Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Kiyoşi Ohira: Azərbaycan-türk musiqisi gözəlliyi və incə ruhu ilə məni özünə heyran edib

Tokio, 7 iyul, AZƏRTAC

Yaponiyada Azərbaycan-türk simli alətlərinin mahir ifaçısı kimi tanınmış Kiyoşi Ohira ilə ilk dəfə 2012-ci ilin fevralında, Azərbaycanın Yaponiyadakı səfirliyinin iqamətgahında keçirilən “Azərbaycan mədəniyyət axşamı”nda tanış olmuşduq.

AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbiri olaraq qatıldığım ilk tədbirlərdən biri olan həmin mədəniyyət axşamında əsasən Yaponiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun Yaponiya tərəfdən üzvləri, Yaponiya Xarici İşlər Nazirliyinin nümayəndələri iştirak edirdilər. Azərbaycan mətbəxinin ləziz təamlarını böyük məmnuniyyətlə dequstasiya edən yapon qonaqlara milli, aşıq musiqimizdən və Azərbaycan bəstəkarlarının klassik əsərlərindən nümunələr də təqdim edildi. Klassik musiqi nömrələrini Yaponiyada yaşayan azərbaycanlı pianoçu Gülnarə Səfərova, aşıq musiqisindən nümunələri isə yapon Kiyoşi Ohira ifa edirdilər.

Kiyoşi Ohira ilə sonralar dəfələrlə müxtəlif tədbirlərdə - Türkiyənin Yaponiyadakı səfirliyinin təşkil etdiyi mədəni proqramlarda, konsertlərdə, mədəniyyət axşamlarında qarşılaşdıq. Bəzi tədbirlərlə - TÜRKSOY-un 25 illiyi ilə əlaqədar qurumun xalq çalğı alətləri orkestrinin Yaponiyada təşkil edilən silsilə konsertlərində, “Arşın mal alan”ın orijinal şəkildə hazırlandığı tamaşada və özünün də ifaçı kimi iştirak etdiyi mədəniyyət axşamlarında ondan qısa açıqlamalar da götürmüşdüm. Hər dəfə də bütün türk dünyasına, o cümlədən Azərbaycana bu ölkələrin qədim və zəngin mədəniyyətinə böyük sevgisinin şahidi olmuşdum.

Budəfəki görüşümüz isə bütünlüklə onun özünə, həyat və fəaliyyətinə, Azərbaycan-türk musiqisinə göstərdiyi böyük sevgiyə həsr olunmuşdu. İşinin çoxluğuna, simli alətlərlə bağlı dərslərinə baxmayaraq, mənimlə görüşüb suallarımı cavablandırmağa razılıq verdi.

Beləliklə uzaq Yaponiyada Azərbaycan-türk musiqisinin böyük pərəstişkarı, bu mədəniyyəti daim təbliğ və tədris edən Kiyoşi Ohira ilə müsahibəni AZƏRTAC-ın oxucularına təqdim edirik.

- Kiyoşi Ohira - san, xahiş edirəm əvvəlcə oxucularımıza özünüz haqda məlumat verəsiniz. Necə oldu ki, sizdə Azərbaycan-türk musiqisinə, bu xalqın simli alətlərində ifaya belə böyük maraq yarandı?

- Türk musiqisi ilə ilk dəfə orta məktəbdə oxuyarkən tanış olmuşdum. Həmin vaxt təsadüfən NHK telekanalında türk Murat Çobanoğlunun ifasını görmüşdüm. Bu ifa məni sazın sirli aləminə çəkib apardı. Azərbaycan-türk musiqisi öz gözəlliyi və incə ruhu ilə məni özünə heyran etdi. Saytama universitetinin beynəlxalq mədəniyyət fakültəsinə də məni yəqin ki, bu heyranlıq aparıb çıxardı. Həmin musiqi alətlərində ifanı öyrənmək üçün Türkiyəyə yollandım. Türkiyənin tanınmış bağlama ifaçıları olan Əli Heydərdən, Bursa Milli Konservatoriyasının rektoru Kamal Kamalıdan dərs aldım. Həmin şəxslərlə bu gün də əlaqə saxlayıram və hərdən bir danışırıq.

Bundan əlavə, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Ankaraya səfər edərək Dəniz Şahindən əsasən klassik türk musiqisində istifadə edilən udda ifanı öyrəndim.

Türkiyədə təhsil aldığım dövrdə mənim üçün çox maraqlı olan bəzi məqamlarla qarşılaşdım. Belə ki, Türkiyənin şərqində yerləşən həmin musiqi məktəblərində saz müəllimi konsert təşkil edərkən mütləq buraya Azərbaycan musiqi alətlərində - tar, kamança və qavalda ifa edən musiqiçiləri də dəvət edilirdi. Yəni həmin musiqilər bir tamın tərkib hissələri kimi dinləyicilərə təqdim olunurdu. Bu, mənim üçün çox maraqlı məqam idi.

Özümü dərk edəndən bəri daim bu musiqi alətlərində ifa edirəm və necə deyərlər, çörəyimi bu yolla qazanıram.

- Yaponiyada bir çox Azərbaycan musiqi alətlərinin, o cümlədən tarın və sazın məşhur ifaçısı kimi yaxşı tanınmısınız. Müxtəlif tədbirlərdə, konsertlərdə ifanız dinləyicilər tərəfindən böyük alqışlarla qarşılanır. Bəs bu alətlərdə ifa etməyi necə öyrəndiniz?

- Azərbaycan tarında ifanı öyrənməyi mənə sizin də yaxşı tanıdığınız Yaponiyada yaşayan azərbaycanlı pianoçu Gülnarə Səfərova təklif etdi. Onun təklifi ilə mən bir neçə Azərbaycan mahnısını öyrəndim. Fikrimcə, Azərbaycan musiqisi və mahnıları daha gözəldir və bəzi nüansları ilə türk musiqisindən fərqlənir. Azərbaycan muğamının da ifa edildiyi tamaşalar çox cəlbedicidir, bu mahnılar zaman və məkan anlayışlarına sığmayaraq, Azərbaycan mədəniyyətinin qədim ənənələrini daha dərindən duymağa imkan yaradır. İnəyin ürəyinin dərisindən və tut ağacından düzəldilən alətin çıxardığı səslər insanda müəyyən bir nostalgiya hissi yaradır.

Məhz bu hisslər məni Bakıya, tanınmış tarzən Ruslan Zərbəliyevin yanına aparıb çıxardı. Fürsətdən istifadə edib qədim Azərbaycan musiqi aləti olan tarda ifanı mənə öyrətdiyinə görə ona xüsusi minnətdarlığımı bildirirəm.

- Konsertlər zamanı yalnız simli alətlərdə ifa etmir, bəzən orijinal dildə mahnılar da oxuyursunuz. Azərbaycan mahnılarını öyrənmək çətin deyil ki? Əsasən hansı mahnılara üstünlük verirsiniz?

- Çoxlu sayda türk mahnılarını oxuduğuma görə, Azərbaycan dilində olan mahnıları da oxumaq mənim üçün o qədər çətin deyil. Lakin bir çox Azərbaycan mahnıları nadir yüksək səs tələb edir, mən həmin mahnıları özümə xas tərzdə ifa etməyə çalışıram. Azərbaycan mahnılarının melodiyaları çox gözəldir və ifa zamanı yaponlar mahnının sözlərini başa düşməsələr də onların mahiyyətini çatdırmağa çalışıram. Bunun üçün isə çoxlu məşq etməyin lazım olduğunu düşünürəm. Ən çox xoşladığım Azərbaycan mahnıları arasında “Sarı gəlin”, “Azərbaycan maralı” və “Bayatı Şiraz” xüsusi yer tutur.

- Bu yaxınlarda Tokionun nüfuzlu Vaseda Universitetində böyük konsertiniz olub. Azərbaycan milli alətləri olan tarda və sazda ifanız tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Bəs bu konsert barədə nə deyə bilərsiniz?

- Mayın 30-da Vaseda Universitetinin “Ono” xatirə zalında təşkil edilən konsertdə bu ali təhsil ocağının çoxsaylı müəllim və tələbə heyəti iştirak edirdi. Konsertin təşkilatçıları isə Universitetin Mədəniyyətlərarası Mübadilə Mərkəzi (ICC) və beynəlxalq humanitar elmlər fakültəsinin professoru idi. Konsertdə mən və milliyyətcə rus olan Polina Desyatniçenko sazda və tarda Azərbaycan və türk mahnılarını ifa etdik. Tamaşaçılara Azərbaycan musiqi tarixində xüsusi yeri olan muğam sənəti barədə məlumatlar verdik. Bundan əlavə mən Polina xanımın təkidi ilə üç Azərbaycan mahnısını da oxudum - “Ay Laçın”, “Azərbaycan maralı” və “Sarı gəlin” mahnılarını.

İfa etdiyimiz musiqi nömrələri dinləyicilər tərəfindən böyük alqışlarla qarşılandı. Bu, çox xoş idi və bizi həddindən artıq məmnun etdi.

Konsertdən sonra zaldakıların əksəriyyəti yaxınlaşaraq bizim ifa etdiyimiz alətlərlə - tar və sazla yaxından tanış olmağa çalışırdı. Həqiqətən konsertimiz çox möhtəşəm alınmışdı.

- Siz həm də Yaponiyanın bəzi mədəniyyət mərkəzlərində arzu edənlərə Azərbaycan simli musiqi alətlərində ifanı da öyrədirsiniz. Belə şagirdlərinizin sayı çoxdurmu, onların Azərbaycan musiqi alətlərində ifanı öyrənməsi barədə nə deyə bilərsiniz?

- Yaponiyada Azərbaycan musiqi alətlərini tapmaq çox çətindir. Deyərdim ki, əsil problemdir. Düşünürəm ki, həmin alətləri rahat əldə etmək imkanı yarananda, Azərbaycan musiqi alətlərini öyrənmək istəyənlərin də sayı artacaq. Fikrimcə, bu musiqi alətlərini çıxardığı səslər yaponların çox xoşuna gəlir.

Hazırda Yunus Əmrə İnstitutunun Tokio Mədəniyyət Mərkəzində sazda və tarda ifanı öyrənmək istəyənlərə böyük məmnuniyyətlə dərs keçirəm. Bununla yanaşı, bəziləri onlara evdə dərs keçməyimi istəyirlər.

- Bəs gələcək planlarınız, növbəti konsertlər barədə nə deyə bilərsiniz?

- Müxtəlif çətinliklərə baxmayaraq, həyat davam edir və mən də müxtəlif yapon alətləri ilə birlikdə təşkil olunan konsertlərə böyük məmnuniyyətlə qatılıram. Bu ayın 18-də Kosiqaya şəhərində ənənəvi yapon musiqi aləti olan Satsuma Bivanın ifaçısı Maşiro Reira ilə birlikdə konsertimiz olacaq. İyulun 30-da isə Tokionun məşhur Haracuku rayonunda Akiko Sakura ilə həmin alətdə növbəti konsert keçiriləcək.

Koronadan sonra Azərbaycan tarı ilə də konsertlərə qatılmağı nəzərdə tuturam. Hazırda Tokioda Azərbaycan musiqisi ilə əlaqəli insanların sayı artmaqda davam edir. Həm pianoçu Gülnarə Səfərova, həm tarzən Polina Desyatniçenko, həm rəqqasə Dilarə Qazıyeva, həm də Azərbaycan musiqisini və rəqslərini bilən yaponların sayının artması böyük konsert proqramı ilə çıxış etməyə imkan yaradıb. Bu musiqiçilərin iştirakı və Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin təşəbbüsü ilə noyabrda Zəfər Günü münasibətilə böyük konsert proqramı ilə çıxış etməyi düşünürük. Fikrimcə, bu möhtəşəm tədbir Azərbaycan musiqisini Yaponiyada tanıtmaq baxımından böyük rol oynaya bilər.

-Maraqlı müsahibəyə və Azərbaycan musiqisinə olan böyük sevginizə görə çox sağ olun.

 

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tamğa – qədim türklərin əzəmət rəmzi

İbtidai insanların qidası barədə yeni məlumatlar əldə edilib

Azərbaycan səfiri: Sülh yolunda əldə edilən irəliləyişi dəstəkləmək lazımdır

“Avroviziya-2024” mahnı müsabiqəsinin ikinci yarımfinalına keçən ölkələr məlum olub

Slovakiyanın Baş naziri AZƏRTAC-a və AzTV-yə müsahibə verib YENİLƏNİB

“Avroviziya-2024” mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilir

Kakaonun qiymətinin kəskin azalmasının səbəbi məlum olub

Prokurorluq Zaqatalada zəhərlənmə faktı ilə bağlı araşdırma aparır

Komitə sədri BMT-nin Qadınlar təşkilatının regional direktoru ilə görüşüb

Macarıstan XİN rəhbəri ölkəsinin Mərkəzi Asiya ilə əməkdaşlığa görə tənqidlərlə üzləşdiyini deyib

Mahnı Teatrında Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert keçirilib

“FireLand” Azərbaycanlılar Birliyi Belçikada ənənəvi festivalda iştirak edib

Azərbaycan Basketbol Liqası: Son çempion seriyanın birinci oyununda “Xırdalan”a qalib gəlib

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyə mediasına müsahibə verib

Vüqar Rəhimzadə: Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir ŞƏRH

Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir

“Ölüm axtaran qadın” film layihəsi Polşa Kino İnstitutunun dəstəyini qazanıb

“Heydər Əliyev 101: dövlət idarəçiliyində liderlik” mövzusunda görüş təşkil olunub

Ceyson Quberman: Azərbaycandakı müxtəlif dini icmalar arasındakı sıx əməkdaşlıq təqdirəlayiqdir

BDU-da “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu” kitabının təqdimatı olub

AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb

Peşə təmayüllü siniflərə şagird qəbulu elan edilir

Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib

YAP Nəsimi rayon təşkilatının sədri partiya fəalları ilə görüşüb

Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda 4-cü DİM Dialoqu keçirilib

Bakıda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun yeddinci iclası keçirilib

Azərbaycanın iqlim dəyişikliyi üzrə İkiillik Şəffaflıq Hesabatının hazırlanmasına dəstək təlimi keçirilib

“Yay məktəbi”nə ərizə qəbulu başlayır

Gürcüstanda böyük uğurlar qazanmış soydaşlarımız haqqında filmin çəkilişlərinə başlanılıb

® “Azercell” ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayır

Naxçıvan ASAN Vəkil Bürosu açılıb

Milli Məclisin plenar iclasında 18 məsələ müzakirə olunub

® “Kapital Bank”ın Laçın filialının açılışı baş tutub

“Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı VII beynəlxalq konfrans keçirilib

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının turizmlə bağlı iclası Azərbaycanın sədrliyi ilə keçirilib

Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb

Şahzadə Harri Londona qayıdıb

30 ildən sonra nəşi tapılan şəhid Qəbələnin Qəmərvan kəndində dəfn edilib VİDEO

Dünyaşöhrətli alim "Yeni çağırışlar"da

Naxçıvanda icbari tibbi sığorta haqları üzrə daxilolmalar 25 faizdən çox artıb

Heydər Əliyev xatirələrdə - BDU və Sosial Xidmətlər Agentliyinin birgə tədbiri

“Caspian Agro 2024” sərgisi çərçivəsində “GreenAgroHack” hakaton yarışması keçiriləcək

FIFA prezidenti COP29-a dəvət olunub

Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb

BƏT: Azərbaycanda atalıq məzuniyyəti ilə bağlı vəziyyəti yaxşılaşdırmağa ehtiyac var

AMEA-nın yeni loqotipinin - embleminin hazırlanması üçün təqdim edilən layihələrə yekun baxış keçirilib

Hərbi Prokurorluqda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib

“Qaçqınkom”da vətəndaşların müraciətləri dinlənilib

Ötən ay miqrasiya qanunvericiliyini pozan 202 əcnəbinin ölkəyə girişləri məhdudlaşdırılıb

® “Moody’s” beynəlxalq reytinq agentliyi “Kapital Bank”ın reytinq qiymətləndirməsini açıqlayıb

“Azərbaycanda audiovizual yayımın hüquqi tənzimlənməsi” mövzusunda seminar təşkil edilib

Baş nazir Əli Əsədov Ankarada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib

Elektron Təhlükəsizlik Xidməti daha 2 məktəbdə maarifləndirmə tədbirləri keçirib

Qida Təhlükəsizliyi Agentliyi: Monitorinqlər zamanı 93 müəssisədə nöqsanlar aşkarlanıb

“Böyük Qayıdışın başlanğıcı” - Hərbi bilik yarışı

“Azərbaycan ədəbiyyatında Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala” - elmi sessiya

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 fevral tarixli 1819 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1116-VIQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Beynəlxalq Muğam Mərkəzində Ulu Öndərin 101 iliyinə həsr edilmiş tədbir təşkil olunub

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 158-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Elektrik quraşdırıcısının iş yerində aldığı xəsarətlərdən ölməsi ilə bağlı cinayət işi başlanılıb

“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib

Şamaxıda Heydər Əliyev mərkəzlərinin Ulu Öndərin 101 illiyinə həsr edilən ümumrespublika toplantısı olub

Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb

Rektor BMU-nun beynəlxalq yarışda qalib gələn komandalarının üzvləri ilə görüşüb

® “Azercell” “Premium” tarifi və “Premium+” loyallıq proqramını istifadəyə verib

“Heydər Əliyevin müstəqillik strategiyası və suveren Azərbaycanın inkişaf perspektivləri” - dəyirmi masa

Baş nazir Əli Əsədov Ankarada Anıtqəbri ziyarət edib

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olunub

Xidmət rəisi: Qadınların peşə hüquqlarının pozulması daha çox əmək müqavilələri ilə bağlıdır

Bakıda “Heydər Əliyev 101: Türkiyə yüz ili” adlı tədbir keçirilib VİDEO

Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidir

Azərbaycan Özbəkistanla xəstəxana idarəolunması modeli üzrə əməkdaşlıq edəcək

Suraxanıda narkotik vasitələrin satışını təşkil edən şəxslər saxlanılıblar VİDEO

Ankarada simpozium iştirakçıları Qərbi Azərbaycanda tarixi ədalətin bərpasına çağırıblar VİDEO

Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq

İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib

Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb

Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb

Olimpiya məşəli Fransa ərazisinə daxil olub

Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib

Külli miqdarda mənimsəmə faktı ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

Çin investorları Azərbaycandakı əlverişli sərmayə mühitindən yararlanırlar

“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub

Ukraynadan idxal olunan ət məhsullarında uyğunsuzluq aşkarlanıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert - “Andante və Scherso”

“EFES - 2024” təliminə cəlb edilən növbəti heyətimiz Türkiyəyə yola düşüb VİDEO

Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib

Ukrayna Təhlükəsizlik Xidməti Zelenskinin qətlini hazırlayan agent şəbəkəsinin ifşası barədə məlumat yayıb

Siyasi şərhçi: Ermənistanın inkişafı Azərbaycan və Türkiyə ilə münasibətlərini yaxşılaşdırmasından asılıdır

Faktiki hava: Xınalıqda sulu qar, Şahdağda isə qar yağır

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib

Ulu Öndər vaxtilə DSX-ni yaradaraq ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını dəqiqliklə müəyyənləşdirib

Sumqayıtdakı təhsil müəssisəsində 250 min manatlıq pulun mənimsənilməsi ilə bağlı cinayət işi başlanılıb

Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib