17]