Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Konyunktivitin növləri və profilaktikası

Konyunktivitin növləri və profilaktikası

Bakı, 8 avqust, AZƏRTAC

Konyunktivit göz xəstəlikləri içərisində ən çox rast gəlinən patologiyalardan biridir, əmələgəlmə səbəbindən asılı olaraq mikrob, virus, xlamidiya və allergik formaları müşahidə olunur. Göz xəstəlikləri ilə əlaqədar tibbi yardım üçün müraciət edənlərin 30-40 faizi iltihabi xəstəlik olan konyunktivitdən əziyyət çəkir.

AZƏRTAC xəbər verir ki, konyunktivitlər barədə danışarkən Respublika Neyrocərrahiyyə Xəstəxanasının həkim-oftalmoloqu Gültəkin Məmmədova deyib: “Konyunktivitlərin bir çoxu yoluxucudur və bəzən hətta epidemiya xarakteri daşıyır. Xəstələrin şikayətləri əsasən gözlərdə qamaşma, ifrazat, yaş axma, qapaqlar altında yad cisim hissiyyatı, gözün qızarması, kirpiklərin səhərlər yapışması ilə əlaqədar olur. Yerli simptomlar çox vaxt ümumi əlamətlərlə – yuxarı tənəffüs yollarının katarı, hərarətin yüksəlməsi, başağrısı, qulaqönü və ya çənəaltı limfa düyünlərinin böyüməsi ilə müşayiət olunur.”

Konyunktivitlərin növləri barədə məlumat verən həkim-oftalmoloq bunları söyləyib: ”Kəskin infeksion konyunktivit əvvəlcə bir, sonra digər gözdə başlayır. Anamnezdə gözə toz düşmə, soyuqlama və ya istivurma, orqanizmin zəifləməsi, burun-udlaq xəstəlikləri və ya qripoz vəziyyət müəyyən olunur. Kəskin infeksion konyunktivit bakteriya və viruslar tərəfindən törədilir.

Bakterial konyunktivit əsasən uşaqlarda müşahidə olunur və bəzi xüsusiyyətlərə malikdir. Qapaqların ödemi, konyunktivada nöqtəvarı qansızmalar, çox miqdarda irinli ifrazat baş verir, bu səbəbdən kirpiklər bir-birinə yapışır. Uşaq kollektivlərində xəstəlik epidemik xarakter daşıya bilər.

Kəskin konyunktivitin profilaktikası şəxsi gigiyena qaydalarına riayət etməkdən ibarətdir. Xəstə uşaqlar məktəb və ya məktəbəqədərki uşaq müəssisələrinə buraxılmamalıdır. İrinli ifrazat kəsilənədək hər gün dəsmal və ya yataq ağı dəyişdirilməlidir.

Epidemik xarakter daşıyan virus konyunktivitləri adətən bütün ailə üzvlərinin yoluxmasına səbəb olur. Xəstəlik əşya, paltar və çirkli əllərdən yoluxa bilər. Dəqiq və düzgün müalicə aparılmayanda virus konyunktiviti ağır fəsadlı xəstəlik kimi çox təhlükəlidir. Ona görə də gigiyenik qaydalara dəqiq və düzgün əməl edilməli, körpə uşaqlar və hamilə qadınlar həmin mühitdən uzaqlaşdırılmalıdır. Xəstəliyə isti havalı günlərdə daha çox rast gəlinir və onun yayılmasında milçəklər böyük rol oynayır. Əvvəlcə bir, iki-üç gün sonra digər gözdə də müşahidə olunur. Gözdə qızartı, yad cisim hissiyyatı, işığa qarşı həssaslıq kimi əlamətlərlə özünü göstərir.

Allergik konyunktivit gözün selikli qişasının allergenlərin təsiri ilə yaranan iltihabıdır, allergik reaksiya və ya gözün kimyəvi maddələrlə qıcıqlanması nəticəsində əmələ gəlir. Allergik konyunktivitlər hər hansı allergenin–toz, heyvan tükü və bitki tozcuqların təsiri nəticəsində yaranır, çox zaman allergik zökəm, atopik dermatit, allergik rinit və bronxial astma kimi xəstəliklərlə yanaşı rast gəlinir.

Allergik konyunktivitlər hazırda ətraf mühit və atmosferin çirklənməsi nəticəsində lak, boya, təmizləyici vasitələrin buxarlanması, həmçinin gözə çəkilən kosmetik vasitələr və ya şampun düşməsi nəticəsində yaranır. Onun bir neçə növü məlumdur: autoimmun, pollinoz, bahar, vərəm-allergik və s. Allergik konyunktivitin bir növü olan dərman konyunktiviti antibiotiklərin, sulfanilamidlərin, anestetiklərin və digər yüksək allergik fəallığa malik preparatların uzun müddət istifadəsi nəticəsində yaranır.”

Həkim-oftalmoloq daha sonra əlavə edib: “Bahar konyunktiviti də allergik konyunktivitlərə aid edilir və nəzərəçarpan fəsli xüsusiyyətə malikdir. Erkən yaşdan başlayaraq yazda və payızda rast gəlinir. Xəstəliyin əsasında ultrabənövşəyi şüalara qarşı artmış həssaslıq durur. Xəstəlik gözlərin qamaşması, qaşınma, gözdə yad cisim hissiyyatı ilə müşayiət olunur.

Vərəm-allergik konyunktiviti endogen toksiki-allergik iltihabi proseslərə aiddir. Xəstəlik vərəmə yoluxanlarda spesifik iltihab ocaqlarındakı tuberkulin adlı allergenin göz toxumalarına keçməsi yolu ilə baş verir. Hazırda allergik konyunktivitin həmin növünə az rast gəlinir.

Allergik konyunktivitin ümumi əlamətləri gözün qapaqlarında ödem, qapaqların selikli qişasında və gözün limb nahiyəsində hiperemiya və s.-dən ibarətdir. Xəstələr adətən gözün sulanması, işığa qarşı həssaslıq, qaşınma, tikan batması və yaxud yad cisim hissiyyatı kimi şikayətlərlə müraciət edir.

Allergik konyunktivitlərin müalicəsi antihistamin preparatların təyini və onu yaradan səbəblərin aradan qaldırılmasından ibarətdir. İnfeksion konyunktivitlər isə antibakterial preparatlarla müalicə olunur. Xəstələrin həkimə daha tez müraciət etmələri və profilaktik məqsədlə yaz-yay aylarında günəş eynəklərindən istifadə etmələri məsləhətdir.”

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çində tornado baş verib, ölənlər var

Sədərək rayonu ərazisində sursat partlayışı nəticəsində 2 nəfər həlak olub

Şirvanda kəsici-deşici alətlərin satıldığı obyektlər müəyyən edilib

Tailandın xarici işlər naziri hökumətdəki dəyişikliklərdən sonra istefa verib

Şahdilidə ekoturizm yarışması

Gürcüstan Parlamentinin sədri ABŞ senatorlarını sərt tənqid edib

Bu gün ali təhsil müəssisələrinin magistraturalarına II cəhd qəbul imtahanı keçirilib

On doqquzuncu İstanbul yarımmarafonunun qalibləri müəyyənləşib

“Şərq-Qərb” avtomagistralının Gürcüstandan keçən Şorapani-Arqveta hissəsi istifadəyə verilib

Türkiyə-Yunanıstan sərhədində 811 metrlik körpü inşa ediləcək

Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Abşeron rayonunda vətəndaş ona hədiyyə edilən sənədləri olmayan ov tüfəngini könüllü polisə təhvil verib

Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb

Nijni Novqorodda Azərbaycan məhsullarının təqdimatı keçirilib

Qəbələdə torpağın qanunsuz zəbtinin qarşısı alınıb

Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir

Səhiyyə Nazirliyinin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini ehtiramla yad edib

Cəlilabadda yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satıldığı üç mağaza aşkarlanıb

ADPU-da “Təhsildə psixoloji xidmətin aktual problemləri” mövzusunda birinci Respublika Forumu keçirilib

Laçın və İrpen şəhərləri qardaşlaşacaq

“15-ci Petersberq İqlim Dialoqu” Azərbaycanı dəstəkləyir!

“Avroviziya 2024" mahnı müsabiqəsində səslənəcək “Özünlə apar” mahnısına çəkilmiş klip təqdim edilib

Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə vakansiya seçimi mərhələsi yekunlaşır

Böyük Britaniyanın Azərbaycandakı səfiri Naxçıvanla bağlı paylaşım edib

Kambocada bomba partlayışı nəticəsində 20 hərbçi ölüb

Zəngilanda silah-sursat aşkar edilib

Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib VİDEO

Yevlaxda avtoxuliqanlıq edən şəxs saxlanılıb

“Bulaq” verilişinin əvəzsiz aparıcısı

Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb

ABŞ-də Azərbaycana investisiya imkanları müzakirə edilib VİDEO

Rusiyada zəlzələ baş verib

Bu gün yazıçı Qılman İlkinin anadan olmasının 110 ili tamam olur

Magistraturaya II cəhd qəbul imtahanı keçirilir

Qlobal istiləşmə sualtı qayıqların aşkar edilməsini çətinləşdirir

Marseldə Olimpiya məşəlinin qarşılanması mərasiminə 6 min polis cəlb olunacaq

“Titanik”in sərnişininin saatı rekord qiymətə satılıb

Britaniyada deputat başqa partiyaya keçib

Ağdam rayonu ərazisində mina hadisəsi baş verib

Gənc Tamaşaçılar Teatrının səhnəsində “Ana” tamaşası nümayiş olunub

Süni intellekt qədim yunan filosofunun dəfn olunduğu yeri tapıb

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini aşkarlayıblar

Avropa Kosmik Agentliyi: Mövsüm dəyişikliyi zamanı Marsın səthini hörümçəyi xatırladan ləkələr örtür

Alimlər qədim nəhəng qızılbalıqların köpək dişləri olduğunu aşkar ediblər

İstanbul derbisi: “Fənərbağça” doğma meydanda “Beşiktaş”a qalib gəlib

Ankarada keçirilən forumda Qərbi Azərbaycanın tarixi irsi müzakirə olunacaq

“Rəqsin ürəyi Şəkidə döyünür” adlı konsert proqramı təqdim olunub

İndoneziya sahillərində güclü zəlzələ baş verib

Moskvada Qara Qarayev adına beynəlxalq müsabiqənin laureatlarının qala-konserti keçirilib

“Şuşanın musiqi mədəniyyəti: tarix və inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib

Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib

Premyer Liqa: "Sabah" doğma meydanda "Səbail"ə qalib gəlib

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub

Sumqayıtda kanalda batan uşağın cəsədi tapılıb

Tovuzda üç nəfərin ağır xəsarət alması ilə nəticələnən qəza baş verib VİDEO

Abşeron rayonunda ağır cinayətin üstü isti izlər əsasında açılıb

“Təbiət konsepsiyası və onun ədəbiyyat və musiqidə inikası” mövzusunda elmi-praktik konfrans keçirilib

"Ocaq Sport" Klubunun yeni zalının açılışı olub VİDEO

Pakistanın hərbi təhsil üzrə nümayəndələrinə Azərbaycan Ordusundakı islahatlar barədə məlumat verilib

® "Nar"dan sərfəli smartfon təklifi

ARDNF-nin ən böyük texnologiya şirkətlərinə olan investisiyasının həcmi 1,7 milyard dolları ötüb - EKSKLÜZİV

İmişli-Biləsuvar yolunda avtomobil aşıb, ölənlər və yaralılar var

Azərbaycan taekvondoçusu Estoniyada keçirilən turnirdə gümüş medal qazanıb

Baş direktor: COP29-un Azərbaycanda keçirilməsi ölkənin bərpaolunan enerji mənbələrinə keçiddə potensialını göstərir

Birinci siniflərə qəbulla bağlı 326 alternativ qeydiyyat mərkəzi yaradılıb

Zirvələrə yüksələn zərif insan ömrü

Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər

Yardımlıda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edilib

Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 10 santimetr azalıb

Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Azərbaycan-Almaniya əlaqələri yüksələn xətlə inkişaf edir ŞƏRH

Avropa çempionatı: Azərbaycanın bir cüdoçusu finalda, ikisi bürünc medal qazana bilər

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Baş Dövlət Yol Polis İdarəsi sürücülərə müraciət edib

Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər

Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib

FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirində finala çıxıb

Azərbaycanın Türk dünyası, o cümlədən Qırğızıstanla əməkdaşlığının perspektivləri ŞƏRH

İrəvanda milli maarifçilik mühitinin inkişafında azərbaycanlı ziyalıların rolu - Araşdırma

“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib

Azərbaycan Basketbol Liqası: “Gəncə” müntəzəm mövsümü beş qələbə ilə bitirib

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar

Dördqat Avropa çempionu: Tarixi uğurları və yeni rekordları sevirəm

Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib

Tanınmış basketbol hakimi hava limanında ətir oğurlayarkən saxlanılıb

Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Ağcabədidə bir sıra görüşlər keçirib

Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb - EKSKLÜZİV

Qanalı qeyri-adi rekordla Ginnesin Rekordlar Kitabına düşüb

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə "Qərbi Azərbaycana qayıdış" olimpiadasında 3371 nəfər iştirak edib

Akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib

“Dəniz Komando Təməl kursu”nun buraxılış mərasimində qazaxıstanlı hərbçilər də iştirak ediblər VİDEO

Abşeron rayonunda akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü qeyd edilib

Şahin Bayramov: Bu saziş Azərbaycanla Qırğızıstan arasında elm və təhsil əlaqələrinin gücləndirilməsinə ciddi zəmin yaradır

Dmitri Peskov: Moskva Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasının tərəfdarıdır

İstanbul derbisi: “Fənərbağça” “Beşiktaş”a qarşı

DSX aparatında Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib VİDEO