İQTİSADİYYAT
Koreya Respublikasının nümayəndə heyəti Azərbaycanda Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi ilə tanış olmuşdur
Bakı, 26 may (AZƏRTAC). Azərbaycanda səfərdə olan Koreya Respublikasının Milli Assambleyasının sədr müavini Park Byonq-Soqun başçılıq etdiyi nümayəndə heyəti Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) ilə tanış olmuşdur.
NİİM-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, mərkəzlə tanışlıq zamanı Nəqliyyatı İntellektual İdarəetmə Sisteminin Koreya Respublikasının “SK C&C” şirkəti ilə əməkdaşlıq nəticəsində ərsəyə gəldiyi qonaqların diqqətinə çatdırılmışdır.
Sonra koreyalı qonaqlarla görüş olmuşdur. Görüşdə Azərbaycanın iqtisadi yüksəlişindən, həyata keçirdiyi beynəlxalq layihələrdən danışılmış, ikitərəfli əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]