Azərbaycan Dövlət İnformasiya Agentliyi

“KONSTITUSIYA MƏHKƏMƏSI HAQQINDA” AZƏRBAYCAN RESPUBLIKASININ QANUNUNA DƏYIŞIKLIKLƏR EDILMƏSI HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASININQANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 1, maddə 9) aşağıdakı dəyişikliklər edilsin:

1. 71.2, 71.3 və 71.4-cü maddələr aşağıdakı redaksiyada verilsin:

“71.2. Konstitusiya Məhkəməsi sədrinin aylıq əmək haqqı şərti maliyyə vahidinin 1300 mislinə bərabərdir.

71.3. Konstitusiya Məhkəməsi sədrinin müavininin aylıq əmək haqqı sədrin aylıq əmək haqqının 90 faizinə bərabərdir.

71.4. Konstitusiya Məhkəməsi hakiminin aylıq əmək haqqı sədrin aylıq əmək haqqının 85 faizinə bərabərdir.”.

2. 74.3-cü maddədən “və işçilərinin əmək haqqını” sözləri çıxarılsın.

II. Bu Qanun 2004-cü il sentyabrın 1-dən qüvvəyə minir.

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 1 sentyabr 2004-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin