REGİONLAR
KOB-lar əmək qanunvericiliyi ilə bağlı maarifləndirib
Bakı, 16 oktyabr, AZƏRTAC
İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) KOB dostları ilə birgə Şəki-Zaqatala, Gəncə-Qazax, Aran və Quba-Xaçmaz iqtisadi rayonlarında sahibkarlara əmək qanunvericiliyi ilə bağlı təlimlər keçirib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, təlimdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin şəhər, rayon məşğulluq mərkəzləri tərəfindən təşkil edilən peşə hazırlıq kursları barədə sahibkarlara geniş məlumat verilib. “Əmək qanunvericiliyi üzrə yaddaş kitabçası” sahibkarlara və digər maraqlı şəxslərə təqdim olunub. Eyni zamanda, müxtəlif sahələrdə fəaliyyət göstərən qadın sahibkarların da əmək qanunvericiliyi barədə maarifləndirilməsi təmin edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2024 [17:48]
Gəncədə “Yaradıcı müzakirələr” keçirilir
- 08.05.2024 [17:02]
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
- 08.05.2024 [16:57]
Naxçıvanda istehlaka yararsız qida məhsullarının satışının qarşısı alınıb
- 08.05.2024 [16:35]
Birinci Qarabağ müharibəsi şəhidinin nəşi Lənkəranda torpağa tapşırılıb
- 08.05.2024 [16:34]