DÜNYA
Konqoda benzindaşıyan maşın partlayıb, çox sayda ölən və yaralanan var
Bakı, 15 sentyabr, AZƏRTAC
Sentyabrın 15-nə keçən gecə Konqo Demokratik Respublikasının mərkəzi hissəsindəki avtomobil yollarının birində benzindaşıyan maşın partlayıb.
AZƏRTAC xəbər verir ki, Actualite portalının yaydığı məlumata görə, hadisə nəticəsində çox sayda insan həlak olub və hazırda onların sayı dəqiqləşdirilir.
Qəza ölkənin paytaxtı Kinşasa şəhərindən 120 kilometr qərbdə, Mbuba kəndi yaxınlığında baş verib. Yerli sakinlər ən azı 20 nəfərin öldüyünü, həmçinin onlarla insanın yanıq xəsarətləri aldığını bildiriblər. İlkin məlumata görə, partlayış bazarın yaxınlığında baş verib.
Hələlik hadisənin səbəbi müəyyən edilməyib. Qəza ilə bağı təhqiqat başlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2024 [19:05]
Gürcüstanda təbii fəlakət nəticəsində bir nəfər ölüb, bir nəfər itkin düşüb
- 08.05.2024 [18:10]
Dünyada hidrogen yanacağı ilə çalışan ilk yaxta suya buraxılıb
- 08.05.2024 [18:07]
Yaponiyada komiks tərcüməsi üçün süni intellektdən istifadə ediləcək
- 08.05.2024 [17:15]
Alimlər beyində yeni yaddaş mexanizmi aşkar ediblər
- 08.05.2024 [16:41]
“TikTok” ABŞ hökumətini məhkəməyə verib
- 08.05.2024 [16:27]
Aprel ayında Ukraynaya beynəlxalq yardım beş dəfə azalıb
- 08.05.2024 [14:57]